Month: July 2021

  • В Дашкесане обнаружено тело упавшего в ущелье мужчины

    В ущелье близ села Зейлик Дашкесанского района упал человек.

    Сообщение об этом поступило на “горячую линию” Министерства по чрезвычайным ситуациям (МЧС) 112.

    На место происшествия прибыли спасатели Гянджинского регионального центра ведомства.

    Было установлено, что Эльнур Агаев (1985 г. р.) по неосторожности упал в ущелье в труднопроходимой скалистой местности с высоты около 200-220 м.

    В результате спасательных мероприятий тело мужчины удалось достать.

  • Daşkəsəndə dərəyə yıxılan şəxsin meyiti tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında bir nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb. Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

  • 37-летнему мужчине отрезали ухо

    Жителю села Удулу Гаджигабульского района Шукюру Атакишиеву (1984 г.р.) его знакомый отрезал ухо во время возникшего между ними конфликта, сообщает Report.

    Пострадавший госпитализирован в Ширванскую центральную городскую больницу.

    По данному факту ведется расследование.

  • 37 yaşlı kişinin qulağını kəsdilər

    Hacıqabul sakininin qulağı kəsilib.

    “Report”un məlumatına görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlunun mübahisə zəminində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.

    Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Последние данные по коронавирусу в мире

    По данным на утро 6 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 184 936 178.

    Суточный прирост составил 368 871.

    По числу зараженных лидируют США (34 598 361), Индия (30 619 932), Бразилия (18 792 511), Франция (5 786 999) и Россия (5 635 294).

    В Турции коронавирус выявлен у 5 449 464 человек, Иране – 3 270 843, Грузии – 369,886, Армении – 225 606.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (138 579 летальных исходов), Иране (84 949) и Турции (49 959).

    На сегодня в Азербайджане подтверждены 336 479 случаев инфицирования COVID-19, 330 466 человек выздоровели, 4 978 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 184 936 178 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 4 000 779 xəstə ölüb, 169 312 213 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 598 361 nəfər), Hindistan (30 619 932 nəfər), Braziliya (18 792 511 nəfər), Fransa (5 786 999 nəfər) və Rusiyadır (5 635 294 nəfər).

    Türkiyədə 5 449 464, İranda 3 270 843, Gürcüstanda 369 886, Ermənistanda isə 225 606 nəfərdə koronavirus aşkar edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (138 579 nəfər), İran (84 949 nəfər) və Türkiyədə (49 959 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 336 479 nəfərin 4 978-i ölüb, 330 466 xəstə sağalıb.

  • “Aspirin”in qorxunc xəstəliyin dərmanı olduğu öyrənilib

    “Aspirin” xərçənglə əlaqəli ölüm riskini və metastazları azaltmaq qabiliyyətinə malikdir.

    “ECancermedicalscience” nəşrinin məlumatına görə, bu barədə Kardiff Universitetinin onkoloqları uzunmüddətli tədqiqatlardan sonra bəyan ediblər.

    Mütəxəssislər yoğun bağırsaq, prostat və döş xərçəngi də daxil olmaqla 18 fərqli xərçəng növünə tutulmuş xəstələrdə aparılan əvvəlki tədqiqatları analiz edərək “aspirin”in metastazların yayılmasını azaltdığını görüblər.

    Onların sözlərinə görə “aspirin”i qəbul edən xərçəng xəstələrində ölüm nisbəti əhəmiyyətli dərəcədə azaldığını göstərən kifayət qədər dəlil var və bu fayda, xərçəngin yalnız bir növündə məhdudlaşmır.

    “Aspirin” qanı durultduğundan gündəlik istifadə zamanı yan təsirlərindən biri daxili qanaxma riski ola bilər. Bununla belə, alimlər dərmanı qəbul edən xəstələrdə qanaxma ilə əlaqəli ölümlərin çox olduğuna dair bir dəlil olmadığını bildiriblər.

    Alimlər vurğulayıblar ki, gələcəkdə “aspirin”in bəzi nadir xərçəng növlərinə təsirinin öyrənilməsi ilə sınaqlara başlanacaq.

  • “Delta” variantından sonra koronavirusun simptomları dəyişib

    Koronavirusun Hindistanda meydana çıxan “Delta” variantından sonra simptomları dəyişib.

    “The Telegraph” Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) həkimlərinə istinadən bu barədə xəbər yayıb.

    Bildirilir ki, qoxu və ya dadbilmənin itməsi, qızdırma və öskürək artıq ən çox görülən simptomlar deyil.

    Eyni zamanda, yeni ştamm simptomları baxımından daha çox soyuqdəyməyə bənzəyir, bu səbəbdən çox insan həkimlərə müraciət etmir:

    “Koronavirus hazırda tamamilə fərqli bir şəkildə hərəkət edir: daha çox gənclərə yoluxan virus soyuqdəymənin ağır formasına bənzəyir”, – deyə professor Tim Spektor bildirib.

    Məlum olub ki, çox vaxt yeni simptom baş ağrısıdır- xəstələrin üçdə ikisi bunu hiss edir. Xəstələrin 15 %-də baş ağrısı koronavirus infeksiyasının yeganə simptomu olub. Boğaz ağrısı və burun axıntısı daha az yayılıb. Bu iki əlamət 40 yaşınadək yoluxanların yarısında müşahidə olunur.

  • Во Флориде снесли сохранившуюся часть обрушившегося дома – ВИДЕО

    Сохранившаяся часть рухнувшего жилого дома в американском штате Флорида снесена при помощи нескольких взрывов, сообщает РИА Новости со ссылкой на телеканал CBS Miami.

    Примерно в 22:30 по местному времени (06:30 по бакинскому времени 5 июля – ред.) специалисты подорвали снаряды, помещенные в конструкцию здания, после чего оставшаяся часть дома рухнула. Как отмечает газета Miami Herald, всего было произведено шесть взрывов для направленного обрушения дома.

    Как видно на распространенных американскими телеканалами кадрах, после серии взрывов из-под здания повалила пыль, потом оно полностью обрушилось, и на несколько метров поднялось сизое облако.

    Как сообщалось, решение снести уцелевшую часть здания приняли в связи с сомнениями в его надежности, а также в связи с приближением к Флориде урагана. Власти при этом рассчитывают продолжить поисково-спасательную операцию, не теряя надежды найти под завалами живых.

    Многоэтажный дом частично обрушился 24 июня в городке Сёрфсайд, входящем в состав городской агломерации Майами. Власти сообщили, что разрушена почти половина из 130 расположенных в нем квартир. Погибли 24 человека, 121 числится пропавшим без вести.

  • Floridada çökən binanın qalan hissəsi partladıldı – VİDEO

    ABŞ-ın Florida ştatında çökmüş yaşayış binanın qalan hissəsi bir neçə partlayışla dağıdılıb.

    Bu barədə “CBS Miami” telekanalı kadrlar yayımlayıb.

    Məlumata görə, binanın dağıdılma qərarı onun etibarlılığına dair şübhələr, həmçinin Floridaya yaxınlaşan qasırğa səbəbi ilə verilib. Eyni zamanda, hökumət dağıntılar altında qalanların axtarışına davam edir.

    Xatırladaq ki, Florida ştatında, Mayami-Deyd dairəsində 12 mərtəbəli binanın qismən çökməsi nəticəsində azı 24 nəfər ölüb, 121 nəfər isə itkin düşmüş hesab olunur.