Month: June 2021

  • Hüseynbala Mirələmov: “Yoldaşım dedi darıxma, olan işdir” – VİDEO

    Dünən 76 yaşı tamam olan keçmiş millət vəkili Hüseynbala Mirələmov “anews.az”a müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik:

    – Məktəb yaşlarınızdan yazıb yaradırsınız. “Xalq yazıçısı” titulunu almaq istəyiniz olubmu?

    – O titulları insanlara elə belə vermirlər. Cənab prezidentin verdiyi hər bir qərar və sərəncama hörmətlə yanaşıram və hesab edirəm ki, o titul adları alanlar buna layiqdir. Əgər nə zamansa layiq bilinsəm alacam. Bu mənim üçün problem deyil. Tək istədiyim budur ki, yazdığım əsərlər unudulmasın, kitablarımın daimi oxucusu olsun.

    – Bir çox əsərləriniz tamaşaya qoyulub. Azərbaycanda yaradıcılıq mühitindən razısınızmı? Sizcə bu sahədən gəlir götürmək mümkündürmü ?

    – Sovet hakimiyyəti dövründə ən varlı şəxslər yazıçılar idi. Çünki dövlət həm onların kitablarını çap etdirir, həm qonarar verir və əlavə olaraq onlar kitablarını sataraq qazanc əldə edirdi. İndi isə bu məsələ gündəmdə deyil. Yalnız kimin büdcəsi imkan versə öz kitabını çap etdirib sata bilir. Hesab edirəm ki, indi ona görə böyük ədəbiyyat yaranmır.Yazıçıların çoxunun kitab çap etdirməyə maddi imkanı yoxdur.Bu prosesdə dövlət dəstək göstərərsə çox gözəl ədəbiyyat mühiti yarana bilər.

    Dövlət dəstəyi olmalıdır. Adamlar var böyük əsərlər yazır, amma çap etməyə maddi imkanları yoxdur.Dövlət tərəfindən müsabiqə yolu ilə qonarar verilsə həmin yazıçarın kitabları çap olunsa biz də bu sahədə böyük uğurlar əldə edərik.

    – Siz həm də “Azəriqaz” sistemində çalışmısız. Azərbaycanda qazlaşmanın səviyyəsindən razısınızmı?

    – Dünyada elə bir ölkə yoxdur ki,orada qaz verilməsi 99% olsun. Azərbaycanda 96 faiz qazlaşma böyük rəqəmdir. Şəhər və qəsəbələrin əksəriyyətində bu gün qaz problemi demək olar yoxdur. Hətta Lerikdə elə kəndlər var ki, vaxtilə ora maşın yolu belə yox idi, amma indi həmin ərazilərə qaz verilir. Uzun illər o sahədə rəhbər vəzifədə olmuşam. Bu sahədəki fəaliyyəti və dövlət dəstəyini yüksək qiymətləndirirəm.

    – Dünən Elçibəyin doğum günü idi. Müsahibələrin birində oxumuşdum ki, 1992-ci ildə Sizi vəzifədən uzaqlaşdırıb və təxribatda günahlandırıb. Maraqlıdır sizi hansı təxribatda günahlandırıblar?

    – Azərbaycan dövlət yanacaq komitəsində sədrin birinci müavini idim. Bir gün xəbərlərdən bildim ki, sədri və məni işdən çıxarıblar. Heç bir səbəb olmadan. Sakitcə işdən uzaqlaşdım. 3 gün sonra isə eşitdim ki, bizim üçün cinayət işi qaldırılıb. Baş prokrorun müavini televiziyada çıxışında deyib ki, guya biz Bakı şəhərində neftbazada beznin ola-ola biz benzinin satılmasının əleyhinə olmuşuq. Məqsəd isə əhalini Xalq Cəbhəsindən narazı salmaq olub. Məni prokrorluğa çağırdılar sual verdilər ki, niyə təxribat aparmısız, benzin verməməsiz? Müstənqiə sual verdim ki, sən oturduğun ağacın budağını kəsərsənmi? Dedi yox. İzah etdim ki, mən də həmin komitəyə, bezninin satışına cavabdeh olan şəxsəm. Necə belə bir iş görə bilərəm? Bir ay müddətində bizi süründürlər. Sübut tapılmadı. Sonra bu cinayət işinə xitam verildi. Dünən Elçibəyin doğum günü olub. Allah rəhmət eləsin. Mən ruhlara xəyanət və təhqir edən adam deyiləm.

