Month: July 2021

  • Завтра движение на ряде дорог Баку будет ограничено – ОФИЦИАЛЬНО

    В связи с предстоящим завтра футбольным матчем в Баку в рамках Евро-2020 движение транспорта по ряду направлений будет ограничено.

    Об этом Oxu.Az заявил старший инспектор Управления Государственной дорожной полиции Главного управления полиции города Баку майор полиции Араз Аскерли.

    “Для организации комфортного и безопасного передвижения болельщиков и иностранных гостей будет ограничено движение автомобилей в направлении Бакинского олимпийского стадиона (БОС) со стороны проспекта Зии Буниятова, к станции метро “Кероглу” от пересечения проспекта З.Буниятова и ул. Халила Рзы Улутурка в направлении Беюкшорского бульвара, а также на проспекте Гейдара Алиева перед зданием центра ASAN Xidmət № 3 и от аэропорта к центру города. Кроме того закрыта дорога, ведущая от проспекта Г.Алиева к главному входу в БОС. В указанных направлениях могут двигаться только транспортные средства, оснащенные специальными опознавательными знаками Оргкомитета по футболу. Также рекомендуем гражданам пользоваться общественным транспортом”, – сказал он.

    А.Аскерли напомнил, что для болельщиков организованы специальные маршрутные экспресс-линии от станции метро “Гара Гараев” и парка Самед Вургуна возле станции метро “28 Мая” в направлении БОС.

  • Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq – RƏSMİ

    AVRO-2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

    O bildirib ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyük Şor bulvarı, Atletlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı “ASAN xidmət”in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:

    “Həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələrinin girişinə icazə veriləcək. Sürücülərdən xahiş olunur ki, futbol qarşılaşması bitənə qədər ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar.

    Vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etmələrini xahiş edirik. Onu da qeyd edim ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun “Qara Qarayev” stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar”.

  • “Azərkosmos” Çinin kosmik şirkəti ilə əməkdaşlığa başladı

    “Azərkosmos” Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

    Qurumdan verilən məlumatda bildirilir ki, müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) diametri 4,2 metr olan yerüstü anten quraşdırıb.

    “Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.

    “Çin ilə Azərbaycanın coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, “Satelliteherd” şirkəti ilə peyk həlləri sahəsində fəal əməkdaşlıq edəcəyimizə əminəm”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

  • Nazirlik rəsmisi: “Kol-kos basmış ərazilər dəyərləndirilir – Yüzlərlə yeni iş yeri açılacaq” – AÇIQLAMA

    “Meşə Fondu torpaqlarının ekoloji tarazlığın qorunması şərtilə əkin dövriyyəsinə cəlb edilməsi aqrar sahədə məşğulluğun artmasına da müsbət təsir göstərir”.

    Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov verib.

    O bildirib ki, burada iki variant var, ya bu ərazilər elə yabanı bitki kollarının yayıldığı sahələr olaraq qalmalıdır, ya da bu torpaqlardan daha səmərəli istifadə etmək üçün investisiya yatırılmalıdır:

    “Meşə fondunun açıq sahələrində intensiv meyvə bağlarının, çay plantasiyalarının salınması torpaqların münbitliyini qorunması, dağ yamaclarında erroziyanın qarşısının alınması, atmosferə atılan zərərli qazların neytrallaşdırılması, aqrar sahəyə uğurlu investisiya qoyuluşu, çoxlu sayda yeni iş yerinin yaradılması, kənd əhalisinin gəlirlərinin çoxalması, kənd təsərrüfatı məhsullarının istehsalının artması deməkdir. Buraya ixracyönlü kənd təsərrüfatı məhsullarının artmasını da əlavə etmək olar. Üstəlik, çayçılıq və meyvəçilik əməktutumlu sahələrdən hesab olunur. Araşdırmalara görə, bir hektar ərazidə çay plantasiyasının salınması dörd nəfərin daimi, 10-15 nəfərin mövsümi işlə təmin olunmasına səbəb olur. Meyvə bağlarına qulluq üçün orta hesabla 5-6 nəfər daimi işlə təmin olunur. Bu yanaşma nəticəsində yüzlərlə yeni iş yeri açılacaq, ekoloji tarazlıq və ərazilərin biomüxtəlifliyi qorunacaq”.

