Month: July 2021

  • Əfqanıstanda 58 nəfər daşqın qurbanı olub

    Əfqanıstanın Nuristan əyalətində baş vermiş daşqın 58 nəfərin həyatına son qoyub, 140 nəfər itkin düşmüş hesab olunur.

    Bu barədə yerli “Ariana News” telekanalı məlumat yayıb.

    Məlumata görə, leysan yağışlarının səbəb olduğu daşqınlar Kamdiş rayonunun Meherdiş kəndini su altında qoyub. Daha əvvəl rəsmən 40 nəfərin öldüyü bildirilsə də, bəzi yerli hakimiyyət nümayəndələri ölü sayının 150 nəfər olduğunu qeyd edib.

    Təbii fəlakət bölgədə 150 evin dağılmasına səbəb olub.

  • Bakıda “Lexus”dan silah aşkarlandı

    Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

    Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Əkbərovun idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança və 8 ədəd patron aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Müəllim olmaq istəyənlərin nəzərinə: Təkrar imtahanların keçiriləcəyi tarix açıqlandı

    2021-2022-ci tədris ili üçün müəllimlərin işi qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

    Avqustun üçündə Azərbaycan dili və ədəbiyyat, avqustun dördündə isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.

    Qeyd edək ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

  • Müdafiə Nazirliyi məlumat yaydı

    Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur.

    Müdafiə Nazirliyindən verilən məlumatda bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb.

  • Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb

    Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini M.Baxışov iyulun 24-də ona məxsus “KamAZ” markalı yük maşınından 2 ədəd akkumulyatorun oğurlanması barədə məlumat verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov məlumat verib.

    O bildirib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib:

    “Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Armud-padat kənd sakini Natiq Zülfüqarov və Yergüc kənd sakini Tərlan Cəbrayılov saxlanılıblar. Saxlanılan zaman oğurluq yolu ilə əldə edilmiş xeyli sayda yük maşınlarına məxsus akkumulyatorlar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb”.

    Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

  • Aygün Kazımovanın 32 il əvvəlki görüntüsü təəccübləndirdi -FOTO

    Xalq artisti Aygün Kazımova yeni paylaşımı ilə diqqət çəkib.

    50 yaşlı sənətçi sosial şəbəkə hesabında 18 yaşında çəkdirdiyi fotosunu yayımlayıb.

    Xalq artistinin 32 il əvvəlki görüntüsü hər kəsi çox təəccüblənirib. Sosial şəbəkə istifadəçiləri sənətçinin çox dəyişildiyini bildirsələr də, oun hər zaman gözəl və cazibədar göründüyünü qeyd ediblər.

    Xatırladaq ki, bir müddət əvvəl də Kazımova “Instagram” hesabında 19 il əvvəl lentə alınan videosunu yayımlayıb. Onun bu paylaşımı da izləyiciləri tərəfindən çox bəyənilib.

    (baku.ws)

  • Karantin qaydalarını pozan restoran sahibi həbs edildi – RƏSMİ

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov məlumat verib.

    O bildirib ki, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb:

    “Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gün inzibati həbs edib”.

  • Погиб военнослужащий азербайджанской армии

    Военнослужащий азербайджанской армии Шамиль Маис оглу Асланов, по предварительным данным, погиб в результате грубого нарушения правил обращения с оружием.

    По данному факту проводится расследование.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub – RƏSMİ

    Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə həmkəndlisini güllələyərək öldürən şəxs saxlanıldı

    İyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq davam edir.