Month: August 2021

  • МВД: За нарушение правил проведения свадеб оштрафованы 68 человек

    6 августа представители МВД, Агентства продовольственной безопасности и Государственной налоговой службы при Министерстве экономики Азербайджана провели мониторинг 302 свадебных торжеств в Баку и на территории республики.

    Как сообщили в МВД, проверки охватили свадьбы, проведенные в 242 домах торжеств и во дворах 60 частных домов.

    По итогам мониторинга за нарушение правил особого карантинного режима при проведении свадебных торжеств 68 человек были оштрафованы по статье 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Кодекса об административных проступках.

    Материалы в отношении одного человека переданы на рассмотрение в суд.

    Кроме того, 2 397 человек не были допущены на торжества из-за отсутствия паспорта COVID-19.

  • DİN: Ötən gün 2 300-dən çox şəxs COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

    Avqustun 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    – 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    – 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

    – 2 397 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • В Баку компанию оштрафовали за незаконную вырубку деревьев – ОФИЦИАЛЬНО

    Расследована жалоба, поступившая в Государственную службу экологической безопасности, по поводу вырубки деревьев на улице Магсуда Ализаде, 17 в Баку.

    Об этом сообщил представитель службы Вагиф Джавадов.

    По его словам, деревья были вырублены ООО Azenteroil в ходе строительства жилого дома.

    “По данному факту в отношении указанной компании составлен акт и протокол, собранные документы направлены в Наримановский районный суд для взыскания штрафа с компании как юридического лица”, – добавил В.Джавадов.

  • Bakıda ağacları məhv edən şirkət cəzalandırıldı – RƏSMİ

    Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

    Bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

    O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların “Azenteroil” MMC tərəfindən məhv edildiyi məlum olub:

    “Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib”.

    Xatırladaq ki, ötən gün xidmət rəsmisi Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların qanunsuz kəsildiyini, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.

  • Скончался педагог БГУ – ФОТО

    В возрасте 79 лет скончалась старший педагог кафедры русского языка гуманитарных факультетов филологического факультета Бакинского государственного университета (БГУ) Гызылгюль Ахмедова.

    Об этом сообщается на официальной странице вуза в Facebook.

    Г.Ахмедова училась в БГУ на факультете филологии в 1961-1969 гг. Приступила к педагогической деятельности в Бакинском государственном университете в 1969 году. С 1984-го была старшим педагогом кафедры русского языка гуманитарных факультетов филологического факультета БГУ.

  • BDU-nun müəllimi vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Qızılgül Ağami qızı Əhmədova vəfat edib.

    Bu barədə universitetin rəsmi “Facebook” səhifəsi xəbər yayıb.

    Bildirilib ki, o, 79 yaşında dünyasını dəyişib.

    Qızılgül Əhmədova 1961-1969-cu illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1969-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi idi.

  • Kanadada Katolik Kilsəsinin statusunun ləğvi üçün kampaniya başladıldı

    Kanadada Katolik Kilsəsinin xeyirxahlıq qurumu statusunun ləğvi üçün imzatoplama kampaniyasına start verilib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Məlumata görə, change.org portalı vasitəsilə açılan petisiyaya artıq minlərlə insan qoşulub.

    Kampaniyanın başladılımasına səbəb isə Kilsənin internat məktəbləri məsələsindəki mövqeyi olub.

    Qeyd edək ki, son aylarda Kanadanın müxtəlif bölgələrində Kilsənin nəzarəti altında olan internat məktəblərinin yaxınlığında minlərlə azyaşlının dəfn edildiyi kütləvi məzarlıqlar aşkar olunub. Ölkənin yerli aborigenlərinin dəfn edildiyi uşaq qəbristanlıqları ictimaiyətdə ciddi narazılıq yaradıb.

    Kanadanın Baş naziri Castin Trüdo baş verənləri ölkə tarixinin ən qaranlıq və rüsvayçı səhifələri adlandırıb.

  • Ukrayna 2030-cu ilədək kosmosa turist göndərəcək

    Ukrayna 2030-cu ilədək öz kosmik sənayesini inkişaf etdirəcək və kosmik turizm xidmətləri göstərməyə başlayacaq.

    “RİA Novosti” xəbər verir ki, bunu ölkənin Dövlət Kosmik Agentliyinin rəhbəri Vladimir Taftay bəyan edib.

    O, növbəti 10 ildə bu perspektivi real hesab etdiyini bildirib.

    Qurum rəhbəri kosmik turizmin qiymətlərinin də tədricən aşağı düşəcəyini vurğulayıb. Taftay bu sahədə hər şeyin investorlardan asılı olacağını qeyd edib.

  • Koronavirusun orqanizmdə hansı geri dönüşü olmayan dəyişikliklərə səbəb olduğu açıqlandı

    Koroanvirus ağciyərlərdə geri dönüşü olmayan dəyişikliklərə – fibroza səbəb ola bilər.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Antonina Ploskireva xəbərdarlıq edib.

    “Bundan başqa infarkt və insult riskləri artır ki, bu da çox vaxt pasientlərin əlil olması ilə nəticələnir”, – deyə o əlavə edib.

    Ploskireva bəzi xəstələrdə COVID-19-dan sonra fərqli klinik təzahürlərin uzun müddət davam etdiyini vurğulayıb.

    “Bunların arasında astenik sindrom və tənəffüs simptomları, ilk növbədə öskürək var”, – deyə o bildirib.

    Virusoloq onu da vurğulayıb ki, bu təzahürlər pasiyentin xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq yaranır.

  • Qubada avtomobil piyadanı vurub

    Qubada yerli sakinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Alekseyevka kəndində qeydə alınıb.

    Belə ki, avtomobil piyada Baba Tahir oğlu Musayevi vurub.

    Yaralı Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.