Month: July 2021

  • Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir

    Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə ən öncül hesabatlardan olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” ( GCI) hesabatı üzrə cari il 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib.

    Ümumilikdə 89.31 xal ilə ölkəmiz MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb. MDB ölkələrindən Gürcütsan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiya kimi dövlətləri geridə qoyub. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeks üzrə Avropa Ölkələri arasında 3-cü pillədə yer alması təsadüfi hal deyildir. Reytinqdə ilk yeri ABŞ, 2-ci yeri isə Böyük Britaniya və Səudiyyə Ərəbistanı tutub.

  • Азербайджан занимает третье место среди стран СНГ по индексу кибербезопасности

    Азербайджан занимает третье место среди стран СНГ по индексу кибербезопасности.

    Об этом говорится в сообщении Центра анализа и коммуникации экономических реформ.

    Отмечается, что Азербайджан поднялся на 15 позиций в рейтинге Международного союза электросвязи “Глобальный индекс кибербезопасности 2020” (Global Cybersecurity Index, GCI) и занял 40-е место, набрав в общей сложности 89,31 балла.

    В отчете наша страна занимает третье место среди стран СНГ после России и Казахстана. Азербайджан среди 194 государств-членов МСЭ опередил такие страны, как Швейцария, Тунис, Ирландия, Иран, Грузия, Исландия, Румыния, Словения, Чехия, Украина.

    Первые позиции в рейтинге заняли США, Великобритания, Саудовская Аравия, Эстония, Южная Корея, Сингапур и Испания.

  • Şəmkirdə velosipedçini vurdu, qaçdı

    Şəmkirdə velosipedçini maşın vurub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

    1983-cü il təvəllüdlü Qasımov Babək velosipedlə hərəkətdə olan zaman avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, hadisəni törədən sürücü hadisə yerindən yayınıb. Onun tapılması istiqamətində axtarışlara başlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Keşlə”dən daha bir transfer

    UEFA Avropa Konfransı Liqasına hazırlaşan “Keşlə” futbol klubu daha bir transfer reallaşdırıb.

    Klub rəhbərliyi ilə braziliyalı futbolçu Felipe Santos arasında 1 ili əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

    Qeyd edək ki, yarımmüdafiə mövqeyində oynayan F.Santosun son klubu Sloveniyanın 1-ci liqasında çıxış edən “Maribor” komandası olub.

  • ФК “Карабах” объявил о новом трансфере – ФОТО

    Футбольный Клуб “Карабах” подписал двухлетний контракт с игроком сборной Азербайджана Рамилем Шейдаевым.

    Как сообщает oxu.az со ссылкой на официальный сайт агдамской команды, 25-летний нападающий будет носить форму “Скакунов” под номером 77.

    Отметим, что в сезоне 2017/2018 Шейдаев выступал за “Карабах” на правах аренды.

  • Bakıda 16 aydan sonra ilk icazəli toydan – VİDEOREPORTAJ

    Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib.

    “Report”un əməkdaşı paytaxtdakı şadlıq evlərinin birində mərasim iştirakçılarının təəsüratlarını öyrənərək, reportaj hazırlayıb.

    Videomaterialı təqdim edirik:

  • Обнародована последняя статистика по коронавирусу в Турции

    В Турции за последние 24 часа 42 человека стали жертвами коронавируса.

    Как сообщает Haber Global со ссылкой на Министерство здравоохранения страны, в первый день июля было зарегистрировано 462 новых случая заражения COVID-19.

    За сутки 5 288 человек выздоровели от смертельного заболевания и вернулись к повседневной жизни.

    Отмечается, что в настоящее время 706 пациентов с коронавирусом находятся в тяжелом состоянии в больницах страны.

  • ÜST-dən “qara kif”in yayılmasının azaldılması ilə bağlı TÖVSİYƏ

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “qara kif” və ya mukormikozun yayılmasını minimuma endirmək üçün tövsiyələr verib.

    Bunun üçün yeni növ koronavirusun müalicəsində hormonal dərmanların və antibiotiklərin istifadəsini azaltmaq lazımdır.

    Bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “RİA Novosti”yə müsahibəsində deyib.

    O, Hindistanda COVID-19 xəstələrində rast gəlinən bir sıra göbələk infeksiyalarının maya və ya kiflə əlaqəli olduğuna diqqət çəkib. Onlar ətraf mühitdə olurlar, ancaq immuniteti zəif olan insanlara təsir edirlər.

    Vujnoviçin sözlərinə görə, söhbət şəkərli diabet və ya digər xroniki xəstəliklərdən, xərçəngdən əziyyət çəkənlərdən, həmçinin uzun müddət müəyyən dərman qəbul edənlərdən gedir.

    ÜST nümayəndəsi koronavirus infeksiyasının da immunitet sistemini zəiflədiyini vurğulayıb:

    “ÜST kortikosteroidlərin və antibiotiklərin yüngül və orta dərəcəli hallarda nisbətsiz istifadəsini minimuma endirməyi tövsiyə edir”.

    Vuynoviç COVID-19-un kəskin halında kortikosteroidlərin həyatını xilas etdiyini, ancaq bunların geniş istifadəsinin göbələk infeksiyasına səbəb ola biləcəyini də izah edib.

  • OPEC+ ölkələrinə ilin sonunadək hasilatı artırmaq tövsiyə olunub

    OPEC+ Nazirlər Monitorinq Komitəsinin bu gün keçirilən iclasında iştirakçı ölkələrə bu il avqust – dekabr ayları ərzində gündəlik hasilatı hər ay 400 min barel artırmaq tövsiyə olunub.

    “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə OPEC-dəki mənbə bildirib.

    Bununla da cari ilin 5 ayı ərzində gündəlik hasilatı 2 milyon barel artırmaqla ilin sonunda hasilatın 2018-ci il səviyyəsinə nisbətən ixtisarı 3,7 milyon barel həcmində olacaq.

    Bununla yanaşı, hasilatla bağlı razılaşmanın müddətini 2022-ci ilin sonunadək uzatmaq barədə qərar verilib.

    Qeyd edək ki, sözügedən tövsiyə Bakı vaxtı ilə saat 20.30-da başlayan OPEC+ nazirlər görüşündə nəzərdən keçirilməlidir.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Son 24 saat ərzində Türkiyədə koronavirusdan 42 nəfər vəfat edib.

    “Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyulun ilk günündə yoxlanış məqsədilə götürülən testlərdən 462-si müsbət çıxıb.

    Sutka ərzində 5288 nəfər sağalıb və ya karantin müddətini başa vurub.

    Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 706 nəfərdir.