Month: August 2021

  • 91 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb -VİDEO

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonu Mirimli kəndi ərazisində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunub.

    Araşdırma zamanı müəyyən edilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonunun ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi əldə etdiyi yüksək təsiredici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib.

    Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində həyata keçirdikləri digər əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını təşkil edən Mehran Musayev və tanışı Əli Mirzəyev saxlanılıb. Bu şəxslərin üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 132 qram heroin aşkar edilib. Həmçinin Mehran Musayevin idarə etdiyi avtomobilə baxış zamanı əlavə olaraq 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram psixotrop maddə olan metamfetamin və 200 ədəd metadon həbi aşkar olunub.

    Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Mehran Musayev Əli Mirzəyevlə birgə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən dəstənin digər üzvləri Beyləqan rayonunda saxlanılıblar. Əməliyyat zamanı Rövşən Quliyev və onunla birlikdə Vüsal Əhmədov, eləcə də Böyükağa Ağayev tutulublar. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Bu şəxslər ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə Beyləqan rayonu Qaradağlı kəndi ərasində qəbul etdiklərini bildiriblər. Tədbirin davamı olaraq Rövşən Quliyevin Beyləqan rayonu ərazisində yaşayan qohumunun evində gizlətdiyi əlavə 16 kiloqram 325 qram heroin, 2 kiloqram 515 qram marixuana və 1 kiloqram 280 qram psixotrop maddə olan metamfetamin aşkar olunub.

    Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Mehran Musayev, Əli Mirzəyev, Rövşən Quliyev, Vüsal Əhmədov və Böyükağa Ağayevdən ibarət dəstə üzvləri xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Onlar onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə həmin şəxslərin hesablarına köçürüblər.

    Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonları ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlilabad sakini Şamil Nuriyeva – Yasamal, Məhərrəm Fariqov – Səbail, Seyran Musayev isə Biləsuvar rayonu ərazisində tutulub. Onlardan ümumilikdə 1 kiloqram artıq heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 91 kiloqramdan artıq “kola” və “kakos” adlanan narkotik vasitə heroin və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 500 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

    Bir daha vətəndaşlara müraciət edərək bildirik ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təklif edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyə qədər müsbət cavan verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyyə edirik. Əks halda narkoruryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları Daxili İşlər Nazirliyinin istifadəsində olan ən son texnologiyalar vasitəsi ilə həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən ediləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 1 225 человек.

    768 из них получили первую дозу препарата, 457 – вторую.

    Об этом 30 августа сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день была введена 6 689 031 доза вакцины от COVID-19.

    При этом 4 043 744 человека получили первую дозу препарата, 2 645 287 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 225 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 689 031, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 043 744, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 645 287 təşkil edir.

  • В Азербайджане в отношении налогоплательщика возбуждено уголовное дело

    На основании информации в связи с нарушением карантинного режима, поступившей из Службы государственной инспекции труда при Министерстве труда и социальной защиты населения в Генеральную прокуратуру, было проведено расследование.

    Об этом говорится в совместном заявлении пресс-служб Генпрокуратуры и Минтруда.

    Следствием было установлено, что Шахид Байрамов, прошедший государственную регистрацию в качестве налогоплательщика в период ужесточенного карантинного режима и действия ограничений на свободное передвижение, в декабре 2020 года и январе 2021-го внес в подсистему Əmək Müqaviləsi Bildirişi (“Извещение о трудовом договоре”) на сайте Госинспекции труда данные свыше 90 лиц для обеспечения их передвижения по столице и пригородам. Тем самым он злоупотребил своими полномочиями в качестве должностного лица и создал реальную угрозу распространения заболевания.

    По данному факту возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 139-1.1 (нарушение противоэпидемического, санитарно-гигиенического или карантинного режима) УК АР. Расследование поручено Главному управлению по борьбе с коррупцией при генпрокуроре.

  • Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanılıb

    Karantin rejiminin pozulması barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

    Araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Bayramov Şahid Şahin oğlu vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil etmiş, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

    Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

    Hazırda iş üzrə ibtidai istintaq aparılır.

  • Вниманию пассажиров: изменена схема движения автобусного маршрута – ФОТО

    В связи с проведением ремонтно-строительных работ на улице Назима Исмайылова в Баку внесены временные изменения в схему движения автобусного маршрута № 66.

    Об этом сообщили в транспортном агентстве столицы.

    Согласно изменениям, временно маршрут будет пролегать по улицам Сакита Годжаева, Ахмеда Мехбалыева и Заура Шарифова.

  • Sərnişinlərin NƏZƏRİNƏ: Bir marşrut xəttinin hərəkət sxemi dəyişdirildi – FOTO

    Nazim İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.

    Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Dəyişikliyə əsasən, marşrutun hərəkət sxemi müvəqqəti olaraq Sakit Qocayev, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrindən keçməklə müəyyən edilib.

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончались 39 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 107 новых случаев инфицирования коронавирусом, 1 770 человек вылечились и были выписаны домой.

    Об этом 30 августа сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 39 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 421 103 человека, 5 592 – скончались, 362 898 – вылечились, 52 613 – продолжают лечение.

    В республике проведено 4 442 244 теста на COVID-19 (за последние 24 часа – 11 191).

  • Azərbaycanda son sutkada 39 nəfər koronavirusdan öldü: 3107 yeni yoluxma – FOTO

    Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, ötən müddət ərzində isə ümumilikdə 4 442 244 test aparılıb.

  • В Баку задержан мужчина, подозреваемый в нападении на женщину на автобусной остановке – ВИДЕО

    Жительница поселка Бина Хазарского района сообщила в службу 102 МВД, что 27 августа на автобусной остановке на нее напал незнакомый мужчина. Он нанес ей различные телесные травмы, пытаясь украсть сумку, из которой в тот момент выпал кошелек. Злоумышленник схватил его и покинул место происшествия. По словам женщины, в кошелке было 60 манатов, документы ее детей и зарплатная карта.

    Как сообщили в МВД, инцидент попал на камеры наблюдения, расположенные на той территории.

    В результате проведенных сотрудниками 3-го отделения Хазарского РУП мероприятий был задержан ранее судимый Теймур Мирзоев, подозреваемый в совершении преступления. В своих показаниях он признался в содеянном.

    Собранные по данному факту материалы направлены в следственный отдел Хазарского РУП. В отношении Т.Мирзоева возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса АР.

    Не исключается причастность Т.Мирзоева к другим аналогичным преступлениям. Тех, кто стал жертвой его противоправных действий, просят обратиться в кол-центр МВД 102 или позвонить в местный отдел полиции.