Month: August 2021

  • Rentgen və KT müayinəsində şüa yükünə məruz qalma göstəricisi açıqlanıb

    “Asimptomatik COVID-19 xəstələrində radioloji müayinələrin skrininq test kimi tətbiqi rutin göstəriş sayılmır”.

    Bunu Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanova deyib.

    O bildirib ki, zəif (yüngül) simptomatika qrupunda olan COVID-19 xəstələrində xəstəliyin proqressivləşmə riski olmadığı hallarda radioloji müayinələrin aparılması göstəriş sayılmır: “COVID-19 orta və ağır qruplarında olan xəstələrdə onlarda aparılmış testlərin nəticələrindən asılı olmayaraq radioloji müayinələrin aparılması göstərişdir. Radioloji müayinələr COVID-19 xəstələrində respirator statusun pisləşdiyi hallarda göstəridir”.

    Kafedra müdiri qeyd edib ki, torakal KT müayinəsinin aparılmasına məhdudiyyətlər olduğu zaman və respirator statusun pisləşməsi KT müayinəsini tələb etmədikdə COVID-19 xəstələrində RQ müayinəsi aparıla bilər: “Döş qəfəsi RQ müayinəsinin vəziyyəti stabil olan intubasiya olunmuş xəstələrdə gündəlik aparılması göstəriş deyil. Koronavirus xəstələri sağaldıqdan sonra funksional çatışmazlıq və ya hipoksiya hallarında KT müayinəsinin aparılması göstərişdir. KT müayinəsində COVID-19 görüntüsünə səciyyəvi olan əlamətlərin təsadüfi aşkar edildiyi hallarda müvafiq testin aparılması göstərişdir”.

    “COVID-19 pnevmoniyasının diaqnostikasında və menecmentində radioloji müayinələrdə izlənilən əlamətlər yüksək informativ əhəmiyyətə malikdir. COVID-19 pnevmoniyasının əsas kriterisi daha yüksək tezlikdə aşkar edilən bilateral periferik fokal və ya multifokal buzlu şüşə görüntüsü hesab edilir. İlk 2 gün ərzində KT, 4-6 gün ərzində RQ müayinəsinin nəticələri neqativ ola bilər. KT müayinəsi PCR testin mənfi olduğu bəzi hallarda COVID-19 pnevmoniyasının mövcud olmasını göstərə bilər. Rentgenoqrafiya müayinəsinin həssaslığının aşağı olmasına baxmayaraq, hər bir xəstədə aparılması məsləhətdir və dinamik müşahidələrdə istifadəsi əlverişlidir.

    Əsas vacib məqam ondan ibarətdir ki, xəstələr test analizi pozitiv olan hallarda panikaya düşərək KT və ya rentgen müayinəsindən keçməyə israr edirlər. Bir daha qeyd etmək istəyirəm ki, panikaya düşmədən ev şəraitində respitarot status (saturasiya göstərici) dəyərləndirilsin və bu göstəricinin 93% və daha aşağı olan hallarında radioloji müayinələrdən keçmək məsləhətdir. Nəzərə almaq lazımdır ki, xəstə döş qəfisinin rentgen müayinəsində 0,1mZv (illik təbii şüalanma ilə müqayisədə 10 günlik), KT müayinəsində isə 6,1mZv ( illik təbii şüalanma ilə müqayisədə 2 illik) şüa yükünə məruz qalır” – deyə mütəxəssis əlavə edib.

  • Замглавы МИД: На освобожденных от оккупации территориях найдены массовые захоронения

    “На освобожденных от оккупации территориях обнаружены массовые захоронения. Сейчас ведутся исследования для идентификации обнаруженных останков”.

    Об этом заявил заместитель министра иностранных дел Азербайджана Эльнур Мамедов.

    По его словам, в этой связи Азербайджан тесно сотрудничает с международными организациями.

  • XİN başçısının müavini: “İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb”

    “İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb. Oradakı meyitlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır”.

    Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

    Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir.

  • Goranboyda it 3 yaşlı körpəyə xəsarət yetirib

    Goranboy rayonunda 3 yaşlı körpə itin hücumuna məruz qalıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nizami kəndində baş verib. İt 2018-ci il təvəllüdlü N.Fərəcovaya hücüm edərək, onu dişləyib.

    Azyaşlı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • İtaliya mətbuatında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılardan bəhs edən yazılar dərc edilib

    30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının itkin düşməsi mövzusu İtaliyanın kütləvi informasiya vasitələrinin diqqətində olub.

    İtaliyanın “Lo Spessore” analitik portalında Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri tədqiqatçı-jurnalist Domeniko Letisiyianın “Ermənistanla münaqişə zamanı itkin düşmüş azərbaycanlılar” sərlövhəli məqaləsi, habelə “KmetroO” və “Metro CT” xəbər portalları və “Agenzia Nova” xəbər agentliyi bu mövzuda Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən hazırlanmış press reliz əsasında “Beynəlxalq itkin düşmüş şəxslər günü, azərbaycanlıların harayı”, “Azərbaycanda itkin düşmüş şəxslər”, “Beynəlxalq itkin düşmüş şəxslər günü Azərbaycanın diqqətində” başlıqları altında yazılar dərc olunub.

