Month: July 2021

  • Sumqayıtda “patı” satan qadın saxlanıldı

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

    Median.Az APA-ya istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin Corat qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin, heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər şəxs saxlanılıb.

    Onların Elmar Teymurov, Könül Sadıqova, Kamran Əliyev və Elçin Şükürov olduqları müəyyən edilib.

    Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb.

    Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və müxtəlif illərdə 20 il məhkumluq həyatı yaşamış Elmar Teymurov və Kamran Əliyevdən heroin, Elçin Şükürovdan marixuana, “patı” adlandırılan metamfetamin və Könül Sadıqovadan metamfetamin aşkarlanıb.

    Həmin şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

    Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

  • COVID pasportunu rüşvətlə almaq istəyənlərə – Xəbərdarlıq

    Vaksinasiya prosesində neqativ hallara yol verilir.

    Bununla bağlı “ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş “prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur.

    Səhiyyə Nazirliyindən “ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır.

    “Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

    Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər”, – deyə nazirlikdən bildirilib.

  • Ağsuda “Ramka” ləqəbli “patı” istifadəçisi saxlanıldı

    Ağsu rayonunda “patı” istifadəçisi saxlanılıb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş “Ramka” ləqəbi ilə tanınan Ziyadxanlı Raman Xəndan oğlu saxlanılıb.

    O, Ağsu RPŞ-ə gətirilib və üzərinə keçrilən baxış zamanı əynində olan cins şalvarın cibindən siqaret kağızına bükülmüş təmiz çəkisi 1,7 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    İlkin dindirmə zamanı R.Ziyadxanlı əməlini səmimi etiraf edərək bu işdən peşman olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.

  • Oklahoma Ştatı Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir – VİDEO

    Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Nazirlikdən bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş “Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

    Tərəflər Azərbaycan ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

    Sonra nümayəndə heyətinin “N” saylı hərbi hissəyə ziyarəti təşkil olunub.

    44-günlük Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini qeyd edib.

    Hərbi hissənin iclas zalında brifinq təqdim olunduqdan sonra nümayəndə heyəti “N” saylı hərbi hissəsinin Əməliyyat İmkanları Konsepsiyasına (ƏİK) bəyan edilmiş bölmələrinin fəaliyyəti və onlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

    Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

  • В Ходжалинском районе обнаружены оружие и боеприпасы

    На освобожденных от оккупации территориях Азербайджана продолжаются мероприятия по обнаружению оружия и боеприпасов.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    На территории села Чанагчы Ходжалинского района были обнаружены один пулемет, три автомата, семь гранат, снаряд к гранатомету, два магазина к автомату, 269 патронов разного калибра.

  • Xocalıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

    Həmin ərazidən aşkar edilən bir pulemyot, üç avtomat, yeddi müxtəlif növ qumbara, bir qumbaraatan mərmisi, iki avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

  • Toy mərasimi zamanı qaydalar pozuldu

    Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Güləmli kəndində karantin qaydalarının pozularaq toy şənliyinin keçirilməsi müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məclisin sahibi Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

    Rayon Polis Şöbəsi əməkdaşları həyətdə keçirilən məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

  • Руководитель Центра профразвития прокомментировала повышение уровня сложности экзаменационных вопросов

    По словам кандидатов вопросы на экзамене по приему на работу учителей были усложнены. Однако здесь дело не в повышении уровня сложности, а в том, чтобы приблизить учителей к мировым стандартам.

    Об этом сказала директор Центра профессионального развития работников образования Института образования Назакет Мехтиева.

    По ее словам, требования к школьным учителям определяются на основе анализа образования, который проводится на протяжении многих лет.

    “Аналогичный случай произошел пять лет назад на экзаменах, проводимых Государственным экзаменационным центром. Тогда учащиеся столкнулись с трудностями во время тестирования, проводимого по системе куррикулума”, – отметила она.

    Н.Мехтиева подчеркнула, что для проверки вопросов в тестовых заданиях на предмет их предвзятости или соответствия программе были привлечены специалисты.

    “Предоставленные на экзамене вопросы полностью соответствуют программе”, – подытожила директор центра.

  • Mərkəz rəhbəri imtahana düşən sualların çətinləşdirilməsi məsələsinə aydınlıq gətirdi

    “Müəllim olmaq istəyən namizədlərin bildirdiyinə görə, suallar çətinləşdirilib. Burada məsələ çətinləşdirmə ilə bağlı deyil, əsas məqam müəllimlərin dünya standartlarına yaxınlaşmasıdır”.

    Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib.

    Onun sözlərinə görə, beş il əvvəl bu nəticəni əldə etmək mümkün deyildi:

    “Təhsillə bağlı illərlə aparılan təhlillər əsasında məktəbə hansı müəllimlərin lazım olması qənaətinə gəlinir. Analoji hadisə 5 il əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda da yaşanmışdı. Şagirdlər kurikulum əsasında verilən imtahanlarda çətinliklə üzləşmişdilər”.

    O qeyd edib ki, test tapşırıqlarında sualların qərəzli və ya proqrama uyğun olmasının araşdırılması üçün mütəxəssislər cəlb olunub:

    “Təqdim olunan suallar proqrama uyğundur”.

  • На Аляске после сильного землетрясения зафиксировали афтершок магнитудой 6,2

    Афтершок магнитудой 6,2 зафиксирован у побережья американского штата Аляска после мощного землетрясения, сообщает Геологическая служба США (USGS), пишет РИА Новости.

    Ранее у побережья Аляски произошло сильное землетрясение магнитудой 8,2. Эпицентр подземных толчков находился на расстоянии 801,6 км к северо-востоку от Анкориджа с населением около 298 000 человек. Очаг залегал на глубине 3,4 км. Американский центр по предупреждению о цунами (NWS) объявил об угрозе цунами.

    Афтершок был зарегистрирован в 10:23 по бакинскому времени. Эпицентр подземных толчков располагался в 137 км к северо-западу от небольшого населенного пункта Чигник. Очаг залегал на глубине 42,2 км.

    Через несколько минут, в 10:32 по бакинскому времени, сейсмологи зафиксировали еще один афтершок магнитудой 5,6. Эпицентр располагался в 130 км от Чигника. Очаг находился на глубине 16,5 км.

    Сообщения о разрушениях и пострадавших не поступали.