Month: July 2021

  • Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir – Araşdırma

    “Pfizer” peyvəndinin Braziliya ştammından qoruma imkanları çox aşağıdır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Fransa və Qvineyadan olan tədqiqatçılar “Pfizer” ilə peyvənd olunan insanların Braziliya ştammına yoluxma riskinin yüksək olduğunu təsbit ediblər.

    Təcrübədə Qvineyada qızıl mədənindən 44 işçi iştirak edib. Onlardan 25 nəfər “Pfizer” peyvəndi ilə tam vaksin olunsa da, 15 nəfər (60%-i) Braziliya ştammına yoluxub.

  • Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var

    Almaniyanın Leverkuzen şəhərində “Currenta” şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.

    Bu barədə “Suddeutsche Zeitung” qəzeti məlumat yayıb.

    Qeyd edilir ki, partlayış zamanı 2 nəfər həlak olub. Daha əvvəl isə 5 nəfərin itkin düşməsi barədə məlumat yayılıb.

    Leverkuzen polisi maksimal təhlükə elan edib və yerli sakinlərə evlərinin qapı və pəncərələrini açmağı, küçəyə çıxmağı qadağan edib.

  • Bitkoinin qiyməti 34 min dolları ötüb

    Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, bitkoinin məzənnəsi 1, 2 faiz qalxaraq 34 240 ABŞ dolları təşkil edib.

    Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99 faiz faiz bahalaşaraq 34 232 dollardan satılıb.

    Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.

    Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.

  • Hər 10 nəfərdən 5-i toyda yoluxur – Həkim

    Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur.

    Bunu ARB-24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

    O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb:

    “Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza “bəli” deyir.

    Lakin buna baxmayaraq, yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi təqdirdə maskasız ötüşmək olacaq”.

  • Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

    Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə Çobanabdallı kəndində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb.

    Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

    Qəzanın başvermə səbəbləri araşdırılır.

  • Samuxda bıçaqlanma olub

    Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    Hadisə Çobanabdallı kəndində baş verib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

    Hələlik hadisənin təfərrüatları barədə məlumat yoxdur.

  • “Neftçi”nin legioneri: “Olimpiakos”u yaxşı analiz etmişik”

    “İlk matçdan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb”.

    Bu fikirləri “Neftçi”nin futbolçusu Sabir Buqrin Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

    Belçikalı yarımmüdafiəıçi bildirib ki, ilk matçda məğlubiyyətə layiq deyildilər: “Özümüzə güvənirik. İnanırıq ki, sabah yaxşı nəticə qazanacağıq. Bizi maraqlı oyun gözləyir”.

    25 yaşlı oyunçu “Olimpiakos”u yaxşı analiz etdiklərini söyləyib: “İlk oyunda “Olimpiakos”un zəif çıxışının səbəbi biz ola bilərik. Rəqibi yaxşı analiz etmişik. Sabah elə etməliyik ki, onlar bizim oyuna adaptasiya olsunlar”.

    Buqrin ilk matçdan sonra ayağında ağrı olduğunu vurğulayıb: “Hazırda özümü yaxşı hiss edirəm. Matça tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam”.

    Yarımmüdafiəçi meydanda öz oyunlarını göstərəcəklərini deyib: “İlk oyunda hücumda daha effektiv olsaydıq, uduzmazdıq. Sabah yalnız öz oyunumuz barədə düşünəcəyik”.

    Buqrin Sezar Meza Kollinin gəlişinin oyununa mənfi təsir etmədiyini bildirib: “Meza Kollinin gəlişindən sonra özümü meydanda daha rahat hiss edirəm. Bir-birimizi yaxşı başa düşürük. Sadəcə, ötən mövsümün sonundakı formamda olmadığım üçün oyunum tam alınmır”.

    Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 20:00-da başlayacaq. İlk oyunda “ağ-qaralar” 0:1 hesabı ilə uduzub.

  • Gəncədə iki nəfəri ildırım vurub

    Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

    “Report” xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

    Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır – FOTO

    Bakıda fəaliyyət göstərən məşhur “Qoşa qala” restoranı kişi müştərilərinə xəbərdarlıq edib. Bildirilib ki, şortik və səndəl geyinən kişilər içəri buraxılmayacaq.

    Bu haqda restoranın sosial şəbəkə hesabında elan verilib. Eyni zamanda heyvanla məkana gəlmək qadağandır.

    “Hörmətli qonaqlar, restorana aid xüsusi dress-kod mövcuddur. Bu səbəblə restorana şortik və dabanıaçıq ayaqqabı ilə (başmaqla) giriş təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir. Anlayışınız üçün təşəkkür edirik” deyə, paylaşımda qeyd olunub.

    Qeyd edək ki, bundan əvvəl Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb. Daha sonra Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını demişdi.

    //sfera.az

  • Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb

    Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

    “Report” xəbər verir ki, leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini suları basıb.

    Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

    Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.