Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 908 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 851, bu günə qədər isə ümumilikdə 3 767 982 test icra olunub.
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev və təltif olunan şəhidlərin ailə üzvləri iştirak ediblər.
Çıxış edən Rafiq Quluyev və Zaur Abdullayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıblar. Qeyd olunub ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. Daha sonra təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salınıb və onların qəhrəmanlıqlarından söz açılıb.
Daha sonra Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı, kapitan Həsənov Ceyhun Aydın oğlunun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, kapitan Şikarov Nəcəf Şikar oğlu və baş leytenant Abbaslı Arif Firuz oğlunun təltif olunduqları “Qarabağ” ordenləri, əsgər Quliyev Barat Nizami oğlunun təltif olunduğu “Vətən uğrunda” medalı onların ailələrinə təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Jurnalist araşdırması”nın iyulun 3-ü efirə gedəcək buraxılışında erməni terrorçuların işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq.
Verilişdə bildirilib ki, ermənilər qanlı cinayətlərin böyük əksəriyyətini Şuşa həbsxanasında həyata keçirirmiş.
Bəzi mənbələrdə Şuşa həbsxanasının XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına tikildiyi iddia edilir. Bu türmə tikilənə qədər məhkumlar Gəncə şəhərindəki həbsxanada saxlanılırmış və qohum-əqrabanın məhkumlara baş çəkməsinin çətinliyini nəzərə alan Xan qızı guya şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb. Əslində isə həqiqət başqadır.
Şuşa həbsxanasının son görüntüləri, işgəncə verilmiş azərbaycanlıların yaşadığı dəhşətlər iyulun 3-ü saat 21:00-da AzTV-də efirə veriləcək.
Gürcüstana giriş üçün yeni qaydalar məlum olub. Belə ki, 5 iyuldan etibarən bütün turistlər PCR testi verməlidirlər.
Bu barədə Gürcüstan səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.
Bildirilir ki, şəxsin Gürcüstana daxil olması üçün vaksin vurdurub-vurdurmamasından asılı olmayaraq, yola düşməzdən ən az 72 saat əvvəl əldə edilmiş PCR testinin mənfi nəticəsi təqdim edilməlidir.
На портале icazə.e-gov.az, управляемом Центром развития электронного правительства (EHİM) Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана, для проведения праздничных мероприятий были зарегистрированы 956 заявок и 4 841 сотрудник объектов общепита.
336 из этого числа приходятся на Баку, остальные – на регионы. В целом мероприятия охватывают 259 домов торжеств в 55 районах. Больше всего запросов на регистрацию поступило на 1 июля. На эту дату были получены разрешения на проведение 383 торжеств и привлечение к ним 2 299 работников.
Напомним, что в связи с вступлением в силу разрешения на проведение праздничных мероприятий портал icaze.e-gov.az был активирован 26 июня.
Каждый владелец ресторана должен ввести в портал информацию о функционирующих в рамках данного объекта залах, их вместимости и персонале (включая временно привлеченных работников). После этого на главной странице отобразится количество имеющих ковид-паспорта сотрудников в процентном соотношении. С 1 июля 2021 года не менее 80% работников предприятий и сферы услуг, для которых требуется наличие этого документа, должны получить хотя бы первую дозу вакцины против COVID-19 или иметь сертификат об иммунитете.
Не менее чем за пять дней до проведения мероприятия на портал icaze.e-gov.az должны быть внесены сведения о дате, времени начала и окончания (не позднее 00:00), количестве гостей. При этом туда также должно быть загружено обязательство о взаимной ответственности за соблюдение правил карантинного режима, подписанное владельцем объекта общепита и организатором мероприятия.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib.
Bildirilib ki, qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb.
Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən EHİM tərəfindən aktivləşdirilib.
Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunur. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.
Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir.
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6 200-dək reabilitasiya vasitəsi verilib.
Nazirlikdən bildirilib ki, həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.
Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.
Postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində 1 300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.
Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.