Month: July 2021

  • Türkiyəyə təyin olunan yeni səfir kimdir? – DOSYE

    Prezident İlham Əliyev Rəşad Eynəddin oğlu Məmmədovu Azərbaycan Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edib.

    Median.Az yeni vəzifəyə təyin edilən səfirin dosyesini təqdim edir.

    Rəşad Eynəddin oğlu Məmmədov 1973-cu ildə Gəncə şəhərində anadan olub.

    1990-1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 – G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

    R.Məmmədov Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan “N” saylı hərbi hissəsində döyüş yolu keçib. 1995–1996 – Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub.

    1996–2000 – Bakı Hərbi Prokurorunun köməkçisi, 2000–2001-ci ildə Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe, 2001–2006 – Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006–2008 – Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

    O, 2008–2010 – Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010 – Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib.

    2010–2015 – Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub, 2015-2021 – Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.

    R.Məmmədov İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Sərəncamı ilə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” və bir sıra medallarla təltif olunub.

    Səfir ingilis və rus dillərini bilir.

    Evlidir, üç övladı var.

  • Ильхам Алиев назначил новых послов Азербайджана в двух странах

    Президент Азербайджана Ильхам Алиев 26 июля подписал распоряжение о назначении Вагифа Исмаил оглу Садыгова чрезвычайным и полномочным послом республики в Бельгии.

    Текст документа опубликован на сайте Prezident.az.

    Другим распоряжением главы государства Фуад Эльдар оглу Искендеров назначен чрезвычайным и полномочным послом АР в Швейцарии.

  • İlham Əliyev iki ölkəyə yeni səfir təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Vaqif İsmayıl oğlu Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az saytı məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Президент освободил Фуада Искендерова от занимаемой должности

    Президент Азербайджана Ильхам Алиев 26 июля подписал распоряжение об отзыве Фуада Эльдар оглу Искендерова с должности чрезвычайного и полномочного посла республики в Бельгии, Люксембурге и по совместительству главы представительства АР при Европейском союзе.

    Текст документа опубликован на сайте главы государства.

  • Prezident Fuad İsgəndərovu vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev Fuad Eldar oğlu İsgəndərovun Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az məlumat yayıb.

  • Сменен представитель Азербайджана в ООН

    Президент Азербайджана Ильхам Алиев 26 июля подписал распоряжение об отзыве Вагифа Исмаил оглу Садыгова с должности постоянного представителя республики при отделении ООН в Женеве и других международных организациях.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства на указанную должность назначен Галиб Малик оглу Исрафилов.

  • Azərbaycanın BMT-dəki nümayəndəsi dəyişdirildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Vaqif İsmayıl oğlu Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

  • Lukaşenko Azərbaycana təşəkkür etdi – VİDEO

    Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycanın səfiri Lətif Qəndilovu qəbul edib.

    Bu barədə prezident administrasiyasının rəsmi “Telegram” kanalı məlumat yayıb.

    “Necə də pis ənənə var: bizim ən yaxşı dostlarımız – səfirlər gedirlər və biz sizdən sonra gələcək şəxsin də bizim yaxşı dostumuz olacağına və biz sizin dövrünüzdə olduğu kimi Azərbaycanla mehriban münasibətlər qura biləcəyimizə ümid etməli oluruq” – deyə A.Lukaşenko bildirib.

    O, həmçinin Azərbaycana Belarusa karbohidrogen xammalı tədarükünə görə təşəkkür edib:

    “Əhsən sizə, Qərb dövlətləri istiqamətindən təzyiqlərə boyun əymədiniz. Sözünüzü tutursunuz: necə razılaşmışıqsa, elə də hərəkət edirik. Müasir dünyada bu çox dəyərlidir. Bizə arxalana bilərsiniz. Biz mənim Azərbaycana etdiyim səfərim zamanı əldə olunmuş razılaşmaları yerinə yetirməyə hazırıq”.

  • В Азербайджане продлен срок приема документов для перевода студентов из одного вуза в другой

    Процедура электронного приема документов для перевода студентов из одного вуза в другой продлена до 15:00 26 июля, сообщает минобразования Азербайджана.

    До сегодняшнего дня на портале transfer.edu.az зарегистрировано 1 363 обращения студентов, из которых 14 хотят перевестись на уровне магистратуры, 113 – из зарубежных вузов, 127 – из одного колледжа в другой, 1 123 – перевестись или сменить специальность в вузах Азербайджана.

  • Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadıldı

    Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

    Bu günədək portal vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1 363 müraciət qeydə alınıb. Bu müraciətlərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1 123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.