Month: June 2021

  • İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyi davam etdirəcək”

    “Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu uğurla yerinə yetirdi”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Gürcüstan bundan öncə bu cür rol oynamayıb: “Bu cür rollar adətən böyük dövlətlərə həvalə olunur. Bu, hər iki ölkə liderinin Gürcüstana etimadının ifadəsidir. Mən öz növbəmdə Gürcüstanın bundan sonra da bu prosesdə vasitəçi rolunu oynamağa davam edəcəyinə tam hazırlığını bir daha təsdiqləyirəm”.

  • Проведено очередное заседание Рабочей группы по вопросам энергоснабжения на освобожденных территориях страны

    Сегодня в формате видеоконференции проведено очередное заседание Рабочей группы, созданной в Межведомственном центре с целью обеспечения необходимой координации при решении вопросов энергоснабжения на освобожденных территориях Азербайджана.

    На заседании были заслушаны доклады представителей соответствующих госучреждений относительно работ по восстановлению и реконструкции энергетической инфраструктуры на освобожденных от армянской оккупации землях, осуществленных мерах по эффективному использованию энергетического потенциала региона, а также последующих шагах в направлении достижения устойчивого энергообеспечения указанных территорий.

    Была подчеркнута важность необходимости придерживаться правил технической безопасности, в особенности в вопросах пожарной безопасности во время осуществления работ по восстановлению здесь энергетической инфраструктуры.

    Также были проведены обсуждения по поводу обязательств, вытекающих из Распоряжения Президента Азербайджана № 2620 от 3 мая 2021 года “О мерах по созданию зоны “зеленой энергетики” на территориях Азербайджанской Республики, освобожденных от оккупации”, заслушана презентация японской компании TEPSCO.

    На заседании была предоставлена информация о мероприятиях, осуществленных в связи с реализацией решений, принятых на прошедших заседаниях Рабочей группы, работах по строительству гидроэлектростанций “Худаферин” и “Гыз галасы”, темпах планирования по обеспечению теплом города Шуша.

    Также проведен обмен мнениями по поводу реализации соответствующей части “Плана действий, связанных с решением военно-политических, гуманитарных, организационных и других срочных вопросов на территориях Азербайджанской Республики, освобожденных от оккупации”.

  • Nazirlik Prezidentin son fərmanı ilə bağlı məlumat yaydı

    Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər vahid məkandan həyata keçiriləcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu məqsədlə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq və mərkəzlərin fəaliyyəti ilkin mərhələdə “DOST” mərkəzlərində təşkil olunacaq.

    Prezident İlham Əliyevin imzaladığı yeni “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 25 iyun 2021-ci il tarixli Fərmanı qeyd edilən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqət və qayğının davamıdır. Fərmanla həmin şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq.

    Məqsəd onlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin olunmasıdır.

    Fərmanla “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” və vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası da təsdiq edilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.

    Sənədə əsasən, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək və birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil ediləcək. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçiriləcək.

    Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil olunacaq.

    Xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirmə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməklə, üç ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsi təmin ediləcək.

  • Dünya çempionatı koronavirusa görə təxirə salındı

    Bu ilin oktyabrında keçirilməsi planlaşdırılan taekvondo üzrə dünya çempionatı təxirə salınıb.

    “Report”un məlumatına görə, bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov TASS-a açıqlamasında deyib.

    O bildirib ki, qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) Şurasında qəbul edilib. Buna Çinin epidemioloji vəziyyətlə əlaqədar yarışı keçirməkdən imtinası səbəb olub.

    2022-ci ildə təşkil olunacaq dünya çempionatının dəqiq tarixi oktyabrda açıqlanacaq.

  • İspaniya kubokunda səfər qolu qaydası ləğv olundu

    İspaniya Futbol Federasiyası Kral kubokunda səfər qolu qaydasını ləğv edib.

    “Report” xəbər verir ki, bununla bağlı qərar qurumun son iclasında qəbul olunub.

    Daha əvvəl UEFA öz bayrağı altında keçirilən yarışlarda sözügedən qaydanın ləğvinə dair qərar çıxarıb.

    Qeyd edək ki, yeni qaydaya əsasən, qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.

  • Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

    Quba rayonunda yol qəzası baş verib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qaraçay kəndində qeydə alınıb.

    Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu “NİVA” markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

    Faktla bağlı araşdırma aparılır

  • Çexiyada 5 nəfər tornadonun qurbanı olub

    Çexiyanın Brjeslav və Qodonin şəhərlərinin tornadoya məruz qalması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb.

    Təbii fəlakət zonasında xilasetmə işləri davam etdirilir. Evlərin dağıntıları altında hələ də insanların olması ehtimalı var.

    200-dək sakinin xəsarət aldığı bildirilir.

  • “Lido” restoranında qanun pozuntuları aşkar edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

    “Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ötən gün Binəqədi qəsəbəsi, Atatürk prospekti, 69 ünvanındakı Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranında operativ vergi nəzarəti tədbiri keçirib. Nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.

    Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib. Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Sahibkar barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.

    Eyni zamanda, “Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsi fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edib.

    Əmək və vergi qanunvericiliyinin pozulması faktları üzrə araşdırmalar davam edir.

    “Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını təmin etmək, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə etmək onların vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edilib”, – deyə Xidmət bəyan edib.

  • Центробанк Азербайджана выдал лицензии двум НКО

    Решением правления Центрального банка Азербайджана (ЦБА) выданы лицензии небанковским кредитным организациям (НКО) ОАО Azkredit и ООО Nas Project. Об этом сообщает Report со ссылкой на регулирующий орган.

    Таким образом, число НКО, имеющих лицензию в стране, достигло 51.

    Azkredit был создан в ноябре 2019 года на базе находящегося в процессе ликвидации ООО Vijn Fond Azercredit. Его юридический адрес – город Баку, Низаминский район, улица Мирза Халил Шарифли, дом 1, квартира 34. Уставный капитал составляет 300 тысяч манатов, а законным представителем является Джейхун Мамедали оглу Алиев.

    Nas Project был создан в октябре 2020 года. Юридический адрес компании – город Баку, Наримановский район, улица Тебриз, дом 105/35, квартира 56. Уставный капитал составляет 300 тысяч манатов, а законным представителем является Эльнур Фазли оглу Мамедов.

  • Terror-təxribat törədən erməni silahlı dəstəsinin üzvlərinə ittiham aktı elan edilib

    Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Avakyan Qraç sərbəst ifadə verib.

    Məhkəmənin növbəti iclası iyunun 29-na təyin edilib.