Month: July 2021

  • Агентство MEDIA окажет финансовую поддержку ряду газет и сайтов – ФОТО/ВИДЕО

    Подведены итоги конкурса, организованного Агентством развития СМИ Азербайджанской Республики (MEDIA) среди печатных и интернет изданий.

    Как сообщили в ведомстве, победителям конкурса, организованного с целью развития и укрепления экономической независимости, совершенствования деятельности печатных и онлайн медиа-субъектов, а также осуществления проектов, представляющих важность для государства и общества, будет оказана финансовая помощь.

  • Zaqatalada tikinti aparılan ərazidə qumbara tapıldı

    Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospekti, ev 69 ünvanında baş verib. Həmin ünvanda qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən paslanmış vəziyyətdə olan qumbara tapılıb.

    Əraziyə rayon hüquq-mühafizə orqan və müvafiq qurumların əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı qumbaranın ötən əsrin ortalarında və daha əvvəl istehsal olunduğu vurğulanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ərini öldürməkdə suçlanan Rəna Sofiyevanı hansı cəza gözləyir?

    Bakıda əri Araz Sofiyevi xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

    Median.Az musavat.com-a istinadən bildirir ki, R.Sofiyevanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır. Sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Rəna Sofyevanın törətdiyi əməlin məhkəmə istintaqı dövründə də sübuta yetirildiyini deyərək onun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Əvvəlki proseslərdə Rəna Sofiyevanın oğlu Sərdar şahid qismində ifadə verib. Şahid əsasən zərərçəkmiş tərəfin nümayəndəsi, vəkil Ceyhun Yusifovun suallarını cavablandırıb.

    İlk olaraq Sərdar hadisə baş verən gün yaşananları tam xatırlamadığını deyib. Bildirib ki, yuxudan oyananda artıq qətl hadisəsi baş veribmiş. Onun dediklərindən məlum olub ki, anası Rəna Sofiyevadan birinci şikayəti mərhumun atası edib. Qətlə yetirilən Araz Sofiyevin atası polisə ifadəsində gəlini Rənadan şübhələndiyini deyib.

    Sərdar deyib ki, babasından niyə anasından şübhələndiyini soruşub. Babası isə ona deyib ki, məqsədi oğlunun qatilini tapmaqdır.

    “Babam dedi ki, əgər anam günahsız olsa, 100 dəfə üzr istəyəcək”, – deyə Sərdar cavabında bildirib.

    Sərdar suallara cavabında bir daha hadisə baş verən gecə olanları xatırlamadığını deyib. Bildirib ki, yuxudan oynanda nənəsinin ağladığını, artıq hadisələrin baş verdiyini görüb.

    Məhkəmədə məlum olub ki, Araz Sofiyevin atasının şikayətindən sonra Rəna Sofiyeva izlənilib, onun yaşadığı evə səs yazan qurğu yerləşdirilib. Həmin səs yazılarından birində Sərdar hər şeydən bezdiyini və yaşamaq istəmədiyini deyib.

    Sərdar izah edib ki, həmin zaman anası və nənəsi hazırlıq kurslarına pul xərclədiklərini, nəticələrinin yaxşı olmadığını deyib. Anası və nənəsi ona irad bildirib ki, dərslərini oxumur. O da artıq bezdiyini və yaşamaq istəmədiyini deyib.

    Prosesin davamında Rəna Sofiyeva məhkəmədən söz istəyib. Deyib ki, ərinin ədavəti olan yalnız Mehman adlı şəxsi tanıyır.

    Prokuror müdaxilə edərək deyib: “Ötən prosesdə Mehman iştirak edirdi. Onda şübhələndiyinizi deyirdiniz. İndi isə qəti olaraq Mehmanın adını çəkirsiniz. Nə dəyişdi ki, belə qəti fikir bildirirsiniiz?”

    Rəna Sofiyeva eyni fikirləri dilə gətirdiyini deyib.

    Bildirək ki, Rəna Sofiyeva qətiyyən özünü təqsirli bilmir. Oğlu Sərdar da onun mövqeyindən çıxış edir.

    Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.

    İstintaq materiallarından da görünür ki, R.Sofiyeva dindirilən zaman fərqli ifadələr verib.

    İlk ifadəsində həyat yoldaşı Arazın bir neçə dəfə banklardan kreditə pul götürdüyünü, amma nə üçün götürdüyünü bilmədiyini deyib. R.Sofiyeva ərinin ona məxsus qızıl qolbağı satdığını, borcunu verdiyini deyib.

