Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulmasına münasibət bildirib.
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto xəbəri təkzib edib:
“ABŞ-ın Suriyadakı qüvvələrinin bu gün raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” – Marotto tvitterdə yazıb.
Al Arabiya bildirib ki, Suriyanın şimal-şərqində, Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub. Raket hücumu zamanı baza ərazisinə ən azı iki reaktiv mərmi düşüb.
“Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Maraqlı məqam isə həmin şəxslərin hansı peyvəndi almalarıdır.
Bunu Oxu.Az–a açıqlamasında Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, koronovirusun “Delta” variantına yoluxmanın sürətlə artması onu göstərir ki, virusun yoluxduruculuq qabiliyyəti daha əvvəlki variantlarından yüksəkdir:
“Koronavirusun “Delta” variantı ilə bağlı Danimarkadan və İngiltərədən elmi əsaslı statistik məlumatlar var. İngiltərənin elmi əsaslı statistikalarına əsasən, hər həftə ötən həftəyə nisbətən yoluxma saylarında 50 faiz artım müşahidə edilir. Amma bu variantın yoluxduruculuq qabiliyyətinin faiz etibarı ilə nə qədər yüksək olduğunu demək üçün əlimizdə kifayət qədər elmi əsaslı məlumatlar yoxdur. Bu istiqamətdə aparılan elmi tədqiqat işləri də bitmək üzrədir.
Digər məqam isə ikinci yoluxduruculuq əmsalıdır. Məsələn, ev şəraitində bir insan “Delta” virusuna yoluxub və qapalı məkana daxil olur. Hələ bəlli deyil ki, o insan ətrafında olan insanların neçə faizini bu virusa yoluxduracaq. Koronavirusun “Delta” variantının yoluxdurma əmsalı bu mənada “Britaniya ştamm”ından da yüksəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, canlı ünsiyyətlər təhlükəlidir. Bildiyimiz qızıl qaydalara yenidən ciddi riayət etməliyik, yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilməlidir”.
N.Abdullayev virusun “Delta” variantının ölkəmizdə aşkarlanacağı təqdirdə ondan necə qorunmalı olduğumuz barədə də məlumat verib:
“Bu virusun elə bir variantı deyil ki, heç bir şəkildə onun qarşısının alınması yolları olmasın. Bizim bu günə qədər bildiyimiz qızıl qaydalar – tibbi maskadan istifadə, gigiyenik normalara ciddi surətdə əməl etmək və sosial məsafənin qorunması virusdan qorunmaq üçün ilkin qabaqlayıcı tədbirlərdir.
Eləcə də peyvəndlərlə bağlı da fərqli nəticələr var. Başa düşmək lazımdır ki, əsas təhlükə canlı ünsiyyətdir və sərt karantin rejiminin yenidən tətbiqidir”.
“Peyvəndlərlə bağlı isə ekspertlər tərəfindən rəy verilməmiş bir tədqiqat var. Digər tədqiqatlar başlayıb lakin, hələ ki tamamlanmayıb. Tədqiqat peyvənd alan şəxslərin virusun “Delta” variantından nə qədər qorunacağı ilə bağlıdır. Amma elmi tədqiqatlar bitməsə də əlimizdə kifayət qədər məlumatlar var. İsrailə nəzərə sala bilərik, onu populyasına görə Azərbaycanla müqayisə etmək olar. İsrailin rəsmi məlumatına görə, qeydə alınan yeni yoluxmaların böyük bir hissəsini koronovirusun “Delta” variantı təşkil edir. “Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Maraqlı məqam isə həmin şəxslərin hansı peyvəndi almalarıdır. Onu da qeyd edim ki, İsrail əhalisinin böyük əksəriyyəti “Pfizer” peyvəndi vasitəsilə vaksinasiyadan keçib.
Digər maraqlı məqamlar isə yoluxmanın vaksinasiyadan nə qədər sonra aşkarlanması və s. məsələlərdir. Peyvəndin gözlənilən effektivliyinin virusun “Delta” variantında müəyyən qədər aşağı düşür. Bu da özünü ekspertlərin hələ rəy vermədiyi elmi tədqiqatlarda göstərir.
İndoneziyada “Sinovac” peyvəndinin hər iki dozasını almış şəxslərin yenidən virusun “Delta” variantına yoluxmasına rast gəlinir. Bu peyvəndin hazırlanması və s. digərlərindən fərqlənir. Bütün bunları nəzərə alaraq bir neçə ölkədə artıq vaksinin üçüncü dozasının vurulması ilə bağlı müəyyən qərarlar qəbul olunmaq üzrədir. Burada da müvafiq ölkələr üçün peyvəndlər seçilir. Azərbaycan üçün önəmli olan isə daha effektiv peyvənd seçilməsidir. Eyni zamanda insanlara vaksinin üçüncü dozasının vurulmasının vacibliyi və zərurəti barədə məlumatlar verilməlidir”.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.
