Month: July 2021

  • Şamaxıda polis faciəli şəkildə ölüb

    Şamaxı rayonunda polis əməkdaşını elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

    Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

    Polis İdrak Alıyev evində cərəyan yuvasını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində vəfat edib.

    Qeyd edək ki, İ.Alıyev Şamaxı regional mühafizə şöbəsinin əməkdaşıdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Yenidən sərt karantinə qayıdılır? – Operativ Qərargahdan AÇIQLAMA

    Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

    Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

    “Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.

  • В Баку молодой человек бросился с 16-го этажа

    19-летний Кямран Исмаилов покончил жизнь самоубийством, бросившись с 16-го этажа дома на улице Алияра Алиева в Наримановском районе Баку, в котором проживал, передает Report.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело, проводится расследование.

  • Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atdı

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un məlumatına görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 19 yaşlı Kamran İsmayılov özünü həmin evin 16-cı mərtəbəsindən ataraq intihar edib.

    Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • Restoran sahibinin işi karantin qaydalarının pozulmasına görə məhkəməyə göndərildi

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən “Ayşən” şadlıq sarayında baş tutan toy məclisində 18 nəfər, “Komfort” şadlıq sarayında isə 34 nəfər qonağın vaksinasiyadan keçməyərək iştirak etdikləri müəyyən edilib.

    Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və onlar məclislərdən uzaqlaşdırılıblar.

    Keçirilən digər bir tədbir nəticəsində rayonun Fətəlikənd kəndi ərazisində yerləşən “Davud” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkar edilib.

    Yol verdiyi qayda pozuntusu ilə bağlı obyekt sahibi Aydın Quliyevlə profilaktiki söhbətlər aparılıb və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

  • В Азербайджане спрос на доллары резко снизился – ОФИЦИАЛЬНО

    Центральный банк Азербайджана назвал объемы операций по обмену наличных в иностранной валюте (доллар, фунт стерлингов, евро и рубль) за июнь 2021 года.

    В прошедшем месяце банками была осуществлена покупка 128 456 800 долларов и продажа 76 732 000 долларов. По сравнению с аналогичным периодом 2020 года покупка долларов снизилась на 24,1%, а продажа – в 1,9 раза.

    За июнь банки купили 504 800 фунтов стерлингов, а продали – 640 900, что больше на 40,2% и 23% соответственно, чем в том же месяце прошлого года.

    В июне банки совершили покупку 6 225 000 евро и реализовали – 18 642 400. По сравнению с аналогичным периодом минувшего года покупки данной валютной единицы снизились на 3,1%, а продажи – выросли на 32,7%.

    В прошлом месяце банками было куплено 1 671 321 100 рублей, а продано 170 743 000, что означает рост на 24% и 1,2% соответственно по сравнению с июнем 2020 года.

    Отметим, что в июне 2021 года объемы приобретения банками доллара и евро у граждан снизились, тогда как в сравнении с июнем прошлого года объем продаж населением банкам российских рублей и фунтов стерлингов увеличился.

    Также по сравнению с аналогичным периодом прошлого года снизились объемы продажи долларов населению, но увеличились объемы закупки у банков трех других валют (рубля, евро и фунта стерлингов).

  • Azərbaycanda xarici valyutalara maraq səviyyəsi AÇIQLANDI: Dollara tələb kəskin azalıb – RƏSMİ

    2021-ci ilin iyun ayı ərzində xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

    Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

    Belə ki, 2021-ci ilin iyun ayında banklar tərəfindən 128 456 800 ABŞ dollarının alışı, 76 732 000 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 24,1 faiz, satışı isə 1,9 dəfə az olub.

    Bu dövr ərzində 504 800 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 640 900 funt sterlinq həcmində satış baş tutub. Bu valyuta vahidi üzrə alış ötən ilə nisbətən 40,2 faiz, satış isə 23 faiz çox olub.

    İyun ayında banklar tərəfindən 6 225 000 avro həcmində alış baş tutub. Dövr ərzində 18 642 400 dəyərdə avro satışı təmin edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 3,1 faiz azalıb, cari valyuta üzrə satış həcmi də 32,7 faiz artıb.

    Ötən ay ərzində 1 671 321 100 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 170 743 000 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 24 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin iyun ayı ilə müqayisədə 1,2 faiz çox olub.

    Qeyd edək ki, 2021-ci ilin iyun ayında dollar və avronun banklar tərəfindən alış həcmləri, yəni vətəndaşlar tərəfindən satışı azalıb. İllik müqayisədə Rusiya rublu və funt sterlinqin əhali tərəfindən banklara satış həcmi isə artıb.

    Həmçinin, ötən ilin eyni dövrünə nəzərən dolların banklar tərəfindən satışı və ya əhali tərəfindən alış həcmləri azalıb. Digər üç valyutanın (rubl, avro, funt sterlinq) əhali tərəfindən banklardan alış həcmləri isə artıb.

  • Государство взяло под опеку ребенка наркозависимой женщины

    Генеральная прокуратура провела расследование в связи с распространившимися в азербайджанском сегменте Сети видеокадрами, на которых женщина в центре Баку употребляет наркотики, оставив своего грудного ребенка на каменном бордюре.

    Об этом сообщили в надзорном ведомстве.

    Было установлено, что запечатленная на видео женщина – Ровшана Керимова занималась попрошайничеством. Выяснилось, что она наркозависимая и не имеет постоянного места жительства.

    В связи с этим была собрана соответствующая информация о Р.Керимовой и представлена в Комиссию по делам несовершеннолетних и защите их прав.

    Ребенка поместили в детское госучреждение.

    Для обеспечения безопасности ребенка Генпрокуратура подала гражданский иск в соответствующий районный суд об ограничении родительских прав Р.Керимовой.

  • Bakıda narkoman ananın körpəsini dövlət himayəyə götürdü – RƏSMİ

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin özünün “Instagram” sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb.

    Prokurorluqdan bildirilib ki, araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, tüfeyli həyat tərzi keçirməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib.

    Qeyd olunan səbəblərə görə onun barəsində müvafiq məlumatlar toplanılaraq aidiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təqdim olunub.

    Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb.

    Mövcud vəziyyətdə uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq tərəfindən aidiyyəti rayon məhkəməsinə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırılıb.

  • Arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

    İyulun 24-ü saat 11:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

    Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.