Month: July 2021

  • Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq

    Bərbərxana və gözəllik salonlarına giriş üçün müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib.

    Dəyişikliyə əsasən əsasən sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

    Bu qərar bərbərxana və gözəllik salonlarına aid deyil. Yəni, bu obyektlərə daxil olan müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.

    Qeyd edək ki, ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

    Qərar əsasən isə bərbərxana və gözəllik salonlarında çalışan şəxslərin 1 sentyabrdan azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur

  • Dövlət Dəniz Agentliyi təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edib

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

    Bu barədə Agentlikdən məlumat verilib.

    Məlumatda deyilir ki, bu gün axşam saatlarından başlayaraq Xəzər dəniz akvatoriyasında Şimal-Qərb, Şimal küləyi 13-18, arabir 20-23 m/s, sonrakı inkişafda isə 25-30 m/s-dək güclənəcək. Dalğanın hündürlüyünün 3.0-5.5 metrə çatacağı proqnozlaşdırılır. İyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.

    Bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

    Bununla yanaşı, hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin olunur. Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra da onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz olaraq nəzarətdə saxlanılır.

    Hava şəraitinə uyğun olaraq Milli Mərkəz gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görür.

    Bu gün, həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Sahilboyu ərazilərdə naviqasiya və rabitə stansiyaları tam gücü ilə çalışır.

    Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nəzarət etdiyi ərazidə mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft Şirkəti və BP şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

  • İlham Əliyev Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu olduğu vurğulanıb.

    Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

    Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

  • В Азербайджане за минувшие сутки выявлены 272 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 272 новых случая инфицирования коронавирусом, 80 человек вылечились и были выписаны домой.

    Об этом 26 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались три человека.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 340 715 человек, 5 009 – скончались, 332 136 – вылечились, 3 570 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 980 697 тестов на COVID-19 (за последние 24 часа – 5 616).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 340 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3570 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616, ötən müddət ərzində isə ümumilikdə 3 980 697 test aparılıb.

  • Rusiyada yaşayan azərbaycanlı bloqerə hökm oxundu

    Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqer Hüseyn Həsənov 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.

    Bu barədə BAZA “Telegram” kanalı xəbər verib.

    Bundan başqa o, 30 min rubl (təxminən 690 manat) cərimə ödəməlidir.

    Xatırladaq ki, iyulun 7-də polislər tərəfindən saxlanılan H.Həsənov tibbi müayinədən keçməkdən imtina etdiyi üçün, ona qarşı inzibati iş qaldırılmışdı.

    Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı bloqerin 17,1 milyon “Instagram” izləyicisi və 1,38 milyon “YouTube” abunəçisi var.

  • Президент Ильхам Алиев утвердил изменения в ряд законов

    Утверждены изменения в законы Азербайджана “О земельном рынке”, “О международном частном праве”, “О государственных закупках”, “Об особых экономических зонах”, “Об обеспечении единства измерений” и “Об аккредитации в области оценки соответствия”.

    Соответствующий закон подписал Президент Ильхам Алиев.

    Документ подписан в связи с исполнением закона “Об Алятской свободной экономической зоне”.

  • Prezident bir sıra qanunlara dəyişiklik etdi

    “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun imzalayıb.

    Sənəd “Ələt azad iqtisadi zonası haqqında” qanunun icrası ilə əlaqədar imzalanıb.

    Həmin sənədlə buradan tanış ola bilərsiniz.

  • Президент Ильхам Алиев утвердил изменения в ряд законов

    Утверждены изменения в законы Азербайджана “О земельном рынке”, “О международном частном праве”, “О государственных закупках”, “Об особых экономических зонах”, “Об обеспечении единства измерений” и “Об аккредитации в области оценки соответствия”.

    Соответствующий закон подписал Президент Ильхам Алиев.

    Документ подписан в связи с исполнением закона “Об Алятской свободной экономической зоне”.

  • Prezident bir sıra qanunlara dəyişiklik etdi

    “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun imzalayıb.

    Sənəd “Ələt azad iqtisadi zonası haqqında” qanunun icrası ilə əlaqədar imzalanıb.

    Həmin sənədlə buradan tanış ola bilərsiniz.