Month: July 2021

  • Dünya əhalisinə dörd milyard dozadan çox koronavirus peyvəndi vurulub

    Dünya əhalisinə koronavirusa qarşı vurulan peyvənd sayı dörd milyardı keçib.

    Bu barədə “Hürriyet” yazıb.

    Ən çox peyvəndin istifadə edildiyi ölkə əvvəlki kimi Çin olub. Çində əhaliyə 1 milyard 600 milyon dozadan çox peyvənd vurulub.

    İkinci sırada 450 milyon 710 minlə Hindistan, üçüncü pillədə isə 343 milyon 360 minlə ABŞ qərarlaşıb.

  • Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Rumen Radevə təqdim edib

    İyulun 28-də Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevə təqdim etmişdir.

    Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilmiş təkbətək görüşdə səfir Hüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Respublikasının Prezidentinə çatdırmışdır.

    Səfir ölkəmizin Bolqarıstan ilə əməkdaşlığa vacib əhəmiyyət verdiyini bildirmiş və iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin aparılacağını bildirmişdir.

    Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Rumen Radev onun da səmimi salamlarını və yüksək ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir. Azərbaycanın Bolqarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Rumen Radev səfirə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

    Görüşdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilmiş, ticari-iqtisadi əməkdaşlığın artırılmasının əhəmiyyəti və qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və yüksək informasiya texnologiyaları, habelə humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanmışdır.

  • Yeddinci mərtəbədən düşən körpə sağ qaldı

    Barnaulda (Rusiya) hər kəsi şoka salan hadisə yaşanıb. Yeddinci mərtəbədən anası tərəfindən yerə atılan üçaylıq körpə möcüzə nəticəsində sağ qalıb.

    Median.Az kp.ru-ya istinadən xəbər verir ki, uşaq hazırda klinik xəstəxanada müalicə alır. Məlumata görə 33 yaşlı qadın insidentdən sonra özünə qəsd etmək istəyib. Ağır vəziyyətdə olan anaya ən ağır diaqnoz qoyula bilər. Maraqlıdır ki, uşağı atan zaman qadının yanında altı yaşlı oğlu da olub. Lakin ona qadın toxunmayıb. Bildirilir ki, qadını bu yaxınlarda sevgilisi tərk edib.

  • Sui-qəsd nəticəsində öldürülən prezidentin ailəsi ABŞ-a köçdü

    Sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Mozin həyat yoldaşı Martin Moiz övladları ilə birgə Haitini tərk edib.

    Bu barədə “Aiti-24” informasiya portalı məlumat yayıb.

    Mənbə qeyd edir ki, sui-qəsd nəticəsində yaralanan Martin Moiz müalicəsini ABŞ-ın Florida ştatında davam etdirəcək.

    Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz yeddi iyulda yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib.

  • Ölkəyə 326 qram qızılın gizli keçirilməsinin qarşısı alındı

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb, “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirilib. Vətəndaşın yükləri monitordan keçən zaman şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının içərisində sellofan paketdə əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan qızıl zərgərlik məmulatları – 13 cüt sırğa və 1 ədəd tək sırğa, 12 ədəd üzük-sırğa-kulon dəsti, 4 ədəd üzük-sırğa dəsti, 3 ədəd kulonlu boyunbağı, 3 ədəd boyunbağı, 2 ədəd kulon, üzərində kiçik ölçülü qaşlar olan 2 ədəd qolbaq və 1 ədəd üzük aşkar olunub.

    Aşkar edilən predmetlər qızıldan hazırlanmış, ümumi çəkisi 326 qram olan zərgərlik məmulatlarıdır.

  • Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır

    Rusiya və Çin avqustun ortalarında “Qarşılıqlı fəaliyyət – 2021” adlı hərbi təlimlərə başlayır.

    Bu barədə Rusiya Müdafiə Nazirli məlumat yayıb.

    Təlimdə döyüş təyyarələrinin, topçuların, zirehli texnikanın istifadəsi planlaşdırlır.

    10 min hərbçinin iştirak edəcəyi manevrlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, hərbi əməkdaşlığın qurulması, terrorizmlə mübarizə, bölgədəki sülhü və sabitliyi birlikdə müdafiə etmək bacarığını nümayiş etdirmək məqsədi daşıyır.

  • Tokio-2020: Çin yenidən zirvəni ələ keçirib

    Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.

    Kanoe slalom, qılıncoynatma, cüdo, avarçəkmə, atıcılıq, üzgüçülük və stolüstü tennis növlərində sahiblərini tapıb. Beləliklə, 112 dəst medala 66 ölkənin idmançıları yiyələnib.

    Çin 31 (15 qızıl, 7 gümüş, 9 bürünc) medalla keyfiyyətcə birinci pilləyə yüksəlib.

    25 (15 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanan Yaponiya 2-ci sıraya geriləyib. Medal əyarında 3-cü yeri isə 14 “qızıl”, 14 “gümüş” və 10 “bürünc”lə ABŞ tutur.

    İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 56-cı pillədə qərarlaşıb.

  • Rusiya və Çin gələn ay birgə hərbi təlim keçirəcək

    Rusiya və Çin gələn ay 10 min nəfər hərbçinin iştirakı ilə təlim keçirəcək.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, “Qarşılıqlı əlaqələr-2021” adlı manevr Çində baş tutacaq.

    Təlimlərdə müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacaq.

  • Qazilərin avtomobillərlə təmini prosesi həyata keçirilir

    Sosial Xidmətlər Agentliyi olaraq Qarabağ qazilərinin fərdi avtomobillərlə təmin edilməsi prosesini də həyata keçiririk.

    Median.Az Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib.

    Onun sözlərinə görə, avtomobil təminatı baxımından bu günə olan ümumi statistika 7250-dir. 2021-ci ildə isə ümumilikdə, 160-a yaxın avtomobilin verilməsi hədəflənib.

  • Maşında yanaraq öldülər

    Moskva vilayətinin Lıtkarino kəndi yaxınlığında ağır qəza baş verib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, qəza nəticəsində maşında 3 nəfər diri-diri yanıb.

    İlkin məlumata görə, sürücü idarəetməni itirdiyindən maşın ağaca çırpılıb. Nəticədə maşın yanıb.

    Yeri gəlmişkən, bir qədər əvvəl Həştərxan vilayətində baş vermiş qəzada da 5 nəfər diri-diri yanaraq ölmüşdü.