Month: August 2021

  • Avropa İttifaqı koronavirusla əlaqədar ABŞ-dan girişi məhdudlaşdırıb

    Avropa İttifaqı koronavirusa yoluxma hallarının artması səbəbindən pisləşən epidemioloji vəziyyətlə əlaqədar olaraq ABŞ da daxil olmaqla 5 ölkədən girişə məhdudiyyəti qüvvədə saxlayıb.

    “Avropa İttifaqı Şurası səyahət məhdudiyyətlərinin ləğv edilməli olduğu ölkələrin siyahısını yeniləyib. İsrail, Kosovo, Livan, Monteneqro, Şimali Makedoniya və ABŞ bu siyahıdan çıxarılıb”, – sənəddə deyilir.

    Buna qədər 23 dövlət bu siyahıda yer alırdı.

  • Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vurulub

    Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Oqtay Güləli oğlu Güləliyevin xatirəsi əbədiləşdirilib.

    Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində şəhidin döyüş yoldaşları tərəfindən ictimailəşdirilib.

    Belə ki, Hoçaz kəndinin yaxınlığında yerləşən qayaların birinə Oqtay Güləli oğlu Güləliyevin xatirə lövhəsi vurulub.

    Məlumat üçün qeyd edək ki, Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub.

    1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.

    Laçın polisində işlədiyi vaxt Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.

    Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq cəbhəyə qayıdıb.

    Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb.

    11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş Oqtay Güləliyevin son döyüşü oldu.

    Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

    Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

  • Səbinə Əliyeva dünya ictimaiyyətinə videomüraciət göndərib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar videomüraciət yayıb.

    Median.Az müraciətin mətnini təqdim edir:

    “BMT Baş Assambleyasının Qətnaməsi əsasında 2011-ci ildən qeyd edilən bu günün əsas məqsədi dünyada minlərlə itkin düşmüş, müharibə meydanında həlak olmuş naməlum şəxslərin, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli şəkildə öldürülmüş, yaşamaq, azadlıq kimi təbii hüquqları, ümumilikdə insan hüquqları pozulmuş şəxslərin xatirəsini yad etməkdir.

    Dünyada baş verən müharibələr zamanı itkin düşmüş şəxslərin dəqiq sayını obyektiv səbəblərlə əlaqədar göstərmək mümkün deyil, lakin tam əminliklə qeyd etmək olar ki, hazırda bu qəbildən olan insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır.
    Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü nəticəsində bizim də itkin düşmüş çoxsaylı soydaşlarımız vardır. Təbii ki, onların ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Bu onların hüququdur!

    Son məlumata görə Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır.

    İtkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilmişdir.

    Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir.

    Təkzibedilməz faktlardan biri isə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1998 və 2001-ci illərdə Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş məktublarda adı keçən 54 azərbaycanlı ilə bağlıdır.

    Həmin materiallara əsasən Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan Respublikasında və bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılmış, aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir.

    Eləcə də Ermənistan hərbçilərinin Azərbaycanın Xocalı şəhərini işğal etdikləri zaman qətlə yetirdikləri 613 Xocalı sakinindən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri isə müxtəlif yaş hədlərində olan qadınlardır. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfərin aldıqları ağır bədən xəsarətləri səbəbindən əlilliyi müəyyən olmuşdur ki, onlardan da 76-sı uşaqdır.
    Hazırda 196 nəfər Xocalı sakini, o cümlədən 13 nəfəri qız olmaqla 36 uşaq və 20 nəfəri ahıl olmaqla 65 qadın itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın əsir-girovluğundan qurtulmuş insanların verdiyi ifadələr və jurnalist müsahibələri Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif tərkibli cinayətlərin, o cümlədən müharibə cinayətlərinin törədildiyini təsdiq edir.

    Yüzlərlə azərbaycanlıya əsir və girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrlə aldığı ağır xəsarətlər nəticəsində sağlamlığını itirməsi səbəbindən ömürlük əlillik dərəcəsi təyin olunmuşdur. Bu gün də onlar fiziki və ya psixi sağlamlıqla bağlı problemlərdən əziyyət çəkirlər.