    İlham Qurbanov bildirib ki, əkin dövriyyəsinin meşə fondunun açıq sahələrindən ibarət ərazilər hesabına genişləndirilməsi orta müddətli planda müsbət nəticələr verəcək: “Kol-kos basmış ərazilərin yerində çay kolları əkilir, yeni plantasiyalar salınır. Bu gələcəyə yatırılan uzunmüddətli investisiyadır”.

  • Кадры из села Сеидляр Лачинского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Сеидляр Лачинского района.

  • İşğaldan azad edilmiş Seyidlər kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Laçın rayonunun Seyidlər kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Кредиторы Lider TV соберутся на совещание

    22 июля в 11:00 состоится предварительное собрание кредиторов ООО Lider TV və Radio Azərbaycan, объявленного банкротом, передает Report.

    Встреча состоится в Баку по адресу: Ясамальский район, улица Шафаята Мехтиева, 83/23.

    Кредиторы могут предъявить свои требования, обратившись по указанному адресу в течение двух месяцев, а также позвонив по номерам телефонов: (012) 497-61-58; (012) 497-88-99 (внутренний: 111).

    Напомним, что решением Бакинского коммерческого суда от 16 июня 2020 года ООО Lider TV və Radio – Azərbaycan был объявлен банкротом, а технический директор производственного объединения “Радиовещание и спутниковая связь” (“Телебашня”) при Министерстве транспорта, связи и высоких технологий Микаил Аббасов назначен администратором имущества ООО.

  • Lider TV-nin kreditorlarının yığıncağı keçiriləcək

    İyulun 22-də, saat 11:00-da müflis elan edilmiş “Lider TV və Radio – Azərbaycan” MMC-nin kreditorlarının ilkin yığıncağı keçiriləcək.

    “Report” xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 83/23 ünvanında olacaq.

    Kreditorlar 2 ay ərzində qeyd olunan ünvana müraciət edərək tələblərini irəli sürə bilərlər. Telefon: (012) 497-61-58; (012) 497-88-99 (daxili: 111).

    Xatırladaq ki, “Lider TV və Radio-Azərbaycan” Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müflis elan olunub, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasov onun əmlak inzibatçısı təyin edilib.

  • “TikTok” videoların müddətini üç dəfə artırır

    Qısa videoçarxlar şəbəkəsi kimi tanınan “TikTok”da ciddi dəyişiklik gözlənilir.

    Vesti.ru xəbər verir ki, Çinin “ByteDance” şirkətinə məxsus şəbəkədə yerləşdirilən videoların müddətinin üç dəfə artırılması planlaşdırılır.

    Yenilik saysində artıq bir videoçarxın bir neçə hissəyə bölünərək şəbəkəyə yüklənməsinə ehtiyac qalmayacaq.

    Qeyd edək ki, hazırda “TikTok” videolarının maksimal xronometrajı bir dəqiqədir.

  • Tramp 2024-cü il prezident seçkiləri ilə bağlı qərarını verdi

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində namizədliyi ilə bağlı yekun qərarını verib.

    Bu barədə “Fox News” məlumat yayıb.

    Jurnalist Şon Hennitinin müvafiq sualına Donald Tramp artıq qərar verdiyini bildirib. Lakin respublikaçı qərarı ilə bağlı hər hansı bir təfərrüatı açıqlamayıb.

    “Ölkənin buna ehtiyacı var. Biz bu ölkənin qeydinə qalmalıyıq. Daim mübarizə aparmaq gülməli deyil”, – deyə D.Tramp bildirib.