Month: July 2021

  • Президент Ильхам Алиев отозвал посла АР в Турции и назначил на его место нового

    Президент Азербайджана Ильхам Алиев 26 июля подписал распоряжение об отзыве Хазара Зафир оглу Ибрагима с должности чрезвычайного и полномочного посла республики в Турции.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства Рашад Эйнаддин оглу Мамедов назначен послом АР в Турции.

  • İlham Əliyev Türkiyədəki səfiri geri çağırdı – YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • “Bitcoin”in qiyməti kəskin artdı

    Dünyanın ən bahalı kriptovalyutası hesab olunan “Bitcoin”in qiyməti 16 faiz artıb.

    20-dən çox mübadilə üçün ortalama qiyməti hesablayan “CoinMarketCap” portalı xəbər verir ki, rəqəmsal valyutanın qiyməti 40 min dollara yaxınlaşıb.

    Səhər saatlarında “Bitcoin” 38,88 min dollara satılıb.

    ABŞ, Avropa və Asiyadakı tənzimləyicilər kriptovalyutaların daha çox araşdırılmasına çağırış etdikləri üçün “Bitcoin” 21 İyulda 30 min dollardan aşağı düşdü.

  • В Министерстве иностранных дел Азербайджана состоялся брифинг – ВИДЕО

    В МИД Азербайджана министр иностранных дел страны Джейхун Байрамов и его сербский коллега Никола Селакович провели совместный брифинг.

  • Xarici İşlər Nazirliyində brifinq keçirildi – VİDEO

    Xarici İşlər Nazirliyində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və serbiyalı həmkarı Nikola Selakoviç birgə brifinq keçirib.

    Baku TV mətbuat konfransından canlı yayıma çıxıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Xarici narkotacirlər Azərbaycandakı kuryerlərini sosial şəbəkə vasitəsilə təhdid edirlər – VİDEO

    Sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Abşeron rayonunda yaşayan Ellər Tağıyev tutulub.

    Onun üzərindən ümumilikdə 12 qram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Ellər Tağıyev tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsi ilə “qayğı” göstərmək (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər.

    Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrlə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər. Bu üsulla onlar zəif iradələri, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər.

    Belə hallarla bağlı, yəni xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmaları xahiş edilir.

  • Azərbaycan və Serbiya XİN başçılarının geniş tərkibdə görüşü keçirilir

    Azərbaycan və Serbiya xarici işlər nazirlərinin nümayəndə heyətlərinin geniş tərkibli görüşü başlayıb.

    Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

    Qeyd edək ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycanda səfərdədir.

  • Предложено возобновить автобусное сообщение между Азербайджаном и Грузией

    В Тбилиси состоялось очередное заседание азербайджано-грузинской комиссии, сообщили в Министерстве транспорта, связи и высоких технологий АР.

    Основным предметом обсуждения стал вопрос возобновления автобусного сообщения.

    Заместитель директора Агентства наземного транспорта Министерства экономики и устойчивого развития Грузии Николоз Гвенетадзе предложил возобновить регулярные пассажироперевозки в условиях пандемии COVID-19 с соблюдением правил, установленных обоими государствами.

    Было сочтено целесообразным обратиться с таким предложением в соответствующие инстанции.

  • Azərbaycanla Gürcüstan arasında avtobusla gediş-gəlişin bərpası təklif olundu

    Tbilisidə Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iclasda ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub.

    Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq “COVID-19” pandemiyası şəraitində hər iki dövlətin müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib.

    Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib.

    Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.

  • В Шамахы погиб сотрудник полиции

    В Шамахинском районе Азербайджана трагически погиб сотрудник полиции.

    Об этом сообщили в правоохранительных органах.

    Согласно информации, Идрака Алыева ударило током при замене розетки в его доме, в результате чего он скончался.

    Отметим, И.Алыев является сотрудником Шамахинского регионального отдела охраны.

    По данному факту ведется расследование.