Month: July 2021

  • Ərəb koalisiyası husilərin PUA-sını məhv edib

    Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası “Ənsar Allah” Yəmən hərəkatının (husilər) minalanmış pilotsuz uçuş aparatını məhv edib.

    Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın bəyanatında deyilir.

    Məlumata əsasən, PUA Səudiyyə Ərbistanına məxsus ticarət gəmisi istiqamətində buraxılıbmış: “Husilərin Səudiyyə Ərəbistanının ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin qarşısı alınıb. <…> Babül-Məndəb boğazı istiqamətində gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün bütün lazımi tədbirlər görülür”.

  • Bakıda avtoqəza olub, yolda sıxlıq yaranıb – FOTO

    Bakının Sabunçu rayonu ərazisində, Böyük Şor şosesində yol qəzası baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    “Hazırda metronun “Koroğlu” stansiyasından Sabunçu yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq H.Əliyev prospektinin bu hissəsində baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb”, – deyə bildirilib.

  • Zəhərlənmisinizsə qatıq içməyin! – Ziyanları

    Azərbaycanda qida zəhərlənməsi zamanı “ilk yardım” məqsədi ilə bir çox hallarda xəstəyə qatıq verilir.

    Bu isə çox böyük səhvdir və xəstənin vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır.

    Median.Az saglamolun.az-a istinadən bunun səbəblərin izah edir.

    Zəhərlənmə adətən qusma və ishalla muşayiət olunur. Belə vəziyyətdə bağırsaqların peristaltikasını (hərəkətlilik) artıran qatıq ishalı daha da gücləndirəcək. Bu isə susuzlaşmanın riskini artırır. Zəhərlənmə zamanı məhz susuzlaşma ən təhlükəli fəsaddır ki, ağır hallarda hətta insanın ölümünə səbəb ola bilər.

    Digər səbəb. Zəhərlənmə zamanı bağırsaqların selikli qişaları zədələnir və qıcıqlanır. Qatıq isə turş məhsuldur və onun tərkibində olan turşular selikli qişanı daha da qıcıqlandıracaq.

    Zəhərlənmə zamanı düzgün ilk yardım necə olmalıdır?

    – Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.

    – Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.

    – Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Bu preparatlar bağırsaqlarda olan toksinləri özünə hopdurur və çölə çıxardır. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.

    – Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə regidron və ya oralit verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir. Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir.

    – Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz (!).

    – Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur.

  • Kimlərə yemiş yemək olmaz?

    Dietoloq Olqa Korableva qovunun fəsadlarından danışıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qovunun az kalorili olmasına baxmayaraq, həzmi çətin bir məhsul olduğunu bildirib.

    “100 qram məhsul təxminən 35 kilokaloridir. Qovun acqarına və ya meyvələr də daxil olmaqla digər qidalarla yeyilməməlidir, çünki bu qaz və ya ishala səbəb ola bilər. Ən yaxşısı yeməkdən sonra bir saat gözləyin və sonra yeyin”, – o, qeyd edib.

    Dietoloqun sözlərinə görə, qastrit, kəskin pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı), qastritin kəskinləşməsi olanların bu bostan bitkisindən uzaq durmasında fayda var. (publika.az)

  • Sumqayıtda 20 yaşlı gənc itkin düşüb – FOTO

    Sumqayıtda 2001-ci il təvəllüdlü Timur İsayev 12 gündür itkin düşüb.

    Bu barədə “Report”a onun anası məlumat verib.

    Məlumata görə, gənc iyulun 18-də səhər saat 7 radələrində evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. O, sonuncu dəfə 13-cü mikrorayon ərazisində görünüb. T.İsayevi görənlərdən və ya onun barəsində məlumatı olanlardan 077 302 81 54 nömrəli əlaqə telefonuna zəng etmələri xahiş olunur.

  • Salyanda 83 yaşlı qadın yol qəzasında xəsarət alıb

    Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin arxadan digər avtomobilə çırpılması nəticəsində Astara rayon sakini, 1938-ci il təvəllüdlü Səmədova Balanisə Eynəli qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

    O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Четыре человека получили ранения в результате стрельбы в Берлине

    Четыре человека получили огнестрельные ранения в пятницу в берлинском районе Вединг, полиция проводит спецоперацию, сообщает газета Berliner Zeitung, пишет РИА Новости.

    “Трое мужчин и одна женщина ранены. Детали пока неизвестны”, – пишет издание со ссылкой на спасателей.

    По информации издания, конфликт произошел на стоянке возле хозяйственного супермаркета, был произведен один выстрел. Преступнику удалось скрыться. Один человек получил ножевое ранение, другой – огнестрельное. Третий потерпевший получил травму головного мозга.

  • Berlində atışma: Yaralananlar var – YENİLƏNİB

    Berlindəki atışmanın müəyyən təfərrüatları məlum olub.

    Hadisənin süpermarket önündəki avtomobil dayanacağında baş verdiyi bildirilib. Zərərçəkən dörd nəfərdən üçünün ağır yaralandığı, hamısının xəstəxanaya çatdırıldığı qeyd edilib. Silahlı şəxs hadisə yerindən qaçaraq gizlənməyə müvəffəq olub.

    Polis cinayətkarın axtarışlarını davam etdirməklə yanaşı, onun motivlərini araşdırır.

    22:11

    Berlində atışma baş verib.