    Ermənistan siyasi və hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında atəşkəs elan olunduğu sonrakı illərdə də qeyri-qanuni olaraq azərbaycanlı mülki şəxsləri girov götürərək həbs etmişdir ki, bu da açıq-aşkar dinc azərbaycanlılara qarşı nifrət siyasətinin həyata keçirildiyini sübut edir.
    Müxtəlif sosial şəbəkələrdə yayılan videolardan və Ermənistan hərbçilərinin etiraflarından aydın olur ki, onlar xüsusi nifrət hissi ilə insanlıqdan kənar şəkildə həlak olmuş azərbaycanlı hərbçilərin nəşini alçaldıcı formada aşağılamış və bu kimi halları paylaşmaqla gərginlik yaratmağa çalışmışlar. Yaralanaraq əsir düşən azərbaycanlı hərbçilərin şəxsiyyətlərinin alçaldılması, işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qoyulması, habelə yaralı əsgərlərin öldürülməsi, kütləvi dəfn faktları yayılan video və foto görüntülərdə öz əksini tapmışdır.

    Qeyd edim ki, Azərbaycan Ombudsman təsisatı olaraq, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi dövründə hərbi əsirlərin vəziyyəti və onların qaytarılması ilə bağlı məsələləri daim diqqətdə saxladıq.
    Ombudsman olaraq, həmin vaxt erməni əsilli hərbi əsirlərlə görüşərək erməni dilində öz hüquqları barədə kitabçaları onlara təqdim etməklə fərdi şəkildə qəbul edərək vəziyyətləri ilə maraqlanmışam. Həmin hərbi əsirlər öz növbələrində yaradılan şəraitdən razı qaldıqlarını təsdiq etmişlər. Onların hər biri öz ölkəsinə qaytarılmışdır.

    Göründüyü kimi, müharibə dövründə Ermənistan tərəfinin azərbaycanlı hərbi əsirlərə qarşı nümayiş etdirdiyi münasibətdən fərqli olaraq, Azərbaycanda erməni əsilli hərbi əsirlərin müharibə zonasından təxliyə edilməsi, yaralı hərbçilərin müalicə üçün xəstəxanalara yerləşdirilməsi və sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanmışdır.

    Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrin, eləcə də Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 nəfər hərbi qulluqçumuzun taleyi, habelə kütləvi dəfnlər həyata keçirdiyi yerlər barədə məlumat vermir.

    Beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozan Ermənistan istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılması sahəsində əməllərindən geri çəkilmir.

    İtkin düşmüş şəxslər barədə ailə üzvlərinə verilməyən məlumatlar həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqla təsbit edilmiş “ailə həyatına hörmət” prisipinin kobudcasına pozulmasıdır. Buraya ölmüş şəxslər barəsində məlumatlar da daxildir.

    “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasına əsasən münaqişənin hər bir tərəfi müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərinin bir-biri ilə əlaqə yaratmasına və əgər mümkündürsə, görüşmək üçün apardıqları axtarışa kömək göstərməlidir.

    Beynəlxalq humanitar və adət hüququnun təməl prinsipi hesab edilən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən münaqişə tərəfləri qarşı tərəfin itkin elan etdiyi şəxsləri axtarmağa yardım etmək öhdəliyini daşıyır.

    BMT-nin Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, BMT-nin İnsan Hüquqları Komissiyasının 2002-ci ildə qəbul etdiyi müvafiq Qətnamədə silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsi bir öhdəlik olaraq nəzərdə tutulmuşdur.
    Azərbaycan Ombudsmanı olaraq, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlamaqla, onlara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hallarının aradan qaldırılması, xüsusilə də azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində də fəaliyyətimizi davam etdiririk.

    Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı tərəfimizdən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara fərdi şəkildə müraciətlər ünvanlanmışdır.

    Tarixi torpaqlarının 20 faizindən çoxu 30 ilə yaxın bir dövrdə Ermənistanın işğalı altında qalmış, bir milyondan çox vətəndaşı uzun illərdir ki, müxtəlif çətinliklərlə dolu qaçqın və məcburi köçkün həyatı yaşayan Azərbaycan Respublikası bu gün də ədalətsiz və əsassız olaraq məruz qaldığı hərbi təxribatların acı nəticələrindən əziyyət çəkir.
    Ermənistan silahlı qüvvələri “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş, münaqişə tərəflərinin hərbi əməliyyatlar zamanı legitim və qeyri-legitim hədəfləri fərqləndirməsini və heç bir halda mülki şəxsləri və obyektləri hədəfə almamasını nəzərdə tutan “fərqləndirmə prinsipini” (principle of distinction) kobud şəkildə pozaraq, Azərbaycana məxsus mülki obyektləri və şəxsləri hədəfə almaqdan çəkinmir.

