Month: July 2021

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 195 389 114 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 4 183 299 xəstə ölüb, 177 223 145 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (35 287 269 nəfər), Hindistan (31 440 951 nəfər), Braziliya (19 707 662 nəfər), Rusiya (6 149 780 nəfər) və Fransadır (5 999 244 nəfər).

    Türkiyədə 5 618 417, İranda 3 723 246, Gürcüstanda 404 023, Ermənistanda isə 228 910 nəfərdə koronavirus aşkar edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (154 601 nəfər), İran (89 122 nəfər) və Türkiyədə (50 997 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 340 715 nəfərin 5 009-u ölüb, 332 136 xəstə sağalıb.

  • Парламент Франции одобрил применение “санитарных пропусков” в стране

    Парламент Франции одобрил рано утром в понедельник законопроект, требующий специальных “санитарных пропусков” для посетителей ресторанов, осуществления поездок внутри страны, а также обязательных прививок для всех медицинских работников, сообщает “Интерфакс” со ссылкой на The Associated Press.

    Законодатели работали все выходные, чтобы достичь компромиссного варианта, который в итоге был одобрен Сенатом в воскресенье вечером и Национальным собранием после полуночи.

    Закон требует, чтобы все работники сектора здравоохранения начали проходить вакцинацию к 15 сентября.

    Для входа во все рестораны, поезда и самолеты также требуется “санитарный пропуск”.

    Первоначально это касается всех взрослых, но начиная с 30 сентября будет применяться ко всем лицам 12 лет и старше.

    Чтобы получить пропуск, люди должны иметь доказательства того, что они полностью вакцинированы, либо отрицательный результат ПЦР-теста, либо подтверждение о недавно перенесенном COVID-19.

    Данные правила могут применяться до 15 ноября в зависимости от ситуации с коронавирусом в стране.

  • Fransada səyahət üçün karantin qadağaları dəyişdi

    Fransa parlamenti bütün tibb işçiləri üçün məcburi vaksinasiya, eyni zamanda ölkə daxilində səyahət zamanı restoranlara gələn qonaqlar üçün üçün xüsusi “sanitar keçid” tələb edən qanun qəbul edib.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Qanun bütün səhiyyə işçilərinin 15 sentyabr tarixinə qədər vaksinasiyaya başlamalarını tələb edir.

    Bütün restoranlara, qatarlara, təyyarələrə giriş üçün də “sanitar keçid” lazımdır.

    Əvvəlcə bu qayda bütün yetkinlərə, 30 sentyabrdan başlayaraq 12 yaş və daha yuxarı olan hər kəsə şamil ediləcək.

    Keçidi əldə etmək üçün insanlar ya tam peyvənd olunmalarına, ya mənfi nəticəli PCR testinə sahib olmalarına və ya yaxın günlərdə COVID-19-dan sağalmalarına dair sübut təqdim etməlidirlər.

    Bu qaydalar ölkədəki koronavirus vəziyyətindən asılı olaraq 15 noyabradək tətbiq oluna bilər.

  • Planetdə həyatın olmadığı yer məlum olub

    Planetimizdə həyatın olmadığı yer müəyyən edilib.

    Bu barədə “Science News” xəbər yayır.

    Bu ərazi Antarktidadakı Şeklton buzlağının yaxınlığında quru bir səhradır. Dözümlülüyü ilə tanınan mikroorqanizmlərin belə çökməsinin qarşısını alan üç faktor burada birləşir. Kəskin soyuq, duzlu hava və quruluq.

    Mütəxəssislərin fikrincə, bu üç amilin birləşməsi bu cür şəraitdə həyatın yaranma şansını tamamilə məhdudlaşdırır.

    Araşdırmanı aparan alimlər hesab edirlər ki, buzlaq şərtləri baxımından Mars səthinə çox oxşardır. Ancaq qırmızı planetdəki torpaq daha qədimdir və şərtlər daha sərtdir. Mütəxəssislər orada hansısa həyat izinin tapılmasının çətin olduğunu bildirsələr də, ümidi ititrməməyə də çağırıblar.

  • Rusiyalı admiralın ailəsi qəddar şəkildə qətlə yetirilib

    İstefada olan rusiyalı admiral Leonid Lobanovun ailəsi qəddar şəkildə qətlə yetirilib.

    Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

    Bildirilir ki, polisə bu barədə donanmanın sabiq admiralının Murmansk şəhərində yaşayan qızı xəbər verib. O, Sankt-Peterburqda yaşayan valideynlərinin qonşularının ona zəng etdiyini və mənzillərindən pis qoxu gəldiyini dediklərini bildirib.

    Dərhal hadisə yerinə hüquq mühafizəçiləri yollanıb. Onlar qapını açanda içəridə Lobanovun 84 yaşlı arvadının və 56 yaşlı oğlunun cəsədini tapıblar. Öldürülənlərdə çoxsaylı bıçaq xəsarətləri olub, qarınları yarılıb.

    Qətldə elə Lobanovun özü şübhəli bilinir.

    Qeyd edək ki, admiral 10 gün əvvəl özünü elektrik qatarının altına atıb. Onun arvadını və oğlunu insestdə şübhəli bilməsi ehtimal olunur.

  • Şahin bloqerin dronunu oğurladı – VİDEO

    Kamçatkada şahin təbiətin gözəlliyini çəkən bloqerin kvadrokopterini oğurlayıb.

    “BAZA” “Telegram” kanalı bununla bağlı görüntüləri paylaşıb.

    Məlumata görə, quş “uçan naməlum əşyanı” götürərək bataqlığa atıb.

    Dronu GPS koordinatları ilə tapmaq mümkün olub.

  • Güclü tayfun Tokioya yaxınlaşır – VİDEO

    Tayfun qasırğası Olimpiya Oyunlarının təşkil edildiyi Tokio şəhərinə doğru irəliləyir.

    REN TV bu barədə yerli sinoptiklərə istinadən məlumat yayıb.

    Qasırğaya hətta səkkiz nömrəli seriya nömrəsi də verilib.

    Qeyd olunur ki, tayfunun şiddətli külək və güclü leysan yağışları ilə müşahidə edilməsi gözlənilir.

    Sinoptiklər artıq kəskin hava şəraiti əlaqədar şəhər sakinlərini və dövlət qurumlarını xəbərdar edib.

  • Neftçalada yol qəzası olub, xəsarət alan var

    Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə axşam saatlarında M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, Neftçala şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Əmrah oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb. Sürücü qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məmmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Kaliforniyada təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq: İnsanlar təcili təxliyə edilir

    ABŞ-ın Kaliforniya ştatında 76 min hektardan çox ərazidə geniş miqyaslı yanğınlar baş verib.

    “Reuters” məlumat verir ki, “Dixie” və “Bootleg” adı verilən yanğın əraziləri artıq birləşiblər.

    Nəşr qeyd edir ki, dövlət orqanları vətəndaşların təcili təxliyyəsini aparır.

    Kaliforniyada fövqəladə vəziyyət elan edilib, xilasedicilər ev-ev gəzərək yerli sakinlərə son dərəcə təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edirlər.

    Oreqon ştatının qubernatoru Keyt Braun bildirib ki, ABŞ-ın qərb sahilindəki meşə yanğınları iqlim dəyişikliyi səbəbiylə zamanla artacaq.

    Qeyd edək ki, ABŞ-ın bir neçə ştatında genişmiqyaslı yanğınlar davam edir.

  • Şəkidə piyadanı avtomobil vurub

    Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, yolu keçən piyada “Skhoda” markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.