Month: July 2021

  • Spiral formalı avtobus dayanacağı – FOTO

    Yaponiyanın “Sou Fujimoto” studiyasının memarları tərəfindən spiral formalı pilləkənə malik nazik polad çubuqlar üzərində avtobus dayanacağının dizaynı yaradılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu orijinal layihənin memarları bununla da insanların ətrafdakı mənzərədən zövq ala biləcəyi bir avtobus dayanacağını dizayn etmək istəyiblər. Avtobus gözləyən hər kəs spiral pilləkənlərlə qalxaraq kəndin gözəl mənzərəsini seyr edə bilər.

  • В Турции в ходе борьбы с лесными пожарами локализовали 70 из 81 очага возгорания

    Турецкие пожарные, которые ведут борьбу с бушующими в республике лесными пожарами, смогли локализовать 70 из 81 очага возгорания.

    Как передает Report со ссылкой на ТАСС, такие обновленные данные привел в пятницу министр сельского и лесного хозяйства страны Бекир Пакдемирли.

    “В настоящее время 70 из 81 очага возгорания локализованы. Борьба с пожарами продолжается в Адане, Анталье, Измире, Мерсине, Мугле”, – написал он в Twitter.

  • Türkiyədə 81 yanğın ocağından 70-i lokallaşdırılıb

    Türkiyənin yanğınsöndürənləri 81 yanğın ocağından 70-i lokallaşdıra biliblər.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

    “Hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb. Adanada, Antalyada, İzmirdə, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir”, – deyə o, özünün tvitterdəki hesabında yazıb.

  • Avtomobilin qapısı açıldı, azyaşlı oğlan avtomobil yoluna yıxıldı – ANBAAN VİDEO

    Meksikanın Zakatekas şəhərində ailəsi ilə birlikdə avtomobildə olan azyaşlı nəqliyyat vasitəsinin arxa qapısının açılması nəticəsində yola yıxılıb.

    “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisənin videosu ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

    Yolda nəqliyyat vasitələrinin intensiv hərəkət etməsinə baxmayaraq azyaşlı xəsarət almayıb və ayağa qalxaraq valideyninə tərəf qaçıb.

  • Türkiyənin turizmdən gəlirləri üç milyard dolları ötüb

    İlin ilk altı ayı ərzində Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 3 milyard 628 milyon dollar təşkil edib.

    Bu barədə “Anadolu” agentliyi ölkənin statistika idarəsinə istinadən məlumat yayıb.

    Məlumata əsasən, gəlirlərin 73.1%-i xarici vətəndaşlar, 26.9%-i isə xarici ölkələrdən gələn Türkiyə vətəndaşlarının hesabına əldə olunub.

    Turistlərin adambaşına düşən ortalama xərcləri isə 57 dollar təşkil edib.

  • Pakistanın sabiq diplomatının qızının qətli bəzi ölkələrdə etirazlara səbəb olub

    İslamabadda Pakistanın sabiq diplomatının qızının meyiti tapılıb.

    Bu barədə “Reuters” bildirib.

    Qeyd edilir ki, 27 yaşlı Nur Mukadamın qətlində onun dostu, ABŞ vətəndaşı və Pakistanın ən zəngin ailələrindən birinin üzvü Zahir Caffer ittiham olunur.

    İstintaqın məlumatına görə, kişi qızı aldadaraq evinə çağırıb, onu orada iki gün saxlayıb, sonra isə amansızlıqla qətlə yetirib.

    Pakistanın keçmiş səfirinin qızının ölümü Pakistanda, Cənubi Koreyada, Kanadada və ABŞ-da ictimai rezonans doğurub və kütləvi etirazlara səbəb olub.

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə iyunun 30-na olan koronavirus statistikası açıqlanıb.

    “Haber Global”ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 22 mini ötüb.

    Məlumata əsasən, son 24 saat ərzində 256 440 nəfərin COVID-19 testi yoxlanılıb. Günlük yeni yoluxma sayı 22 161 nəfər təşkil edib.

    Həmçinin, sutka ərzində 69 nəfər koronavirusun qurbanı olub.

    Bununla yanaşı, son 24 saatda ölümcül virusdan 5752 nəfər sağalıb.

  • Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin olunub

    Ukrayna Silahlı Qüvvələrinin tibbi qüvvələr komandanı vəzifəsinə Tatyana Ostaşenko təyin olunub.

    Müdafiə naziri Andriy Taran bu barədə məlumat verərək tarixdə ilk dəfə ölkə ordusunda bir qadının komandan təyin olunduğunu qeyd edib.

    “Yeni sistemə əsaslanan silahlı qüvvələr yaradılması istiqamətində irəliləyirik. NATO prinsiplərinə uyğun aparılan islahatlar sayəsində artıq qadınlar da kişilərlə bərabər hərbi xidmət keçmək imkanı qazanıblar” – deyə nazir vurğulayıb.

  • Azərbaycanın 187 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

    Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

    AQTA-dan verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor” tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

    Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.

  • Будут ли допущены зрители на матчи Премьер-лиги Азербайджана?

    Ассоциация футбольных федераций Азербайджана (АФФА) обратится в Оперативный штаб при Кабинете Министров по вопросу допуска болельщиков на матчи Премьер-лиги.

    Об этом сказал президент Профессиональной футбольной лиги (ПФЛ) Рамин Мусаев после жеребьевки чемпионата страны по футболу.

    «Исполнительный вице-президент АФФА Эльхан Мамедов обратился в Оперативный штаб в связи с проведением игр еврокубка. Было согласовано, что на стадион будет допущено 50% зрителей.

    Что касается Премьер-лиги, то этот вопрос будет уточнен за неделю до старта чемпионата. Мы обратимся в Оперативный штаб, если число случаев заражений не увеличится, думаю, нам дадут разрешение», – сказал он.

    Отметим, что азербайджанская Премьер-лига стартует 14 августа.