    Ermənistan tərəfindən üçtərəfli bəyanatın tələblərinə zidd olaraq, qanunsuz silahlı dəstələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hələ də çıxarılmaması, əksinə oraya daha da çox silahlı hərbi qüvvələrin və texnikaların yeridilməsi, diversant qruplar tərəfindən bu günədək müxtəlif təxribatyönümlü hərəkətlərin edilməsi regionda davamlı sülhün təmin olunmasına təhlükədir.

    Sonda müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar ötən illər ərzində əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın taleyi barədə düzgün məlumatların verilməsinə, hələ də sağ qalanların qaytarılmasına, həlak olanların cəsədlərinin qalıqlarının verilməsinə yardımçı olmağa çağırıram”.

  • Qırğızıstan və Tacikistan sərhədlərin 50 faizini razılaşdırıb

    Qırğızıstan və Tacikistan arasındakı sərhədlərin 50 faizi razılaşdırılıb.

    Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.

    O qeyd edib ki, Qırğızıstan həmçinin Özbəkistanla da sərhədlərin müəyyən edilməsi ilə bağlı danışıqları davam etdirir.

    “Bu kimi məsələlər qarşılıqlı hörmət prinsipi əsasında həll olunmalıdır”, – S.Japarov bildirib.

  • Putin vaksin olunduqdan sonrakı vəziyyəti haqqında danışıb

    Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinin qubernatoru İqor Rudenyanı qəbul edib.

    Görüşdə müxtəlif mövzular müzakirə edilib.

    Söhbət zamanı Putin vaksin olunduqdan sonra immuniteti və antitel yaranması barədə danışıb.

    “Məndə bununla bağlı bütün göstəricilər yaxşıdır”, – o qeyd edib.

  • Zaqatalada karantin qaydalarını pozan ev sahibi cərimələnib

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evdə təşkil edilən şənlik mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayonun Muxax kəndində Əşraf Abakarova məxsus evin həyətyanı sahəsində keçirilən mərasimdə 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

    Karantin qaydalarını pozan ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.

  • Belarusda “Müalicəvi Naftalan nefti” mövzusunda poçt markaları hazırlanıb

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən “Müalicəvi Naftalan nefti” mövzusuna həsr edilən poçt markaları bloku dövriyyəyə buraxılıb.

    Buraxılış 1 markadan ibarət poçt bloku şəklində hazırlanıb. Markanın ölçüsü 40,3×40,3 mm, vərəqin ölçüsü 52×69 millimetrdir. Poçt bloku 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

    Poçt markasının müəllifi rəssam Orxan Qarayevdir.

    Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

  • Prokurorluq məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıb

    Prokurorluq Göyçay rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

    Rayon Prokurorluğundan daxil olan məlumatda deyilir:

    “Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır”.

  • Южная Корея запустит лунный орбитальный аппарат

    Строительство первого южнокорейского космического аппарата по исследованию Луны будет завершено в октябре текущего года.

    Об этом сообщило в понедельник министерство науки и информационно-коммуникационных технологий страны.

    Как отмечается в пресс-релизе, запуск планируется произвести в августе следующего года. На орбитальный аппарат будет установлена высокоточная камера, разработанная Национальным управлением по аэронавтике и исследованию космического пространства США (NASA). Она на протяжении года будет собирать данные о поверхности Луны для поддержки программы Artemis, осуществляемой под руководством США.

    Весной 2019 года NASA анонсировало проект лунной программы Artemis, которая будет состоять из трех этапов. Первый из них (Artemis 1) предусматривает беспилотный полет установленного на ракету Space Launch System (SLS) корабля Orion вокруг Луны и его возвращение на Землю. Второй этап (Artemis 2) – облет естественного спутника Земли с экипажем на борту. На третьем этапе миссии (Artemis 3) NASA рассчитывает осуществить высадку астронавтов на Луну в 2024 году, а затем отправить их к Марсу ориентировочно в середине 2030-х годов.

    Южная Корея стала одиннадцатым участником программы “Артемида”, подписав соответствующее соглашение в мае 2021 года.

  • Cənubi Koreya kosmosa Ayı tədqiq edəcək orbital aparat göndərəcək

    Cənubi Koreyanın Ayı tədqiq edəcək ilk orbital aparatının hazırlanması oktyabr ayında tamamlanacaq.

    Bu barədə ölkənin Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

    Bildirilir ki, aparatın növbəti ilin avqust ayında kosmosa göndərilməsi planlaşdırılır. Orbital aparata NASA-nın hazırladığı yüksək dəqiqlikli kamera quraşdırılacaq. Aparat bir il ərzində ABŞ-ın “Artemis” proqramı üçün Ayın səthi haqqında məlumatlar toplayacaq.