    O, ilk ifadəsində hadisə günü baş verənləri belə danışıb: “Ofisdə olanda Araz, atası Knyaz və qardaşı Ayaz gəlib məni işdən götürdülər. Evdə olanda kimsə zəng edib Arazı futbola çağırdı.

    Gecə saat 12-yə qalmış gəldi. Həmin vaxtı mən, anam və oğlum evdə idik. Araz hamama çimməyə getdi, mən də evdə olan qarpız və yemişi doğrayıb, stolun üzərinə qoydum və yatmağa getdim. Gecə oyananda evdə iki nəfər gördüm. Araz o adamlara dedi ki, mənə nə edirsiniz edin, amma arvad-uşağa dəyməyin.

    Otaq qaranlıq idi, Arazın qarşısında oturan şəxs mənə “səsini çıxarma, gəl otur” dedi. Həmin şəxslər rus dilində danışırdılar. Arazla üzbəüz oturan şəxs dedi ki, “axı sən bilirsən ki, borc götürmüsən, pulu qaytarmaq lazımdır”. Araz mənə dedi ki, pulu gətirim. Mən satdığımız maşının pulunu iki gün əvvəl ofisdən evə gətirmişdim. Həmin pulu gətirib, Araza verdim. Pulu verən kimi Arazın qarşısında oturan şəxsin tapşırığı ilə evdəki telefonları da gətirib, ona verdim. Onlar telefonları götürüb Arazdan pulun qalanını nə vaxt verəcəyini soruşdular.

    Bu sözdən sonra Araz əsəbiləşib “nə istəyirsən məndən olanım budur, artıq yoxumdu”- dedi, həmin şəxs də “sənə demişəm axı sakit ol, yoxsa ikinizi də kəsərəm”,- deyə cavab verdi.

    Araz onun anasını söydü. Onlar Araza hücum çəkdilər. Qaranlıq olduğu üçün hansının əlində bıçaq olduğunu görmədim. Araza zərbələr vuranda onların qarşısını almaq istədikdə sol qolum kəsildi. Mən qışqıranda həmin şəxslərdən biri sifətimə yumruq vurdu, zərbənin təsirindən huşumu itirdim. Sonrasını xatırlamıram.

    Bir də anamın qışqırıq səsinə özümə gəldim və Arazın oturaqlı vəziyyətdə divanda qanın içində olduğunu gördüm. Tez yataq otağına qaçıb, oğlumun yerində olmadığını, blokda qışqırdığını gördüm. Daha sonra qardaşıma, təcili tibbi yardıma zəng etdim”.

    İlk başda özünü şübhəli aparmayan Sofiyeva suallara cavabında Arazla ər-arvad kimi yaxşı münasibətlərinin olduğunu deyib.

    Amma işin ilginc tərəfi budur ki, Sofiyeva istintaqda Arazın dostu ilə münasibətdə olduğunu, bunu mərhum ərinin bildiyini deyib. Sofiyeva söyləyib ki, buna görə əri ilə arasında mübahisə olsa da boşanmayıblar.

    Qeyd edək ki, hadisə 2019-cu ilin iyul ayının 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. İstintaq zamanı məlum olub ki, cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib.

    Ona xəstəxanada tibbi yardım göstərilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

  • Утверждено Положение о Государственном историко-культурном и природном заповеднике “Гора Бешбармаг”

    Утверждено Положение о Государственном историко-культурном и природном заповеднике “Гора Бешбармаг”.

    Как сообщает oxu.az, соответствующее решение подписал премьер-министр Али Асадов.

    Подробнее с документом можно ознакомиться по ссылке.

  • Hindistan ştammı uşaqlarda ağır izlər qoyur – Ekspertlər HƏYƏCAN TƏBİLİ ÇALDI

    Hindistanda koronavirusa yoluxan uşaqlara və yeniyetmələrə getdikcə daha çox MIS-C diaqnozu (çoxsistemli iltihab sindromu) qoyulur. Bu barədə Hindistan Tibb və Tədqiqat İnstitutu məlumat verib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, həkimlər bu sindromun qarşısını almaq üçün məktəblilərin daha çox fiziki məşq etməli olduğunu söyləyib. Artıq çəki əsas risk faktorlarından biridir. Bundan əlavə, uşaqların virusu asimptomatik keçirməsinə baxmayaraq, valideynlərin ayıq-sayıq olmasının vacibliyini vurğulayıblar.

