Month: August 2021

  • Aquero “Barselona”dan getmək istəyir

    Bu yay “Mançester Siti” ilə müqaviləsi bitdikdən sonra “Barselona”ya keçən hücumçu Serxio Aquero Messinin gedişindən sonra klubu tərk etmək fikrinə düşüb.

    Bu barədə “Beteve” kanalının “La Porteria” verilişində xəbər verilir.

    33 yaşlı argentinalı hüquqşünasları ilə birlikdə katalon klubu ilə müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirir.

    Aqueronın ona Messi ilə birlikdə oynamağı söz vermiş “Barselona”ya qəzəbləndiyi bildirilir. Hücumçu komandada onun perspektivlərinin heç də ürəkaçan olmadığını düşünür.

  • Çin və Hindistan qarşılıqlı şəkildə qoşunlarını sərhəddən çəkib

    On beş aylıq qarşıdurmadan sonra Çin və Hindistan Şərqi Ladakxedəki Qoqra bölgəsindən qoşunlarını qarşılıqlı şəkildə geri çəkib.

    Bu barədə “Press Trust of India” məlumat yayıb.

    Bildirilib ki, hərbi qüvvələr bir neçə gün ərzində mərhələli şəkildə geri çəkilib. Son aylarda qurulan istehkam infrastrukturu isə demontaj edilib.

    Xatırladaq ki, tərəflər arasındakı gərginlik ötən ilin may ayından etibarən başlanıb. O zaman qeyd olunan ərazidəki sərhəd toqquşmalarında hər iki tərəfdən ölən və yaralananlar olub.

  • Xaçmazda avtomobil piyadanı vuraraq xəsarət yetirib

    Xaçmazda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində baş verib.

    Avtomobil rayonun Çaxçaxlı kənd sakini, 1988-ci il təvəllüdlü Rəhim Fuad oğlu Abasovu vurub.

    Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Mövlud Çavuşoğlu: “Azərbaycandan daha 162 yanğın-xilasetmə qrupu gələcək”

    “Ölkə xaricindən gələn dəstək tələbləri və dəstəklərlə bağlı can Azərbaycandan dəstəklər davam edir”.

    Bu sözləri Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    O, qeyd edib ki, Azərbaycandan yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə gələcək.

    “Dövlət başçısı İlham Əliyevin təlimatı ilə daha 40 yanğınsöndürmə maşını və 162 yanğın-xilasetmə qrupu gələcək”, – deyə Çavuşoğlu vurğulayıb.

    O, qeyd edib ki, ABŞ-dan gələcək 2 helikopter bazar ertəsi Türkiyədə olacaq.

  • Ərdoğan: “44 vilayətdə baş vermiş 208 yanğının 196-sı nəzarət altına alınıb”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli medianın suallarını cavablandırıb.

    Dövlət başçısı iyulun 28-dən bəri davam edən meşə yanğınları ilə bağlı son məlumatları mətbuatın diqqətinə çatdırıb.

    “9 gündən çox davam edən müddətdə 44 vilayətimizdə 208 meşə yanğını meydana gəlib. Onların 196-sı nəzarət altına alınmış vəziyyətdədir. Hazırda 5 vilayətimizdə 12 yanğın ocağının lokallaşdırılması üzrə işlər aparılır. Bunlar Antalya, Muğla, Sparta, Aydın və Dənizli vilayətlərimizdir”, – deyə Ərdoğan bildirib.

    Həmçinin, Türkiyə preziden

  • Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

    Çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

    Median.Az AFFA-ya istinadla xəbər verir ki, 24 referinin yer aldığı yekun siyahıda FIFA referisi İnqilab Məmmədovun da adı var.

    Qeyd edək ki, dünya çempionatının final mərhələsi avqustun 19-29-da Rusiyada təşkil olunacaq.

  • Vilayət Eyvazov polis əməkdaşı ilə vida mərasimində iştirak etdi

    İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində xəsarət alan və ötən gün xəstəxanada vəfat edən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov dəfn olunub.

    Qaynarinfo xəbər verir ki, polis əməkdaşı ilə vida mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

    “Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!”, – DİN-in yaydığı məlumatda bildirilib.

  • Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir

    Avqustun 8-də – Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir.

    Mk.ru-nun məlumatına görə, bu barədə “Tokio-2020” Təşkilat Komitəsinin spikeri Masa Takaya jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Oyunların təşkilat komitəsi vəziyyəti yaxından izləyir.

    “Gözlənilməz vəziyyətlərə hazırıq, amma indi fırtınanın bağlanış mərasiminə təsiri haqqında ciddi danışmaq istəməzdim, çünki bu yolla ətrafımızda spekulyasiyaya səbəb ola bilərik”, – deyə Takaya əlavə edib.

    O, söhbətin tayfundan deyil, dağıdıcı gücü daha aşağı olan tropik fırtınadan getdiyini vurğulayıb.

  • İdman həqiqətən cavanlaşdırırmı?

    Mütəmadi idmanın gücü təsirli olur: əzələləri möhkəmləndirir, xroniki xəstəliklərin qarşısını alır və bədən quruluşunu yaxşılaşdırır. Fiziki aktivliyin diqqətəlayiq daha bir faydası da var. Mütəxəssislərin sözlərinə görə, hətta orta miqdarda məşqlər sizi cavanlaşdırır. Əlbəttə ki, yaşınızı dəyişdirə bilməyəcəksiniz, ancaq özünüzü həm sağlam hiss edəcək, həm də cavan görünəcəksiniz.

    Median.Az arıqlamaq istəyən oxucuları idmanın əsas üstünlükləri ilə tanış edir.

    Dəri vəziyyətini yaxşılaşdırır

    Ontariodakı MakMaster Universitetinin tədqiqatçıları 20-84 yaş arasındakı kiçik bir qrup üzərində idmanın təsirləri barədə araşdırma aparıb. Məlum olub ki, tez-tez idman edən 40 yaşdan yuxarı insanların dərisi 20-30 yaşdakı qədər yumşaq və elastik olur. Tədqiqatçılar idmanın bədəndə dərinin qocalma prosesini ləngidən maddələr yaratdığını söyləyiblər. Alimlər hesab edir ki, idmanın dəri tərkibini necə dəyişdirdiyini öyrənmək üçün daha çox araşdırma aparmaq lazımdır.

    Enerji axını

    İdman təbii enerji içkisinə bənzəyir, beyninizi və vücudunuzu qidalandırır, buna görə özünüzü gümrah və canlanmış hiss edirsiniz. İdman bədəni gümrah vəziyyətə gətirir, gündəlik fəaliyyətlər sizi daha az yorur və daha az səy tələb edir. Bu gümrahlıq sayəsində hər addımda 1-2 yaş cavanlaşdığınızı hiss edirsiniz.

    Metabolizmanı sürətləndirir

    Yaşlandıqca maddələr mübadiləsi təbii olaraq yavaşlayır, odur ki, illər keçdikcə köklüyün qarşısını almaq daha çətin olur. İdman ümumi kalorini daha sürətlə yandırmağa və sabit sağlam çəkini saxlamağa kömək edir. Əzələ nə qədər çox olarsa, o qədər sürətli kalori yandırarsınız, buna görə güc məşqləri etməyi unutmayın. Üstəlik, günün əvvəlində idman edirsinizsə, maddələr mübadiləsi gün ərzində öz sürətini qoruyub saxlayacaq.

    İdman ömrü uzada bilər

    İdman xromosomlarınızın qocalma prosesini dayandıra bilər. