Month: June 2021

  • Кадры села Зангилан Зангиланского района – ВИДЕО


    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Зангилан Зангиланского района.

  • İşğaldan azad edilən Zəngilanın daha bir kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Zəngilan rayonunun Zəngilan kəndindən görüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Принуждают ли женщину и ребенка попрошайничать в Баку? – ВИДЕО

    В азербайджанском сегменте Сети распространились кадры женщины с ребенком, которая, как предполагают, занимается попрошайничеством на территории Низаминского района Баку.

    По предварительной информации, каждое утро один и тот же человек приводит женщину к станции метро “Халглар достлугу” и уходит, и она стоит там с ребенком до ночи.

    Об этом сказала председатель общественного объединения “Дети Азербайджана” Кямаля Агазаде.

    “Как только мне сообщили об этом, наши сотрудники отправились на указанную территорию, но женщину не смогли найти. В то же время сотрудник службы охраны одного из расположенных там магазинов также подтвердил, что женщину каждый день кто-то приводит. Мы предполагаем, что она попрошайничает.

    Этот вопрос должен быть срочно решен. По камерам наблюдения в Низаминском районе можно определить, с какой стороны женщина приходит. Мы еще не знаем, что ей и ребенку угрожает. Все станет известно после завершения расследования”, – добавила она.

  • Bakıda ana və körpəsi diləndirilir? – VİDEO

    Paytaxtın Nizami rayonu ərazisində qucağında körpə uşaq olan qadın diləndirilir.

    Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

    İlkin məlumata görə, hər gün səhər saatlarında qadını bir nəfər gətirib metrosunun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında qoyur və gedir. Qadın qucağındakı körpə ilə səhərdən-gecə saatlarına qədər küçədə qalır.

    Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də məlumat yayıb.

    O, Oxu.Az-a açıqlamasında bildirib ki, qadının və körpə uşağın tapılması istiqamətində tədbirlər görülür:

    “Bu barədə mənə məlumat verilən kimi əməkdaşlarımız əraziyə getdi. Qadını tapa bilmədik. Lakin yaxınlıqda yerləşən mağazalardan birində mühafizə xidmətinin əməkdaşı da bildirdi ki, qadını hər gün kimsə bu əraziyə gətirir. Ehtimal edirik ki, uşaq vasitəsilə qadın diləndirilir. Hələ qadını tapa bilməmişik. Onlarda əlaqə nömrələrim var.

    Bu məsələ təcili surətdə araşdırılmalıdır. Nizami rayonunda ərazi üzrə təhlükəsizlik kameraları vasitəsilə qadının hansı istiqamətə getdiyini müəyyənləşdirmək olar. Biz hələ qadının və uşağın hansı təhlükə ilə qarşı-qarşıya olduğunu bilmirik. Hər şey qadın tapıldıqdan və araşdırmalar yekunlaşdıqdan sonra məlum olacaq”.

  • Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

    İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyunun 27-də saat 23:00 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Tovuz rayon sakinləri Zamin Abbasov, Elnur Əliyev, Novruz Vəliyev və Rövşən Vəliyev sonuncunun idarə etdiyi avtomaşınla birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar.

    Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

    Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

  • DİN-də yeni TƏYİNAT

    Daxili işlər orqanlarında kadr təyinatı olub.

    Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru İlqar Rəhimzadə Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru təyin edilib.

  • На одном из центральных проспектов Баку произошло ДТП: есть пострадавший – ВИДЕО

    В Баку на проспекте Гейдара Алиева произошло ДТП.

    По предварительным данным, столкнулись два автомобиля, в результате чего на дороге образовался затор.

    Есть информация об одном пострадавшем.

  • Bakının mərkəzi prospektində ağır yol-nəqliyyat hadisəsi olub: Yaralanan var – VİDEO

    Bakıda iki avtomobil toqquşub.

    Hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

    İlkin məlumata görə, iki nəqliyyat vasitəsi toqquşub və nəticədə prospektdə ciddi tıxac yaranıb.

    Məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

  • Aygün Kazımova çimərlik geyimində görüntüsünü paylaşdı – VİDEO

    Azərbaycanın Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında yeni paylaşım edib.

    O, 1 milyon izləyicisi olan “Instagram”ında çimərlik geyimində olan görüntüsünü izləyiciləri ilə paylaşıb.

    Xalq artistinin videosu qısa zaman ərzində həm fanatları, həm də bir çox məşhurlar tərəfindən bəyənilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Rusiyalı gənc buraxılmadığı gecə klubunu yandırdı – VİDEO

    Rusiyanın Artyom şəhərində gecə klubunda yanğın baş verib.

    Müvafiq video “Komsomolskaya pravda” nəşrinin “Telegram” kanalında yayımlanıb.

    Görüntülərdə yerli sakinin gecə klubuna daxil olmaq cəhdləri əks olunub. İstədiyinə çata bilməyən gənc kluba benzin tökərək ora od vurub.

    Hazırda yerli polis və klubun sahibi cinayətkarı axtarır.