Month: July 2021

  • Ermənistan müharibədəki itkilərlə bağlı son məlumatı açıqladı

    Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.

    “Report” xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin “Antifake.am”ın sorğusuna cavabında bildirilir.

    Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.

    “25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir”, – nazirlikdən bildirilib.

    Qeyd edək ki, bütün bunlarla yanaşı, Ermənistan müharibədə itkin düşən hərbçilərini də axtarır. Ölkənin Müdafiə Nazirliyi itkilərlə bağlı yekun rəqəmi hələ də gizli saxlayır.

  • Bakılılar üçün ənənəyə çevrilən gün – VİDEO

    1 iyul rəsmi olmasa da, bütün bakılılar üçün ənənəyə çevrilən “Bakılılar günü” kimi qeyd edilir.

    Bununla əlaqədar olaraq Baku TV süjet hazırlayıb.

    Həmin videonu təqdim edirik:

  • Gəncədə biçilmiş taxıl sahəsi yanır

    Gəncədə yanğın hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Dəmir yolualtı” adlanan ərazisində qeydə alınıb.

    Biçilmiş taxıl sahəsində yağın anidən başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

  • “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Ekspert Şurasının üzvləri ilə görüş keçirilib

    Bu gün “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Ekspert Şurası və Müsabiqə Komissiyasının üzvlərinin onlayn formatda görüşü təşkil edilib.

    Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının və Müsabiqə Komissiyasının sədri Aynur Sofiyeva iştirakçıları salamlayaraq, görüşün əhəmiyyətini və məqsədini qeyd edib.

    O, gündəlikdə olan əsas məsələnin Ekspert Şurasının fəaliyyəti istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi üzrə fikir mübadiləsi və iş bölgüsünün olduğunu diqqətə çatdırıb. Eyni zamanda, Komitə tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi üçün keçiriləcək müsabiqənin əhəmiyyətinə ictimaiyyətdə diqqət çəkmək üçün mövzunun kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması məsələsini vurğulayıb.

    Müzakirələrdə iştirak edən Ekspert Şurasının üzvü olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Aysel Hadiyeva, Milli Televiziya və Radio Şurasının nümayəndəsi Nemət Cavadov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev, müstəqil ekspert, psixoloq Elmira Mirzəyeva, müstəqil ekspert, pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova və Müsabiqə Komissiyasının üzvləri çıxış edərək, müvafiq mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələrin yekununda Aynur Sofiyeva Ekspert Şurasının və Müsabiqə Komissiyasının üzvlərinin iştirakı ilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

  • Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş – FOTO/VİDEO

    Xəbər verdiyimiz kimi, ötən ay Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.

    Dələduzluqla məşğul olan Aygün Məmmədovanın qurbanlarından biri də Vətən müharibəsi şəhidi Çoban Nurmətovun ailəsi olub.

    Özünü falçı kimi təqdim edən Aygün Məmmədova şəhidin ailəsinin yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib. Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pul oğurlayıb. Məlum olub ki, oğurlanan pul ailənin xəstə övladının müalicəsi üçün nəzərdə tutulubmuş.

    Qeyd edək ki, şəhid Çoban Nurmətov Qusarın Cibir kəndində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Baş gizir Nurmətovun şəhidliyindən 50 gün sonra qızı Fatimə dünyaya gəlib.

    Özünü falçı kimi təqdim edən qadının şəhid ailəsindən oğurluq etməsi ilə bağlı Space TV-də yayımlanan “Gündəm Amil Xəlil ilə” verilişi süjet hazırlayıb:

  • В Сабирабаде на ребенка опрокинулся кипяток

    В Сабирабадском районе произошел несчастный случай.

    Как сообщает аранское бюро Report, инцидент зафиксирован в селе Асадлы.

    На жителя села Ализамина Замин оглы Солтанлы, 2015 года рождения по неосторожности опрокинулся кипяток.

    Ребенок был помещен в отделение травматологии Сабирабадской центральной районной больницы.

    По факту ведется расследование.

  • Sabirabadda 6 yaşlı uşaq yanıq xəsarətləri aldı

    Sabirabadda azyaşlı yanıq xəsarətləri alıb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Əsədli kəndində qeydə alınıb. Kənd sakini, 2015-ci il təvəllüdlü Soltanlı Əlizamin Zamin oğlu nəzarətsiz olduğundan ehtiyatsızlıq edib və bu zaman onun üstünə qaynar çay tökülüb. Yanıq xəsarətləri alan azyaşlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • MEDİA bir sıra qəzet və saytlara maddi dəstək göstərəcək – FOTO/VİDEO

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap və internet mediası subyektləri üçün təşkil edilən müsabiqə nəticələri açıqlanıb.

    Agentlikdən bildirilib ki, MEDİA tərəfindən çap və internet mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərinə maddi dəstək göstəriləcək.

  • Toylarda sıxlığa necə nəzarət olunacaq?

    Bu gündən ölkə ərazisində toy, nişan, ad günlərinin keçirilməsinə icazə verilib. Mərasimlərdə pandemiya qaydalarına əməl olunmasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində monitorinqlərə başlanılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə AQTA-nın şöbə müdiri Mansur Piriyev məlumat verib.

