Month: June 2021

  • Скончался доцент Института литературы – ФОТО

    Скончался доцент Института литературы имени Низами Национальной академии наук Азербайджана (НАНА), доктор филологических наук Мухаммедали Мустафа.

    Об этом сообщили его родственники в соцсети.

    Отметим, М.Мустафа родился 1 сентября 1958 года в Дманиси (Грузия).

  • Azərbaycanlı alim vəfat etdi – FOTO

    Tanınmış alim Məhəmmədəli Mustafa vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Qeyd edək ki, Məhəmmədəli Mustafa 1958-ci il 1 sentyabr tarixində Gürcüstanın Dmanisi rayonunda doğulub.

    O, Nizami adına Ədəbiyyat İnstitutunun dosenti, filologiya üzrə elmlər doktoru idi.

  • Kanadada katolik kilsələri yandırılır

    Kanadada yerli xalqların yaşadığı ərazilərdə daha iki katolik kilsəsi yandırılıb.

    Bu barədə “BBC News” məlumat yayıb.

    Məlumata görə, son bir həftə ərzində katoliklərə məxsus dörd dini məbəd məhv edilib.

    Qeyd edək ki, kilsələrin yandırılması halları onların həyətlərində yüzlərlə azyaşlı hinduların basdırıldığı kütləvi uşaq məzarlıqlarının aşkar edilməsindən sonra başlayıb.

    Ölkənin Baş naziri Castin Trüdo 19-20-ci əsrin əvvəllərində kilsənin nəzarətində olan yerli xalqların təlim mərkəzlərində baş vermiş kütləvi qırğın hallarını Kanada tarixinin rüsvayçı və qara səhifəsi adlandırıb.

  • “Taliban” Əfqanıstandakı nüfuz dairəsini genişləndirir

    ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” təşkilatı öz nüfuz dairəsini genişləndirməkdə davam edir.

    “TRT Haber”in məlumatına görə, artıq ölkənin şimalındakı Bəlx vilayətinin Özbəkistanla sərhəddə olan Şor Təpə, eləcə də şimal-şərqdəki Tahar vilayətinin Rustak rayonları da qruplaşmanın nəzarətinə keçib.

    Vilayət rəhbərlərinin məlumatına görə, hər iki rayonda hökumət qüvvələri itkilər verərək geri çəkilməyə məcbur olub. Buna baxmayaraq, ölkə üzrə son 24 saatda 193 terrorçunun öldürüldüyü bildirilib.

    Bununla yanaşı, “Taliban” silahlıları Tacikistanla sərhəddə yerləşən Ukçuk məntqəsinə də hücum ediblər. Geri çəkilən hökumət qüvvələri qonşu dövlətin ərazisinə daxil olub. Tacikistan sərhədçiləri isə humanizm göstərərək, onların sərhədi keçmələrinə mane olmayıblar.

  • Секретные документы минобороны Великобритании найдены на улице

    На автобусной остановке в английском графстве Кент обнаружены секретные документы минобороны Соединеного Королевства, касающиеся, в частности, передвижений британского эсминца “Дефендер” в Черном море близ Крыма, сообщают Euronews.

    Прохожий, заметивший промокшие документы на улице, передал их телеканалу BBC. В редакции отмечают, что бумаги были найдены во вторник на прошлой неделе, за день до инцидента.

    В британском оборонном ведомстве признали факт утери. В BBC со ссылкой на источник в министерстве уточняют, что о пропаже документов сообщил высокопоставленный сотрудник ведомства. Проводится расследование.

  • Britaniya ordusunun gizli sənədləri avtobus dayanacağında aşkar olunub

    Britaniyanın Müdafiə Nazirliyinə məxsus gizli sənədlər krallığın Kent qraflığındakı avtobus dayanacağında aşkar olunub.

    BBC məlumat verir ki, sənədləri tapan 50 yaşlı şəxs onları yayım şirkətinin redaksiyasına təhvil verib və adının açıqlanmamasını xahiş edib.

    Sənədlərdə “Defender” hərbi gəmisinin Qara dəniz missiyası barədə qapalı məlumatlar əks olunub. Sənədlərə əsasən, Müdafiə Nazirliyi gəminin Qara dənizdən keçidinin Rusiya tərəfindən narazılıq doğuracağını öncədən təxmin edib.

    Qeyd edək ki, iyunun 23-də Rusiya sərhədçiləri “Defender” gəmisinin ölkənin ərazi sularına daxil olduğunu bildirərək, onun hərəkəri istiqamətində iki xəbərdarlıq atəşi açıblar.

  • Moskvada rekord istilər qeydə alınıb

    Rusiya paytaxtında anomal isti hava şəraiti hökm sürür.

    “RİA Novosti” xəbər verir ki, iyunun 27-də Moskvada rekord isti qeydə alınıb.

    Ölkənin hidrometeorologiya mərkəzindən verilən məlumata görə, termometrlər 33.6 dərəcəni göstərib.

    Qeyd olunub ki, bu 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

    Mütəxəssislər şəhərdə havanın daha da isinəcəyini mümkün sayır və yeni rekord istilər barədə xəbərdarlıq edirlər.

  • Odessa küçələri suyun altında qalıb

    Ukraynanın Odessa şəhərində güclü qasırğa və leysan qeydə alınıb.

    Yerli KİV-də yayılan məlumatlara görə, gecə saatlarında şəhər küçələrini su basıb.

    Yağış suları mağazalara və binaların girişlərinə dolub. Bəzi ərazilərdə elektrik təchizatı dayandırılıb.

    Həmçinin, əlverişsiz hava şəraiti səbəbindən dörd sərnişin təyyarəsi, o cümlədən də İstanbuldan gələn Türk Hava Yollarına məxsus avialayner Odessa hava limanında yer enə bilməyib.

  • Xorvatiya millisinin futbolçusu 1/8 final öncəsi koronavirusa yoluxub

    Futbol üzrə Xorvatiya seçməsinin futbolçusu İvan Perişiç koronavirusa yoluxub.

    Bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.

    Millinin tibb heyəti oyunçunu dərhal təcrid edib. Onun 10 gün bu şəraitdə qalacağı bildirilib.

    Məlumata görə, yığmanın digər üzvlərinin COVID testi neqativ çıxıb.

    Qeyd edək ki, iyunun 28-də Kopenhagendə Xorvatiya ilə İspaniya seçməsilə Avropa çempionatının 1/8 final mərhələsində qarşı-qarşıya gələcək.

  • Çin Marsdan yeni görüntülər yayıb – VİDEO

    Çinin Milli Kosmik Agentliyi (CNSA) ölkənin Kommunist partiyasının yubileyi şərəfinə Marsdan yeni görüntüləri yayımlayıb.

    “Sinxua” xəbər verir ki, video agentliyin “YouTube” səhifəsində yerləşdirilib.

    Görüntülərdə “Çjujun” roverinin qırmızı planetə enişi və onun səthi üzərindəki hərəkəti əks olunub.

    Qeyd edək ki, Çinin “Tyanven 1” adlı Mars missiyası 2020-ci ilin iyulun 23-də start götürüb. Bu il mayın 15-də isə “Çjujun” planetə eniş edib.