    Dünya tibbində uşaqlarda çoxsistemli iltihab sindromu diaqnozu COVID-19-dan az sonra – 2020-ci ilin yayında ortaya çıxdı. Həkimlər sağaldıqdan ən azı bir neçə həftə (bəzən 1,5 ay) sonra bəzi yeniyetmələrdə qızdırma, dəri səpkiləri, aşağı təzyiq, hətta birdən çox orqanın sıradan çıxdığını görməyə başladılar.

    Pediatrların sözlərinə görə, bu, bir çox cəhətdən qan dövranı xəstəliyi olan və əsasən uşaqlarda rast gəlinən Kavasakiyə yaxındır. MIS-C sindromunu tez-tez Kavasakiyə bənzədirlər. Buna baxmayaraq, həkimlər bunların iki fərqli diaqnoz olduğu qənaətindədir.

    Rusiyalı həkim Yevgeni Timakov “Life”a verdiyi müsahibədə bildirib ki, onlar arasındakı fərqlər laboratoriya məlumatları və orqan zədələnmə dərəcələri ilə izah olunur. Bununla birlikdə, çoxsistemli sindrom antiinflamatuar və qandurulaşdırıcı maddələr daxil olmaqla, Kavasaki sindromu ilə eyni şəkildə müalicə olunur.

    “Sindrom ciddidir, uşağın bədənindəki bütün orqan və toxumalara təsir edir. Təəssüf ki, özünü müxtəlif allergik xəstəliklər, səpkilər kimi göstərir, yəni valideynlər bunu dərhal tanımaya bilər. Buna görə də ağır fəsadlarla nəticələnə bilər, koronavirus infeksiyasından 2-6 həftə sonra ortaya çıxır, müalicə olunmasa, uşağın həyatı üçün təhlükə daşıyır.

    Sindrom qismən böyüklərdəki məşhur “sitokin fırtınası” ilə müqayisə edilə bilər. Hər iki vəziyyətdə də bu, bədənin patogenlərin hücumuna qarşı həddindən artıq müdafiə reaksiyasıdır. Bu, müxtəlif otoimmun proseslərin meydana gəlməsi ilə immunitetin həddindən artıq reaksiyasıdır. Yalnız yetkinlərdə “sitokin fırtınası” dərhal özünü göstərir, uşaqlarda isə gecikir’”, – Yevgeni Timakov qeyd edib.

    Pediatr vurğulayıb ki, koronavirusa yoluxan uşağın vəziyyətindəki hər hansı dəyişiklik narahatlığa əsas verir: “Əzələ ağrıları, temperatur reaksiyaları, dərinin qabıq verməsi, şişkinlik, qanaxmalar, müxtəlif spesifik xəstəliklər ciddi simptomlardır. Təcili olaraq həkimə müraciət etməlisiniz”.

    Pediatr Andrey Stepanov isə bu sindromun koronavirusun damar sisteminə təsiretmə qabiliyyəti ilə əlaqəli olduğunu bildirib:

    “COVID-19 damar endotelium üçün faciəlidir, damarlar hər yerdə olduğundan hər səviyyədə və bütün sistemdə uğursuzluqlar baş verə bilər. Ürəkdəki aritmiyalar, baş ağrıları, zehni funksiyanın pozulması, əlin titrəməsi – bunların hamısı koronavirus nəticəsində baş verən orqanlar və sistemlərin pozulmasına daxildir. Bu sindrom o qədər müxtəlif təzahürlərə malikdir ki, onu təyin etmək çox çətindir.

    Niyə yalnız uşaqlara xasdır?

    Rusiyalı pulmonoloq Vyaçeslav Oveçkin qeyd edib ki, MIS-C-yə uşaq və yeniyetmələrdə rast gəlinməsi immunitetin və bədənin hələ tam formalaşmaması ilə əlaqəli ola bilər.

    “Bu, mümkün variantlardan biridir. Tibdə uzun müddətdir ki, postkoronavirus sindromu müzakirə olunur. Bu və ya digər dərəcədə bütün xəstələri narahat edən məsələdir. Lakin postkoronavirus uşaqlıqda baş verən MIS-C ilə əlaqəli deyil. Yəni bu sindroma hər yaşda olan insanlarda rast gəlinir. Postkoronavirus çoxyönlüdür, insanlarda baş ağrısı və davamlı qızdırma, uzun müddət iybilmə qabiliyyətinin pozulması, halsızlıq və təngənəfəslik kimi şikayətlər olur. Həmçinin bir qayda olaraq həkimlər müayinə zamanı ciddi dəyişiklik tapmırlar.