Agentlikdən verilən məlumata görə, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək.
Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işləri davam etdirilir.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.
Hazırda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 36 kilometrlik hissəsində torpaq işləri aparılır.
Belə ki, tikinti norma və standartlarına uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması işləri görülüb.
Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunur.
Artıq qeyd edilən körpülərdən birinin inşasına start verilib, hazırda svay qazılma işləri aparılır.
Bununla yanaşı tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi aparılır. Həmçinin trassa boyu müxtəlif gərginlikli elektrik xətləri köçürülür.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir.
Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.
Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir.
Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Satan çox, alan isə, demək olar ki, yoxdur. Paytaxtın maşın bazarında bu gün də satışa xeyli avtomobil çıxarılsa da alıcılıq olduqca aşağı olub.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, havanın isti olması ilə avtomobilini sata bilməyənlər bazarı daha da tez tərk etdilər. Satıcılar alıcılığın aşağı olduğunu deyirlər.
Ai 95 markalı benzinin qiymətinin qalxması isə bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyir ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir.
Xüsusilə yay aylarında daha çox tələbin artdığı suv tipli avtomobillərə də alıcı tapılmır. Avtomobil sahibləri deyir ki, bir neçə həftədir ki, maşınlarını sata bilmirlər.
Alıcılar isə bəzi marka avtomobillərin qiymətinin hədsiz şişirdildiyini və buna görə də baha olduğunu deyirlər. Lakin xarici ölkələrdən gətirilən yeni modellərin sayının artması ilə bu tip maşınların qiyməti, demək olar ki, əvvəlki qaydada qalıb.
“Ötən gün baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi qrup yaradılıb”.
Bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib.
Onun sözlərinə görə, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək:
“Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.
O qeyd edib ki, bu gün helikopter tərəfindən həmin yerə baxış keçirilib:
“Salyan rayonunun sahildən 33 kilometr məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”.
Режиссер Владимир Меньшов умер от последствий коронавируса, сообщается на сайте “Мосфильма”.
“Киноконцерн “Мосфильм” и семья Владимира Меньшова с прискорбием сообщают, что сегодня Владимир Валентинович ушел из жизни. Выдающийся советский и российский кинорежиссер, актер, сценарист, продюсер, член правления “Мосфильма” скончался от последствий коронавирусной инфекции на 82-м году”, – говорится в сообщении.
Подчеркивается, что коллектив “Мосфильма” выражает глубокие соболезнования коллегам, родным и близким Владимира Валентиновича.
“Мы потеряли нашего дорогого друга, мосфильмовца, отдававшего родной киностудии все свои творческие силы и яркий талант, по-настоящему народного режиссера, замечательные фильмы которого знают и любят миллионы людей”, – добавляется в тексте соболезнования.
Отмечается, что о дате и времени прощания с кинорежиссером станет известно позже.
Владимир Меньшов – народный артист РСФСР (1989), лауреат Государственной премии СССР (1981), Государственной премии РСФСР имени Н. К.Крупской (1978) и премии Американской киноакадемии “Оскар” (в номинации “Лучший фильм на иностранном языке”), член Союза кинематографистов РФ.
Владимир Валентинович Меньшов родился 17 сентября 1939 года в городе Баку.
Его отец был сиротой, окончив мореходное училище, работал первым помощником капитана, затем служил в НКВД. Мать была домохозяйкой. Из-за работы отца семья сначала жила в Баку, потом в Архангельске, затем в Астрахани. До поступления в институт Владимир Меньшов работал учеником токаря на заводе, на шахте в Воркуте, матросом на водолазном катере в Баку, а также актером вспомогательного состава Астраханского театра имени Кирова.
В 1965 году окончил актерский факультет Школы-студии имени В.И. Немировича-Данченко при МХАТе, в 1970 году – аспирантуру при кафедре режиссуры во ВГИКе (мастерская Михаила Ромма). С 1970 по 1976 годы работал по договорам на киностудиях “Мосфильм”, “Ленфильм” и на Одесской киностудии.
Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşov vəfat edib.
Bu barədə “Mosfilm”in saytında xəbər verilib.
“Tanınmış sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi, prodüsseri, “Mosfilm”in idarə heyətinin üzvü 82 yaşında koronavirus infeksiyasının yaratdığı fəsaddan dünyasını dəyişib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda dünyaya göz açıb. Məktəbin birinci sinfinə də Bakıda gedib.
Vladimir Menşov – Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatıdır.
O, həmçinin “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”) filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
D.Mirzəliyev tərəfindən oğurlanmış 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.