    – 1990-ci illərdə Azərbaycanda yaşanan siyasi böhranı necə qiymətləndirirsiz?

    – Pis qiymətləndirirəm o dövrü. O vaxtlar içi mən olmaqla Heydər Əliyevə müraciət etdik. Uzun təhdidlərdən sonra Heydər Əliyev vəziyyəti gördü və xalqın inadlı təhkidi ilə hakimiyyətə gəldi. Bu gün də sabitlikdi, rahat yaşayırıq. Qaşığı qızıldan olmaq xoşbəxtlik deyil, xoşbəxtlik rahat və sakit yaşamaqdadır. O vaxtlar bulvara girəndə adamı soyurdular, toylara girib adamı basqın edirdilər. O günlər bir də Azərbaycanın həyatına qayıtmasın.

    – Üç çağırış deputat olmusunuz. 2020-ci ildə nəticələriniz ləğv olundu. Sizcə bu qərar doğru qərar oldumu?

    – Mərkəzi seçki komissiyası qərarı ləğv etdi. Mən şəxsən qərarın niyə ləğv olunduğunu bilmədim. Qələbə qazanmışdım. İnsanların böyük əksəriyyəti məni təbrik də etmişdi. MSK yəqin ki obyektiv bir səbəb tapıb ləğv edib. Seçkidə bu proseslər olur. Təəssüflənmədim. Görünür hardasa pozğunluq olub.

    – Milli Məclisə yenidən seçkilər keçirilsə, namizədliyinizi verəcəksinizmi?

    15 il deputat olmuşam. Kifayət qədər xidmətlərim olub. Artıq seçkilərdə iştirak etməyi düşünmürəm. Özümü tamamilə bədii yaradıcılığa həsr etmişəm.

    – 15 il deputat olduğunuz dövrdə seçicilərinizə hansı vədi verib yerinə yetirə bilməmisiniz?

    -33 saylı xətai seçki dairəsindən namizəd olmuşam. Hələ elə bir şey olmayıb ki, nəyisə vəd edim amma yerinə yetirməyim. Bəzi hallar olub ki, şəxsi maraqlar üçün müraciət ediblər və mən başa salmışam ki, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Gücümdə olan msələləri hamısını yerinə yetirmişəm. Bir dəfə yanıma gəlib dedilər ki, icra hakimiyyətinin sərancamı ilə burda böyük ev tikilir. Mən həmin sərəncama ləğv etdirdim və seçicilərim məni çağırıb ayağımın altında qurban kəsdilər.

    – Pandemiya həyatınızda nəyi dəyişdi?

    -Pandemiya ürəyimdə bəzi dostların itirilməsi kimi yadda qaldı. Hesab edirəm ki, bu bizə Allahın bir sınağı idi. Olmalı idi və oldu. Bəşəriyyətin sınağı idi. Ölkəmizdə pandemiya dəf olmaq üzrədir. Rəqəmlərə baxanda görərik ən az COVİD-19-dan ölüm sayı da bizim ölkədədir. Səbəb isə dövlətimizin ilk gündən bu işə məsuliyyətlə yanaşmasıdır.

    – Müxalifətdən olan dostlarınız varmı?

    – Sabir Rüstəmxanlı ilə dostuq. Müxalifətçi düşərgədədir.

    – Milli Məclisdə elə deputatlar varmı hansı ki, onlardan zəng gözləyirsiz əksinə isə onlar sizi unudub?

    – Böyük əksəriyyəti mənə zəng edir. Amma elələri də var başları işə-gücə qarışıb unudub. Heç kəs heç nədən sığortalanmayıb. Bunu deyə bilərəm ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Borcdur.

    – Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?

    – Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm.

    – Niyə ərizə yazdınız ki?

    – Qısa deyim ki, incidim. Səbəblərini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa, ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı.Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi.

    – Həmin video haqqında nə deyə bilərsiz? Keçmiş deputat yoldaşlarınız sizi qınadı. Buna münasibətiniz?

    – Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.

    – İndi nə ilə məşğulsuz?

    – Yaradıcılıqla məşğulam. 4 min manata yaxın təqaüd alıram. Mənə artıqlaması ilə bəs edir. Dövlətimizdən, prezidentimizdən çox razıyam. Bu yaxınlarda “Erməni şərəfsizliyi” adlı kitabım çıxıb. 10 ildir bu kitabın yazılması üçün araşdırmalar aparırdım. Osmanlı imperiyası dövründən bu günə qədər terror təşkilatları barədə araşdırmalar etmişəm.