    Onun sözlərinə görə, artıq 5 gün əvvəldən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı portala müraciətlər daxil edilib:

    “Aidiyyatı qurumlar həmin portala birbaşa inteqrasiya olunaraq məlumatları görürlər. Bizim müfəttişlərimiz tərəfindən monitorinq aparılan zaman xüsusən sıxlıq normalarına riayət olunması, eyni zamanda COVİD-19 pandemiyası ilə əlaqədar ictimai iaşə müəssislərində profilaktiki işlərlə bağlı metodiki göstərişlərin tələblərinə əməl edilməsi yerində yoxlanılır. Şənlik keçirilən ictimai iaşə obyektlərinin rəhbərləri portala müraciət edərkən, ilk növbədə qonaq sayını zalların sahəsi ilə bağlı məhdudiyyəti nəzərə alaraq təqdim etməlidirlər”.

  • Объявлен конкурс “Обновленное лицо древнего Карабаха” для пяти сел и одного поселка – ФОТО

    Государственный комитет по градостроительству и архитектуре Азербайджана запускает конкурсную программу “Обновленное лицо древнего Карабаха”. Комитет приглашает принять участие в конкурсе архитектурно-планировочных решений по селам Сарыджанлы, Горадиз, Зар, Шалва, Беюк Марджанлы и поселку Худаферин в Карабахе.

    Как сообщает Trend, об этом первого июля в ходе заседания Рабочей группы по вопросам градостроительства Межведомственного центра при Координационном штабе, созданном в связи с централизованным решением вопросов на освобожденных территориях Азербайджана, сказал председатель госкомитета Анар Гулиев.

    Открывая заседание Рабочей группы, он отметил, что наша отважная армия под руководством победоносного Верховного главнокомандующего Вооруженными силами Азербайджана Президента Ильхама Алиева положила конец 30-летней оккупационной политике Армении. Азербайджан, одержав историческую победу в 44-дневной Отечественной войне, добился установления в регионе мира и безопасности, торжества справедливости и восстановления своей территориальной целостности. В целях решения социально-экономических, гуманитарных, организационных и других актуальных вопросов на освобожденных территориях, а также для координации деятельности в этой сфере, распоряжением Президента от 24 ноября 2020 года были созданы Координационный штаб, Межведомственный центр и различные рабочие группы. В соответствии с поручениями главы государства, для реконструкции и восстановления освобожденных территорий, подготовки генеральных планов и других документов разрушенных населенных пунктов, систематической и скоординированной организации градостроительных процессов, Рабочая группа по вопросам градостроительства успешно функционирует под руководством Госкомитета.

    Анар Гулиев отметил, что на очередном, 15-м заседании Рабочей группы, в качестве продолжения комплексных мер по возрождению региона было принято решение провести открытый конкурс “Обновленное лицо древнего Карабаха” для архитектурно-планировочных решений нескольких сел и поселков.

    По его словам, в рамках подготовки Генплана региона уточнены границы городов, многих сел и поселков, начата разработка соответствующих документов территориального планирования.

    “Исходя из вышесказанного, для возрождения Карабаха, сохранения его истории, архитектурных традиций и обеспечения единства национального духа с инфраструктурой, отвечающей современным требованиям, Государственный комитет по градостроительству и архитектуре запускает конкурсную программу архитектурно-планировочных решений “Обновленное лицо древнего Карабаха”, организованную совместно с Союзом архитекторов Азербайджана и ООО “Бакинская служба обустройства”. В проектах, представленных на первом этапе конкурсной программы, которая охватит ряд сел и поселков Карабаха, включая село Сарыджанлы Агдамского района, Горадиз Физулинского района, Зар Кельбаджарского района, Шалва Лачинского района и Беюк Марджанлы Джебраильского района, а также поселок Худаферин Джебраильского района, должны быть отражены решающие направления социального, экономического, технологического развития, приверженность национальным архитектурным традициям и возможная интеграция современных решений, развитие высокого художественного и эстетического внешнего вида и качества жизни”, – сказал председатель Государственного комитета.

    В ходе заседания до сведения участников было доведено, что в конкурсе с общим призовым фондом в 60 тыс. манатов авторы проектов могут участвовать как индивидуально, так и в группах. Хотя они имеют право выбрать одно или несколько из вышеупомянутых сел, для каждого населенного пункта должен быть представлен отдельный проект. Желающим принять участие в конкурсе необходимо зарегистрироваться до 15 июля 2021 года, а проекты в полном объеме подать в Госкомитет по градостроительству и архитектуре не позднее 18:00 31 июля. Участие в конкурсе бесплатное. По результатам, которые будут объявлены 15 августа этого года, будут награждены три участника, выбранные жюри. Таким образом, занявший 1-е место получит 5 000 манатов и диплом 1-й степени, занявший 2-е место – 3 000 манатов и диплом 2-й степени, а обладатель 3-го места – 2 000 манатов и диплом 3-й степени. Остальные участники получат поощрительные призы и сертификаты. При проведении восстановительных работ в вышеуказанных селах будут применены и идеи из победивших проектов. Желающие зарегистрироваться для участия в конкурсе, а также ознакомиться с заданием, условиями, правилами и прочими деталями могут посетить специально созданный для этого сайт “Обновленное лицо древнего Карабаха”.

    Выступивший на мероприятии заместитель заведующего отделом по вопросам внешней политики Администрации Президента Азербайджана Нусрат Сулейманов подчеркнул важность системного и планомерного осуществления работ в области градостроительства. Он сказал, что одним из важных вопросов, стоящих перед нашим государством, является разминирование освобожденных территорий и в этом направлении принимаются соответствующие меры.