Month: July 2021

  • Названо число получивших в июне соцпособия и пенсии

    В июне текущего года в Азербайджане около 697 000 человек получили ежемесячные социальные пособия и пенсии.

    Об этом сообщили в Государственном фонде соцзащиты при Министерстве труда и социальной защиты.

    Согласно данным, из них около 400 000 человек получили соцпособия, а проядка 297 тысяч – пенсии.

  • İyunda sosial müavinət və təqaüd alanların sayı AÇIQLANDI

    İyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı məlum olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

    Bildirilib ki, 2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub.

    Onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.

  • Polis Şəkidə əməliyyat keçirdi: Keçmiş məhkumdan “patı” götürüldü – FOTO + VİDEO

    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Tural Cabbarov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun “Dərə hamamı” kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman oradan 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

    Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Cabbarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

  • Abşeronda birmərtəbəli ev yanaraq külə dönüb

    Abşeron rayonunun Atyalı qəsəbəsində ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Генпрокуратура распространила заявление об убийстве на свадьбе в Дашкесанском районе

    25 июля в прокуратуру Дашкесанского района поступила информация об убийстве местного жителя Эльданиза Намазова (1998 г.р).

    Об этом сообщает пресс-служба надзорного ведомства.

    В ходе расследования было установлено, что мужчину убил его знакомый Шакир Тагиев во время свадьбы на почве личного конфликта, ударив того ножом в область сердца.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    Ш.Тагиев задержан в качестве подозреваемого. Следствие продолжается.

  • Toyda tanışını bıçaqlayan şəxs barəsində RƏSMİ AÇIQLAMA

    İyulun 25-i saat 18:00 radələrində Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluq xəbər yayıb.

    Məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunan toyda iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

    Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq davam edir.

  • Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir

    COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, Bakı Şəhər Baş Polis İdarəsi və rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən reydlər paytaxtın bütün rayonlarını əhatə edib və son günlərdə daha da gücləndirilib.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

    Reydlərin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması, vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

    Rayonlarda yaradılmış operativ qruplar tərəfindən ticarət obyektlərində, Bakı şəhərində toy məclisi təşkil edilən şadlıq saraylarında, restoranlarda və digər qapalı yerlərdə yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir. Şadlıq evlərində keçirilən reydlər zamanı vətəndaşların və işçi personalının COVID-19 pasportu yoxlanılır, iştirak edən vətəndaşların sayı, insanların zalda yerləşdirilməsi zamanı sosial məsafənin qorunması və digər məsələlərə ciddi fikir verilir. Ticarət mərkəzlərində qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır.

    Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı operativ tədbirlər görülür, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.

    Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

  • Azərbaycanda anası ölən gənc xəstəxananın şüşələrini sındırdı

    Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.

    “Report” xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

    İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və qadın xəstəxanada dünyasını dəyişib.

    Sonra M.Zeynalov həkimlərin xəstəyə vaxtında müdaxilə etmədiyini əsas gətirərək xəstəxananın qapı və pəncərələrinin şüşəsini sındırıb.

    Artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Делегация правящей партии Турции посетила Аллею почетного захоронения в Баку – ФОТО

    Находящаяся с визитом в Баку делегация турецкой правящей Партии справедливости и развития (AKP), возглавляемая первым заместителем председателя партии, членом Великого национального собрания Турции Нуманом Куртулмушем, посетила Аллею почетного захоронения, где почтила память общенационального лидера Гейдара Алиева, возложила венок к его могиле.

    Как передает Report, также была почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой, возложены цветы на ее могилу.

  • AKP nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

    Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşun sədrliyi ilə AKP nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.

    “Report” xəbər verir ki, nümayəndə heyəti daha sonra Türk şəhidliyi abidəsində olublar.

    Orada Şərəf kitabının imzalanması da baş tutub. N.Kurtulmuş kitaba ürək sözlərini yazıb.

    Qeyd edək ki, N.Kurtulmuş və nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, eləcə də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri planlaşdırılır.