Month: July 2021

  • Körpəni bir neçə dəqiqəyə yatızdırma üsulu sosial şəbəkələrdə inanılmaz sürətlə yayıldı – VİDEO

    Körpəni maraqlı üsulla bir neçə dəqiqə ərzində yatızdırmaq barədə video sosial şəbəkələrdə sürətlə kimi yayılıb.

    Bu barədə Lenta.ru xəbər yayıb.

    Dörd uşaq anası Daniel Menton Kellinin paylaşdığı kadrlarda həkimin onun südəmər körpəsini qucağında yellədərək yatızdırması əks olunub.

    Həkimin tövsiyəsinə əsasən ana ayaq üstə dayanmalı və körpəni kürəyi üstündə əllərində saxlamalıdır. Bu formada qalmaq uşağın düzgün həzmini təmin edir.

    Kadrlardan görünür ki, bu formada yatan körpə bir neçə dəqiqə ərzində yuxuya gedir.

    “Tez-tez valideynlərin körpənin sinəsini sığalladığını görmək olar, ancaq bunun heç bir faydası yoxdur”, – deyə həkim vurğulayıb.

    Baş verənləri kənardan izləyən ana oğlunun heç bir zaman bu dərəcədə rahatlandığını görmədiyini bildirib.

    “Bu, əladır”, – deyə o bildirib.

  • Koronavirusun ağırlaşmasını qarşısını alacaq simptomların siyahısı açıqlanıb

    Britaniyalı alimlər koronavirusu ilkin mərhələdə müəyyən etməyə imkan verəcək və xəstəliyin ağırlaşmasını qarşısını alacaq simptomların siyahısını genişləndiriblər.

    “RİA Novosti”nin məlumatına görə, elm adamları bununla bağlı “The BMJ” jurnalında məqalə dərc ediblər.

    Tədqiqat müəllifləri öskürək, qızdırma, qoxu və dad itkisi kimi ən çox görülən əlamətlərin simptomsuz halların yalnız 69 faizini ortaya çıxarmağa imkan verdiyini bildiriblər. Bu simptomlardan əlavə, yorğunluq, ishal, baş ağrısı, boğazdakı ağrılar isə 96 faiz xəstəliyi üzə çıxarır.

    O da bildirilib ki, 17 yaşdan kiçiklər üçün baş ağrısı, 18 yaşdan yuxarılar üçün – iştahsızlıq, 18-54 yaş arası insanlar üçün isə əzələ ağrısı əsas əlamətdir.

    Tədqiqatçılar belə yanaşmanın koronavirusun erkən aşkarlanma nisbətini ən azı 1/3 artıra biləcəyinə inanırlar.

  • Rusiyada meşə yanğınlarına qarşı süni yağıntı yaradan təyyarə istifadə olunacaq

    Rusiyanın Yakutiya regionunda meşə yanğınlarının söndürülməsində süni yağıntı yaradan asılı “Veer” avadanlığı ilə təchiz olunmuş AN-26 “Siklon” təyyarəsinin xidmətlərindən istifadə olunacaq.

    “Yakutia-daily” məlumat verir ki, bu barədə Yakutiyanın Ekologiya Nazirliyinin Meşə Nəzarəti və Meşələrin Mühafizəsi idarəsinin müdiri Vladimir İvanov məlumat verib.

    O qeyd edib ki, süni yağıntı ilk növbədə alovun böyük həcmdə ərazini əhatə etdiyi yerlərdə həyata keçiriləcək.

    Qeyd edək ki, meşə yanğınları artıq bir neçə gündür Yakutiya regionunu öz cənginə alıb.

    Yakutiya Ekologiya Nazirliyindən verilən məlumata görə, hazırda 83 568,1 hektar ərazini əhatə etmiş yanğının söndürülməsi üçün müvafiq işlər aparılır.

  • Britni Spirsin atası ilə bağlı məhkəməsində qərar açıqlandı

    Məşhur amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirsi qəyyum statusundan məhrum edilməsinə dair tələbi məhkəmə tərəfindən rədd edilib.

    Bu barədə “Variety” xəbər yayıb.

