Month: July 2021

  • Nazirlik polisi bıçaqlayan şəxs barədə məlumat yayıb

    Biləsuvar rayonunda polis əməkdaşı sərxoş şəxs tərəfindən bıçaqlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, iyulun 30-da rayon ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov sərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədib.

    O, Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

    Bununla əlaqədar S.Yaqubov saxlanılıb.

  • Президент Ильхам Алиев поздравил главу Швейцарии

    Президент Азербайджана Ильхам Алиев 31 июля направил Президенту Швейцарии Ги Пармелену поздравительное письмо.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin milli bayramı münasibətilə Konfederasiyanın Prezidenti Qi Parmöləni təbrik edib.

    AZƏRTAC xəbər verir ki, milli bayram münasibətilə İsveçrə Prezidentini və xalqını şəxsən öz adından və xalqımızın adından təbrik edən dövlətimizin başçısı bildirib:

    “İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik”.

    Prezident İlham Əliyev isveçrəli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, İsveçrə Konfederasiyasına isə daim firavanlıq arzulayıb.

  • Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi

    “Azərbaycandakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan əsgərinə, ordusuna necə kömək etdiyinin şahidi oldum. Azərbaycandakı qardaşlarımızla fəxr edirəm. Biz “Bir millət, iki dövlət”ik və xüsusiyyətlərimiz də birdir”.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    “Yanğın zamanında olduğu kimi, həmişə yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə, nazirlərinə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Əvvəlcə qardaşım Ceyhun mənimlə əlaqə saxladı. Daha sonra fövqəladə hallar naziri Kəmələddin Heydərov mənə zəng etdi və cənab Prezidentin tapşırığı ilə əlaqə saxladığını bildirdi. O, Türkiyəyə yardım göndərmək istədiyini söylədi. Həmin vaxt həyat yoldaşım və meşəçilik naziri yanımda idi. Biz də təşəkkürümüzü bildirdik. Telefon zəngindən sonra Azərbaycandan 100-dən çox yanğınsöndürən göndərildi. Bu çətin günlərdə qardaşlarımızın bizi düşünməsindən məmnun qaldıq. Bir daha təşəkkürümüzü bildiririk” – XİN başçısı deyib.

  • Nazir polis rəisini vəzifəsindən azad etdi

    Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Sənani Məmmədov vəzifəsindən azad edilib.

    Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Nazirin digər əmri ilə, S.Məmmədov Kəpəz rayonunda sahə rəisi təyin edilib.

    Vilayət Eyvazovun əmri ilə polis kapitanı Elnur Məmmədov Kəpəz rayon polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

    ///Oxu.Az

  • Baş Prokuror polisi döyən deputatla bağlı Milli Məclisə təqdimat göndərdi

    Baş prokuror Kamran Əliyev polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib.

    Təqdimata parlamentin avqustun 3-də keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında baxılacaq.

    Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

    Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

    Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında deputat E.Səlimovla bağlı məsələyə baxılacaq.

  • Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

    Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.

    “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.

    O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: “Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.

    Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

  • Bakıda qadın sürücü sərxoş halda qəza törətdi

    Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, yol qəzası Füzuli küçəsində baş verib.

    Aqil Abbasov idarə etdiyi “Raven” markalı avtomobillə hərəkətdə olan zaman onun qarşısına xanım sürücünün idarə etdiyi “Chevrolet” markalı avtomobil çıxıb və qəza baş verib.

    Sürücü A.Abbasovun bildirdiyinə görə, “Chevrolet” qəfildən onun yoluna çıxıb. Xanım sürücünün sərxoş olduğu deyilir. Onun sərnişinlərindən biri xəsarət aldığı üçün əraziyə Təcili Tibbi Yardım Xidməti çağırılıb, sərnişinə ilkin tibbi yardım göstərilib.

    Fakt Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

  • ÜST: Dünyada koronavirusa yoluxanların sayı 196,5 milyon nəfəri ötüb

    Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 196,5 milyonu ötüb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.

    Məlumata görə, dünyada COVID-19-a 196 553 009 yoluxma aşkarlanıb. Son sutkada daha 623 707 nəfərin koronavirusa yoluxması məlum olub.

    Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 200 412 nəfərə çatıb.

    Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi – SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

    Qeyd edək ki, iyulun 23-də Xalq artistinin 80 yaşı tamam olub.