    – Əsərlərinizdə yaşlı kişilərin gənc qızlara olan sevgisindən yazırsız. Niyə bu mövzu Sizə maraqlı gəlir?

    – Məhəbbətin yaşı olmur. Bu nə vəzifəyə nə yaşa nə pula baxmır. Sevgi bir hissdir.Yazıçının fantaziyası lmasa yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar.

    – Əlinizdə ürək formasında döymə gördüm. Bunun tarixçəsi var?

    – Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız nəvələrimiz var. 50 ildir məni tanıyır.Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Mənim yoldaşım mənə dedi darıxma olan işdir. Sənin əxlaqına bələdəm. Lənət şeytana deyib mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır.

  • Holand 500 min avroluq naharla bağlı iddialara cavab verdi

    Dortmund “Borussiya”sının və Norveç millisinin hücumçusu Erlinq Holand dostları ilə nahar üçün 500 min avroda çox pul xərcləməsi ilə bağlı iddialara cavab verib.

    Bu barədə futbolçu sosial şəbəkə hesabında yazıb.

    “Məncə onlar hələ ilk yemək barədə yazmağı unudublar. Feyk-nyus”, – deyə Holand bildirib.

    Xatırladaq ki, Yunanıstanın Mikonos adasında istirahət edən futbolçunun dostları nahar edərkən 4 şüşə “Şampan” şərabı üçün 280 min avro xərclədiyi, həmçinin 30 min avro bəxşiş verdiyi, eyni məbləği avtomobil icarəsi üçün istifadə etdiyi iddia olunmuşdu.

  • Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu – VİDEO

    Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan – Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub.

    Bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfindən layiqli cavablarını alaraq ərazilərimizdən uzaqlaşdırılırlar.

    Həmin görüntüləri təqdim edirik:

  • Telefonun ekranından yaxma götürəcəklər – Yeni kovid TESTİ

    Koronavirusu test etmək üçün yeni yaradılan analiz metodu PoST adlanır.

    London Oflalmoloji institutunun üzvlərinin kəşf etdiyi bu metodla insanın şəxsi mobil telefonunun eksranından PZR yaxma götürməklə onun kovid olub-olmadığını 90-100% hallarda dəqiq təyin edir.

    İnsanın tez-tez telefonla danışarkən ağız suyundan ekrana çökən hissəciklərdə mütləq virus zərrəcikləri qalır.

    Yeni testin sınaqları zamanı telefonundan yaxma testi müsbət çıxanların burundan PZR yaxması da müsbət çıxıb. Bu isə yeni metodun dəqiq olduğunu sübut edir.

    PoST testi smartfon sahibinin koronavirusun hansı stamina yoluxduğunu da təyin edir.

    Metodun müəllifləri hesab edir ki, bu test ən ucuz, qeyri-invaziv və PZR testə layiqli alternativ analiz növüdür.
    Bu metodla virusa yoluxub simptomsuz keçirənləri də aşkar etmək mümkün olur.

  • “Respublikanski”də ölü uşaq soyğunçuluğu: Atadan 200 manat aldılar

    Bakı şəhər sakini Səbuhi Camalov Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayətçidir.

    Xəstəxanada S.Camalovun həyat yoldaşının hamiləliyinin sonlandırılması məqsədilə süni doğuş yaratmaq üçün süni sancı yaradıcı 25 manatlıq iynəni ona 400 manata təklif ediblər. Daha sonra həkimlərlə razılığa gəlib, iynəni 200 manata alsalar da, uşaq ana bətnində tələf olub.

    Vətəndaşın şikayətini ətraflı təqdim edirik:

    “İyunun 20-də qızım ana bətnində dünyasını dəyişərək mələk oldu. Göndərişlə bizi “Respublikanski” xəstəxanasına (qəssabxanaya) göndərdilər. Azərbaycan səhiyyəsinin bərbad olduğunu bilirdim, amma bu qədər olduğunu bilmirdim. Yoldaşıma hər 4 saatdan bir dərman verdilər ki, süni doğuş olsun. 3 gün davam etdilər, nəticə olmadı. Yoldaşım ağrı çəkirdi. “Enzaprost” adlı iynəni almağımı dedilər. 25 manata olan dərmanı nə qədər axtarsam da tapa bilmədim. Xəstəxanada isə bildirdilər ki, o iynə tapılmır, bizdə var, amma 400 manata. Məcbur qalıb 200 manata razılaşıb o iynəni aldım. Çünki yoldaşım əziyyət çəkirdi, vəziyyəti pisləşirdi. Ayın 20-də uşaq rəhmətə getdi, 2 saat uşağı orda saxladılar. Sonra dedilər ki, uşağı yarmalıyıq. Etiraz etdim və dedilər 50 manat ver etməyək. Üzərimdə sadəcə 20 manat var idi. Onu verdim. Rəhmətə gedən uşağın cəsədindən belə pul alırlar. Hansı insaf, hansı din, hansı Allah bunu qəbul edər?

    Zara adlı həkimin yanına getdim, şikayət edəcəyimi desəm də, “get kimə istəyirsən şikayət et”, dedi”.

    //bakupost.az

  • Mirələmovu “məhv edən” o videonu kim yayıb? Özü danışdı

    Median.Az xəbər verir ki, 76 yaşını qeyd edən keçmiş millət vəkili Hüseynbala Mirələmov anew.az-a müsahibə verib.

    Müsahibədə o, məlum və biabırçı görüntülər barədə də danışıb.

    Mirələmov deyib ki, videonuu yayanlar Allah tərəfindən cəzasını alacaq:

    “Rektorla universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm”.

  • Yevlax-Bərdə yolunda zəncirvari qəza olub, 2 nəfər xəsarət alıb

    Yevlax-Bərdə avtomobil yolunda zəncirvari yol qəzası olub.

    4 avtomobilin qəzaya uğraması zamanı 2 nəfər xəsarət alıb.

    Yaralılar Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Vəfa Mirzəyeva və Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Səməndər Səlimovdur. Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • В США при столкновении воздушного шара с ЛЭП погибли четверо человек

    Четыре человека погибли и один находится в критическом состоянии в реанимации после столкновения воздушного шара с линией электропередачи (ЛЭП) в городе Альбукерке (штат Нью-Мексико).

    Об этом говорится в распространенном сообщении полиции штата.

    “Четыре человека погибли на месте в результате полученных травм. Еще один человек был доставлен в ближайшую больницу, где остается в критическом нестабильном состоянии”, – отмечается в заявлении.

    На месте происшествия работают пожарные и полиции. Власти в ближайшее время намерены начать расследование причин происшествия.

  • Кардиолог рассказала, как распознать скорый инфаркт

    Врач-кардиолог, кандидат медицинских наук Анна Кореневич рассказала на своем YouTube-канале, как предотвратить инфаркт и инсульт.

    По ее словам, для этого необходимо обследоваться на атеросклероз и сдать несколько анализов, а затем показать результаты кардиологу.

    Специалист уточнила, что речь идет об МРТ сердца, ЭКГ в покое и под нагрузкой, УЗИ сердца, сосудов шеи, артерий ног, щитовидной железы, почек, печени.

    Кроме того, нужно сделать клинический анализ крови, общий анализ мочи, биохимию и холтеровское мониторирование.

    Кореневич напомнила, что проходить регулярно обследование необходимо людям старше 40 лет, а также при наличии наследственных заболеваний сердца.

  • Малайзия обвинила развитые страны в скупке вакцин от коронавируса

    Власти Малайзии обвинили США, Великобританию и другие развитые страны в закупке неоправданно крупных партий вакцин от коронавируса. Как передает Median.Az со ссылкой на ТАСС, с таким заявлением выступил министр науки, технологий и инноваций Хайри Джамалуддин во время посещения одного из столичных центров вакцинации.

    “Евросоюз закупает препаратов больше, чем ему необходимо”, – приводит газета The Star слова министра. По его словам, “речь идет не только о ЕС, но и Великобритании, Канаде и США”.

    Хайри признал, что “Малайзия также закупает примерно на 20% больше вакцин, чем необходимо”. “Однако эти страны приобретают препараты из расчета пять доз на одного человека”, – сказал министр, курирующий национальную кампанию по вакцинации населения.

    Власти Малайзии одобрили для использования препараты компаний Pfizer – BioNTech, в том числе для детей от 12 лет и старше, а также Sinovac и AstraZeneca. Частные клиники получили разрешения предлагать вакцины Johnson & Johnson и CanSino.