    Bundan əvvəl, 39 yaşlı Spirs atası Ceyms Spirsin qəyyum statusundan məhrum edilməsi tələbi ilə Los-Ancelesdəki məhkəmə iclasında çıxış etmişdi. Spirs öz ailəsinin hərəkətlərini tənqid etmiş, travma aldığını və bədbəxt olduğunu demişdi.

    Məhkəmə qərarına görə, B.Spirs hələ də maliyyə mənbələrini effektiv şəkildə idarə edə bilməz. Ancaq yeni sorğu təqdim etmək hüququnu özündə saxlayır.

    Qeyd edək ki, Britni Spirs 2008-ci ildən bəri atası Ceymi Spirsin himayəsindədir. Bu qərar müğənninin alkoqolizm və narkotiklə əlaqədar psixiatriya xəstəxanasına düşməsindən sonra verilib. Bununla da ifaçı öz həyatı və mülkiyyəti üzərində nəzarət imkanını itirib. Uzun illərdir ki, o, maşın sürə və övladları ilə atasının izni olmadan görüşə bilmir.

  • Peskov üçüncü dünya müharibəsi barədə danışıb

    Rusiya prezidentinin sözcüsü Dmitri Peskov üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb.

    TASS xəbər verir ki, o, hazırda qlobal miqyasda yeni silahlı qarşıdurmanın mümkünsüz olduğunu bəyan edib.

    “Günümüzdə dünyanı yeni müharibədən yalnız nüvə pariteti qoruyur. Mövcud balansın pozulması cəhdləri daim baş verir və bunun qarşısını almaq üçün Rusiya da, öz növbəsində müəyyən addımlar atır. Ölkəmiz ABŞ-ın qabaqlayıcı zərbə hüququnu əldə etməsi ehtimalından sığortalanmaq üçün silah arsenalına yeni sistemlər daxil edib”, – deyə Peskov bildirib.

  • “Neftçi” iştirak ərizəsini UEFA-ya göndərdi – SİYAHI

    “Neftçi” futbol klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

    Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, ərizədə 22 futbolçu yer alıb.

    Qapıçılar: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə;

    Müdafiəçilər: 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 20. Mert Çelik, 26. Ömər Buludov;

    Yarımmüdafiəçilər: 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov;

    Hücumçular: 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov.

    Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

    Cavab görüşü isə iyulun 14-də Bakıda baş tutacaq. 8-ci km stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

  • Bakıda kişi arvadının boşanması səbəbindən özünü öldürmək istəyib

    Bakının Sabunçu rayonunda intihara cəhd olub.

    APA xəbər verir ki, hadisəyə səbəb qadının ərindən boşanması üçün məhkəməyə müraciət etməsi olub.

    Belə ki, 1984-cü il təvəllüdlü Abbasov Vəli Nizam oğlu həyat yoldaşının məhkəməyə müraciət etməsi onun özünü öldürməyə vadar edib. V.Abbasov sirkə turşusu içərək intihara cəhd edib.

    O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  • Toyda vaksin vurdurmayan aşkarlanarsa kimlər cərimə olunacaq? – RƏSMİ CAVAB

    “Toy mərasimində vaksinasiya edilməyən şəxs aşkarlanarsa, toy sahibləri məsuliyyətə cəlb ediləcək”.

    Bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

    O bildirib ki, vaksinasiyadan keçməyən iştirakçılar aşkarlanarsa, həm məclis sahibi, həm də şadlıq sarayının rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb ediləcək:

    “Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 4 min manatdan 5 min manata, hüquqi şəxslərə isə 5 min manatdan 11 min manata qədər cərimə edilməsi nəzərdə tutulub”.

  • “Azərbaycanla Pakistan arasında münasibətləri müxtəlif sahələrdə genişləndirmək lazımdır” – Pakistan prezidenti

    Azərbaycanla Pakistan arasında münasibətləri müxtəlif sahələrdə genişləndirmək lazımdır.

    Bunu Pakistan prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.

    Dövlət başçısı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

    Bundan başqa, Pakistan prezidenti səfiri Qarabağın erməni işğalından azad edilməsi münasibəti ilə təbrik edib.

  • DİN-in 4 polkovnikinə general-mayor rütbəsi verildi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

    polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

    polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

    polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

    polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.