Month: July 2021

  • AA seriyalı maşınla piyadanı vurub öldürən sürücünün kimliyi bilindi – VİDEO

    Dünən səhər saatlarında Bakıda piyadanı vuraraq ölümünə səbəb olan “Mercedes-Benz Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibinin kimliyi məlum olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 28-də səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli “Mercedes-Benz Maybach” markalı avtomobillə piyada vurulub. Hadisə zamanı piyada, 1941-ci il təvəllüdlü İsmayılov Vardar Muxtar oğlu vəfat edib.

    Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il təvəllüdlü Muradov Gülməmməd Məmməd oğlu olduğu müəyyən edilib.

    Kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsi G.Muradov günahsız olduğunu bildirib. “Caspian Fish” şirkəti Gilan Holdinqə daxildir və məlumata görə, şirkətin prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehrdir.

    Piyadanın vurulması ilə bağlı başlanan istintaq qəzanı törədən G.Muradovu sərbəst buraxıb.

    Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb. O, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat verib aldadıldığını bildirmişdi. Bununla bağlı o, F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib.

  • Ölkədə bankların dollara tələbatında azalma müşahidə edilir

    Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

    Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

    Hərracda tələb 49,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

    Qeyd edək ki, bundan əvvəlki hərracda (27 iyul) tələb 68,2 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

  • Azərbaycanda deputat istirahət mərkəzində sərxoş halda polisə hücum çəkdi – İDDİA

    Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

    Xaçmaz sakinlərindən Bakupost.az-a bildirilib ki, hadisə dünən Nabranda baş verib.

    Sakinlərin sözlərinə görə, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.

    Hazırda polis əməkdaşı işə çıxmır.

    Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər.

  • Парламентские делегации Турции и Пакистана совершили намаз в мечети Юхары Говхар ага в Шуше

    Отправившиеся в Шушу члены турецкой и пакистанской парламентских делегаций посетили мечеть Юхары Говхар ага.

    Как сообщает Report, гости были проинформированы об истории мечети, разрушениях, учиненных армянами во время оккупации, а также о ремонтно-восстановительных работах после освобождения города.

    Члены делегации совершили в мечети намаз, прочитали молитвы.

  • Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qılıblar

    Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

    “Report”un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

    Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.

    Bununla da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başa çatıb.

    Parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri Şuşadan Füzuliyə yola düşüblər.

    Səfər çərçivəsində parlament sədrləri ermənilərin işğal dövründə Füzulidə törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

  • В Турции оценили сотрудничество с Россией по С-400

    Военно-техническое сотрудничество с Россией, в том числе по С-400, удовлетворяет потребности Турции, поэтому оно продолжится, сказал РИА Новости старший советник президента Турции Муджахит Кючукйылмаз.

    “По С-400 наша позиция всегда была предельно открытой. То, что мы говорим общественности по данной теме, – действительно то, что мы думаем. Озвученные нами детали по этому вопросу в контактах с нашими собеседниками – будь то западные страны или Россия – остаются в силе. Военно-техническое сотрудничество с Россией удовлетворяет потребности Турции и продолжится так же, как и ВТС с западными странами”, – заявил Кючукйылмаз РИА Новости.

    Россия и Турция заключили контракт на полковой комплект зенитных ракетных комплексов С-400 в 2017 году, поставки турецкой стороне были выполнены летом-осенью 2019 года. Сделка вызвала кризис в отношениях Турции и США. В конце апреля текущего года глава МИД Турции Мевлют Чавушоглу заявлял, что турецкая сторона продолжает переговоры с Россией о покупке второго полка С-400.

    Замгоссекретаря США Виктория Нуланд на слушаниях в конгрессе в июле заявила, что США сохранят действующие и введут новые санкции в отношении Анкары в случае продолжения закупок российского вооружения.

  • Türkiyədən S-400 açıqlaması: “Rusiya ilə əməkdaşlıq davam edəcək”

    S-400 məsələsi də daxil olmaqla Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin ehtiyaclarını təmin edir, buna görə də əməkdaşlığımız davam edəcək.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz deyib.

    “S-400 məsələsində mövqeyimiz həmişə son dərəcə açıq olub. S-400 haqqında ictimaiyyətə dediklərimiz həqiqətən düşündüklərimizdir. İstər Qərb ölkələri, istərsə də Rusiya ilə danışıqlar zamanı mövzu barədə qeyd etdiyimiz detallar qüvvədə qalır”, – deyə o bildirib.

  • Masallı sakininin avtomobilindən və evindən narkotik tapıldı

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Ərkivan qəsəbə sakini Faiq Abdinov idarə etdiyi avtomobildə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda, ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Abdinovun yaşadığı evə keçirilən baxış zamanı oradan 6 kiloqramdan artıq heroin, 1 kiloqram 450 qram tiryək aşkarlanaraq götürülüb.

    Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Salyan sakini sahibsiz itlərin hücumuna məruz qalıb

    Salyan rayonunda 26 yaşlı gənci it dişləyib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Hüseynov Etibar Etibar oğlu yolda gedən zaman qəfil sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən biri onu dişlyərək müxtəlif dərəcəli xəsarət yetirib.

    E. Hüseynov Salyan mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

  • Pandemiya dövründə məhbuslar arasında koronavirusa yoluxanların sayı AÇIQLANDI

    Koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

    Bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

    Onun sözlərinə görə, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib:

    “Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınmışdır ki, bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil etmişdir. Bu sahədə Penitensiar xidmətinin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib”.