    Bu barədə TASS məlumat yayıb.

    Məlumata əsasən, hadisə avtomobil dayanacağında yaşanıb. İnsident nəticəsində dörd nəfərin yaralandığı bildirilib.

    Hazırda polis tərəfindən ərazidə xüsus əməliyyat keçirilir.

  • Bayraqla getdi, bayraqla qayıtdı – FOTO

    Onun qəlbində üçrəngli Azərbaycan bayrağına çox böyük məhəbbət var idi…

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, orta məktəbi bitirəndən sonra hərbi xidmətə yola salınması məclisində, hərbi komissarlığa yola düşəndə üçrəngli Azərbaycan bayrağına bürünməsi də Turalın bayrağa olan sevgisinin ifadəsi idi.

    Onun bir sevgisi də doğma Laçınla bağlı idi. Xırdalanda dünyaya göz açsa da, əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural kiçik qardaşı Mehdini həmişə Azərbaycan xəritəsinin qarşısına gətirər, Qarabağı, Laçının yerləşdiyi ərazini göstərər, həmin ərazilərin tezliklə geri qayıdacağını söyləyərdi. Nənəsi Gülbəsə “Laçını azad edib səni doğma yurduna aparacağam”, – deyirdi.

    “Niyyətin hara, mənzilin ora”, – deyiblər. Vətən müharibəsi başlayanda Tural on bir ay idi ki, hərbi xidmətdə idi. O, sentyabrın 27-dən haqq savaşının ən ön sıralarında erməni yaraqlılarının torpağımızdan qovulub çıxarılması əməliyyatlarında iştirak edir. Onunla bir yerdə olan yoldaşlarının dediyinə görə, Tural çox böyük mərdlik və cəsarətlə döyüşürdü. Hissədə hamı onu qorxmaz və igid bir döyüşçü kimi tanıyır. Təəssüf ki, Vətən və bayraq sevdalısı olan cəsur əsgərin döyüş yolu oktyabrın 1-də Suqovuşan uğrunda qırılır. Laçını görmədən əbədiyyətə qovuşub.

    Xırdalan şəhərində yerləşən Laçın rayon 45 saylı orta məktəbin məzunu olan Tural Rəhimli haqqında istər orta məktəb, istərsə də əsgər yoldaşları ən xoş xatirələr söyləyirlər. O, doğma torpağı azğın düşməndən təmizləmək üçün hər şeyə hazır idi və bunu heç kəsdən, hətta anasından da gizlətməyib. Müharibə başlayandan sonra anası Süsənlə telefon danışığında “Şəhid olsam, ağlamayın”, – demişdi.

    Şəhidlik zirvəsinə oktyabrın 1-də qovuşdu. Suqovuşan uğrunda döyüşdə onun da qanı canından çox sevdiyi Vətən torpağına qarışdı. Bürünüb hərbi xidmətə getdiyi Azərbaycan bayrağına bürünərək qayıtdı. Onu Xırdalan qəbiristanlığında torpağa tapşırdılar.

    Tural Rəhimov döyüş meydanında göstərdiyi igidliyə görə ” Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsi uğrunda” medallarına layiq görülüb.

    Laçının azad olunduğunu görməsə də, doğma yurda ayaq basa bilməsə də, müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına işğal altında olan rayon öz sakinlərinə qovuşdu.

  • Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

    Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əlavəsidir. Onun tərkibində karbon, hidrogen, oksigen və kükürd kimi təbii birləşmələr var. Həmin qida vasitəsi orqanizmdəki enerjini təmin edir, hüceyrələrə və bədəndəki əzələlərə təsir göstərir.

    Median.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, proteinin miqdarı hər orqanizmə görə fərqlidir. Protein normada qəbul edilməlidir ki, əks təsirləri olmasın: “Ümumi standartlara uyğun götürsək, hər kiloqram bədən çəkisinə görə 1-1,5 qram zülal qəbul etmək lazımdır. Ancaq bəzən idmançılar, fiziki işlə məşğul olanlar, ağır işdə çalışanlar hər kiloqram bədən çəkisinə görə 2 qram zülal qəbul edə bilərlər. Bu halda onlar artıq orqanizmin faydalı zülal miqdarını təmin etmiş olurlar”.

    Bəzi idmançılar təbii deyil, süni, yəni toz halında olan proteinlərdən istifadə edirlər. Mütəxəssislər belə qidaların mənfi təsiri olmadığını deyirlər. Hətta mədə əməliyyatı olanlara və yaxşı qidalanmayanlara protein tozunu məsləhət görürlər. Ancaq söhbət tam keyfiyyətli və sertifikatlı qida əlavələrindən gedir. Mütəxəssis deyib: “Bu zaman çox diqqətli olmaq lazımdır, çünki onların əksər hissəsinin tərkibində soya tərkibli geni dəyişdirilmiş zülallardan istifadə olunur və onlar orqanizmdə demək olar ki, mənimsənilmir. Müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükələrə səbəb ola bilər. Eyni zamanda, qidalarla da zülal miqdarının çox qəbul olunması sağlamlıq üçün zərərli ola bilər”.

    Doğrudur, qəbul edilən proteinlə lazımi maddələri əldə etmək mümkündür, lakin unutmaq olmaz ki, arzu edilən bədən quruluşuna sahib olmaq düzgün qidalanmadan və məşqin keyfiyyətindən də asılıdır.