Month: June 2021

  • Almaniyada 272 polis ifrat sağçılıqda ittiham olunub

    Almaniyada ən az 272 polis əməkdaşı haqqında araşdırma başlanıb.

    Bu barədə yerli “Welt am Sonntag” nəşri məlumat yayıb.

    Onların ifrat sağçılıq meyillərində ittiham olunduğu bildirilib.

    Məlumatda ölkənin hüquq-mühafizə orqanlarında ifrat sağçılığın bilindiyindən daha geniş yayılması da qeyd edilib.

    Artıq ölkə parlametinin bəzi deputatları məsələ ilə bağlı müvafiq qurumlardan izahat tələb edib. Millət vəkilləri hadisənin narahatlıq doğurduğunu vurğulayıblar.

  • В Мингячевире 21-летний парень свел счеты с жизнью

    Житель Мингячевира совершил суицид.

    Как сообщает Qafqazinfo, тело жителя города Джамала Халилова (1990 г.р.), было обнаружено сотрудниками полиции возле средней школы №9.

    По предварительной информации, он покончил с собой, выпив уксусную кислоту.

    По данному факту проводится расследование.

  • Mingəçevirdə sirkə turşusu içmiş gənc ölüb

    Mingəçevir sakini intihar edib.

    “Qafqazinfo”nun məlumatına görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlunu meyiti ərazidə xidmət edən polis əməkdaşları tərəfindən 9 saylı orta məktəbin yaxınlığında aşkar edilib.

    İlkin məlumata görə, C.Xəlilovun sirkə turşusu içdiyi məlum olub.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Lənkəranda 17 yaşlı gənc avtomobili kanala aşırdı, xəsarət alanlar var

    Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Vilvan kəndində baş verib.

    Belə ki, “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı drenaj kanalına aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Aşaraq deformasiyaya uğrayan avtomobildən üç nəfər çıxarılıb. Müxtəlif dərəcəli xəsarətlər alan Vilvan kənd sakinləri – 17 yaşlı Turan Turab oğlu Ağayev, həmyaşıdı Elgün Rauf oğlu Səmədov və 16 yaşlı Səbuhi Nurəddin oğlu Tahirzadə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında T.Ağayev olub. Sol bazunun çıxığı və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Barselona” Qrizmanı sata bilər

    Fransa millisinin hücumçusu Antuan Qrizmanın “Barselona”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

    “Marca” nəşri iddia edir ki, klub rəhbərliyi 30 yaşlı futbolçunu satmağı düşünür.

    Katalonlar maliyyə böhranı səbəbindən yüksək məvacibli oyunçıların sayını azaltmaq istəyirlər.

    Məlumata əsasən, məsələ barədə hələ ki, qəti qərar qəbul edilməyib.

    Hər şeyin AVRO-2020-dən sonra dəqiqləşəcəyi bildirilib.

  • Беженка из Северной Кореи рассказала об ужасающем голоде в стране

    Голод, с которым столкнулась Северная Корея в 1990-х годах, был по-настоящему ужасающим: новые тела умерших появлялись на улицах каждый день, а отчаяние доводило некоторых до каннибализма. Об этом рассказала Чжихен Пак, беженка из Северной Кореи и правозащитница, пишет lenta.ru.

    Пак вспоминает, что проблемы с продуктами питания начались еще в начале 1990-х, а вскоре в стране рухнула карточная система, от которой зависело большинство жителей. От голода умер и ее дядя. “Когда я увидела его тело, он не был похож на человека. Одни лишь кости, обтянутые кожей”, – рассказала женщина.

    Чтобы выжить, семье пришлось распродать все имущество. Ели все подряд: коренья, семена, съедобную траву, выловленных в море мидий и даже отловленных крыс.

    Случалось, что женщина съедала что-то, а после несколько дней пила только воду. “Люди теряли рассудок от голода, убивали и ели других людей. Они ели даже детей. Какой силы должен был быть голод, чтобы люди шли на такое?” – воскликнула она.

    В середине июня лидер КНДР Ким Чен Ын, выступая на пленуме ЦК Трудовой партии Кореи, объявил о возможной угрозе голода в стране. По его словам, напряженная ситуация с продовольствием сложилась из-за тайфуна в 2020 году.

    Ранее он уже призвал партию и жителей страны быть готовыми к новому “Трудному походу”. Так в стране называют период экономического кризиса и страшного голода 1990-х.

  • Şimali koreyalı qaçqın: “İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi”

    Şimali koreyalı qaçqın və hüquq müdafiəçisi Çjihyon Pak ötən əsrin 90-cı illərində ölkədəki aclıq və kannibalizmdən danışıb.

    Lenta.ru xəbər verir ki, o, hər gün küçədə yeni cəsədlərin peyda olduğunu bildirib.

    “İnsanlar aclıqdan ağlını itirir, bir-birini öldürür, ətini yeyirdi. Onlar hətta uşaqları da yeyirdilər”, -deyə Pak qeyd edib.

    Onun sözlərinə görə, ailəsi də siçovul yeməklə dolanıb. Dayısı isə aclıqdan ölüb.

    Qeyd edək ki, hazırda Şimali Koreya yeni aclıq təhlükəsilə üzləşib.

  • Yasamalda gənc qızı avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Əkbərova Aysel Ağamirzə qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə sərxoş kişi intihara cəhd edib

    Gəncədə intihara cəhdin qarşısı alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

    1978-ci il təvəllüdlü Mehdi İsmayılov yaşadığı evdə özünə qəsd etmək istəyib. O, yaxınları tərəfindən asılımış vəziyyətdə tapılıb. Dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

    İlkin məlumata görə, 43 yaşlı kişi özünə qəsd etmək istəyərkən sərxoş olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyədəki zabitlərimizə yeni rütbələri təqdim olunub

    Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə Türkiyədəki zabitlərimizə yeni rütbələri təqdim olunub.

    Trend-in məlumatına görə, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbul şəhərində Azərbaycanın dövlət bayramı 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə mərasim keçirilir.

    Mərasimdə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın İstanbuldakı konsulluğunun, Azərbaycanlıların Koordinasiya Şuralarının təmsilçiləri, Türkiyənin Milli Müdafiə Universitetinin yüksək çinli heyəti, Türkiyədə təhsil alan azərbaycanlı kursantlar, qardaş ölkədə müalicə olunan qazilərimiz, onların ailə üzvləri və başqaları iştirak ediblər.

    Tədbir çərçivəsində Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin hazırda Türkiyədə təhsil alan bir qrup zabitimizə verdiyi yeni rütbələr təqdim edilib. Onlar polkovnik-leytenant Azər Abdullayev, mayor Beyrək İsgəndərov, II dərəcəli kapitan Sərdarov Səbuhi və mayor Elvin Həsənovdur.