    Məlumatlarda 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbayana qarşı hərbi təcavüzü nəticəsində azərbaycanlıların yoxa çıxması və itkin düşməsi faciəsinin başladığı və bu xüsusda qeyd olunan tarixin Azərbaycanda da anıldığı bildirilib. Qeyd olunub ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində itkin düşmüş 3890 azərbaycanlının aqibəti hələ də qeyri-məlumdur. Bildirilib ki, mülki şəxslərin tutulması və onlara qarşı pis rəftar edilməsi beynəlxalq humanitar huquq tərəfindən açıq şəkildə qadağan olunsa da, 267 azərbaycanlı mülki vətəndaş Ermənistan silahlı qüvvələri tərəfindən əsir-girov saxlanılmaqdadır. Yazılarda, həmçinin mülki girovların Ermənistan tərəfindən əsir götürülməsi və onların siyasi şantaj üçün vasitə kimi istifadə edilməsi qeyd olunub və erməni əsir və girovluğundan ümumilikdə 1102 azərbaycanlının azad edilməsi faktı erməni qurumları tərəfindən də bu faktın etirafı kimi qiymətləndirilib.

    Habelə yazılarda hal-hazırda çoxsaylı azərbaycanlı ailələrin itkin düşmüş qohumlarının taleyi ilə bağı beynəlxalq ictimaiyyətdən gözləntilərinin olduqları və Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı işgəncə verildiyinin çoxsaylı təşkilatlar tərəfindən təsdiqləndiyi qeyd olunub.

    Yazılarda insanlığa qarşı törədilmiş cinayətin qanlı nümunəsi kimi 25-26 fevral 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqrımın keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ciddi və dramatik hadisələrindən biri kimi yadda qaldığı vurğulanıb. Bu xüsusda, bildirilib ki, Ermənistan qoşunları tərəfindən həyata keçirilmiş bu soqyırım vaxtı 106 qadın olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. Hazırda 36 uşaq və 65 qadın olmaqla 196 Xocalı sakini əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (1 iyul 2021 -ci il tarixinə olan məlumata görə) itkin düşmüş kimi qeydiyyata alınıb. Bu xüsusda, 16 uşaq və 22 qadın olmaqla 196 nəfərdən 95-nin Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda girov götürüldüyü barədə məlumatların da olduğu diqqətə çatdırılıb.

  • Avropada qazın qiyməti 600 dolları keçib

    Avropada qazın qiyməti bazar ertəsi keçirilən ticarət zamanı min kubmetr üçün 600 ABŞ dolları və ya bir MVt/ssat üçün 49,26 avro həddini keçib.

    Bunu Londonun ICE birjasının məlumatları göstərir.

    Ötən həftə qazın hər min kubmetri təxminən 580 ABŞ dollarına bərabər olub. Ancaq bir neçə gün ərzində onun dəyəri təxminən 100 ABŞ dolları həcmində azalmışdı. Buna “Şimal axını-2” ilə qaz tədarükünün başladığı, daha sonra isə “Qazprom” şirkətinin artıq 2021-ci ildə “Şimal axını-2” vasitəsilə 5,6 milyard kubmetr qaz tədarük edə biləcəyi ilə bağlı yalan xəbərlər səbəb olmuşdu.

  • Yazıçılar Birliyinin növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək.

    APA-nın məlumatına görə, qurultayın Şuşada keçirilməsi təklifi ilə AYB sədri Anar çıxış edib.

    Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən Anar Prezident İlham Əliyevlə söhbətdə qurultayın oktyabr ayında Şuşada keçirilməsini istədiklərini bildirib.

    Prezident İlham Əliyev təklifi razılıqla qarşılayıb.

    Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini deyib.

    “Yaxşı olar. Yer də var burada keçirmək üçün”, – deyə Prezident qeyd edib.

    Anar dövlət başçısına minnətdarlığını bildirib.

    Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü keçirilib.

    Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.

  • Daha bir tanınmış idmançımız koronavirus səbəbindən Paralimpiya Oyunlarından kənarlaşdırıldı

    Azərbaycanı Paralimpiya Oyunlarında təmsil etməli olan taekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub.

    Bu səbəbdən dünya çempionumuz Paralimpiya Oyunlarında sentyabrın 4-də dayanq üzərinə çıxa bilməyəcək.

    Qeyd edək ki, daha əvvəl cüdoçumuz Ramil Qasımovun koronavirus testi pozitiv çıxdığından, güləşə bilməmişdi.

  • Türkiyə ordusu tərəfindən Suriyada daha 7 terrorçu zərərsizləşdirilib

    Türkiyə ordusu Suriyada daha 7 terrorçunu zərərsizləşdirib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

    “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 6, “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə isə 1 terrorçu olmaqla, ümumilikdə 7 PKK/YPG terrorçusunun məhv edildiyi bildirilib.

  • Çində yüz minlərlə insan daşqın zonasında qalıb

    Çinin şimal-qərbindəki Şaanxi əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 113 mindən çox insan fəlakət zonasında qalıb.

    Bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

    Məlumata görə, təxminən 172 mm yağıntının düşdüyü Ankanq şəhəri ərazisində çətin vəziyyət yaranıb. Sakinlərin kütləvi təxliyəsi davam edir. İndiyə qədər təxminən 24 min adam evakuasiya olunub.

    Çin hökuməti təbii fəlakətin vurduğu ziyanın miqyasını hələ müəyyənləşdirməyib. Polisin məlumatına görə, bəzi infrastruktur və əkin sahələrinə ziyan dəyib.

    Meteoroloqların proqnozlarına görə, sabah bölgədə güclü yağışlar gözlənilir.