    Həkimlər bütün bu sindromların səbəbləri ilə bağlı suallara birmənalı cavab verə bilmirlər. Versiyalardan biri odur ki, sağaldıqdan sonra koronavirus bədəni tamamilə tərk etmir, əksinə, bir növ “konservləşdirilmiş”, hərəkətsiz vəziyyətdə qalır. Herpes virusu kimi”, – pulmonoloq əlavə edib.

  • İyulun 3-də bizi nə gözləyir?

    AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

    Rəsədxanadan bildirilib ki, proqnoz dövründə – iyulun 3-dək Günəş fəallığı aşağı səviyyədə olacaq. Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən böyük enerjili proton selinin fon səviyyəsində olacağı proqnozlaşdırılır.

    İyulun 2-də Günəş küləyinin şəraiti daha az həyəcanlaşdırıcı olması ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaq. İyulun 3-də CME (29 iyun) hesabına geomaqnit sahənin qeyri-stabil olmaqla dəyişməsi gözlənilir.

  • В Гяндже горит поле зерновых

    В Гяндже вспыхнул пожар.

    Как сообщает АПА, происшествие зарегистрировано на территории под названием Dəmir yolualtı.

    На скошенном поле зерновых культур внезапно вспыхнул пожар. На место происшествия привлечены подразделения Государственной противопожарной службы МЧС.

    В настоящее время продолжаются работы по тушению огня.

  • “Delta” ştammı Cənubi Qafqazda yayıla bilər

    “Koronavirusun “Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir”.

    Bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib. Ekspert “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb.

    Azərbaycanın indiyədək koronavirusa yoluxma sayını azaltmaq istiqamətində çevik tədbirlər həyata keçirdiyini qeyd edən ekspert “Delta” ştammının da yayıldığını nəzərə almaqla ölkədə peyvəndləmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

  • Vətən müharibəsinin qəhrəman şəhidinin anım mərasimi keçirilib

    Torpaqlarımızın işğaldan azad olunması ilə nətcələnən 44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəmanımız böyük şücaətlər göstərərək tariximizə yeni salnamələr yazdılar. Onlardan biri də bu gün doğum günü qeyd edilən tabor komandiri, şəhid kapitan Elçin Tağıyevdir.

    “Report”un Muğan bürosunun məlumatına görə, onun doğum günü münasibətilə ata ocağında anım tədbiri keçirilib.

    Tədbirdə şəhidin ailə üzvləri, yerli sakinlər, qazilər, E.Tağıyevin döyüş yoldaşları iştirak edib.

    Mərasimdə çıxış edənlər şəhidin həyat və döyüş yoluna nəzər salıblar. Qonaqların qəhrəmana həsr etdikləri mahnı və şeirlər səsləndirilib.

    Anım tədbirinin sonunda şəhid kapitanın məzarı ziyarət edilib.

    Qeyd edək ki, Elçin Ağaqulu oğlu Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-ci ildə həmin kənddəki orta məktəbə daxil olub. Hərb sahəsinə hələ erkən yaşlarından maraq göstərən E.Tağıyev 2004-cü ildə 9-cu sinfi bitirərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, hərbi məktəbi də əla qiymətlərlə bitirərək, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub və zabit kimi hərbi xidmətə başlayıb.

    O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edərək, fədakarlıqlar göstərib. Bu döyüşlərdə E.Tağıyevin rəhbərliyi ilə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib, işğalçılar ağır itkilər verərək geri çəkiliblər. Qəhrəman zabitimiz sonuncu dəfə Talış istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmanlıq göstərərək şəhid olub.

    E.Tağıyev Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

  • Армения обнародовала последнюю информацию о потерях в Карабахской войне

    Тела и останки 3 783 армянских солдат и офицеров прошли судебно-медицинскую экспертизу, 81 образец находится на стадии экспертизы ДНК.

    Как передает Report, министерство здравоохранения Республики Армения в ответ на запрос Antifake.am сообщило , что с 27 сентября 2020 года по 25 июня 2021 года включительно, была проведена судебно-медицинская экспертиза 3 783 трупов и останков.

    По состоянию на 25 июня, 81 образец находится на стадии экспертизы ДНК, отметили в минздраве.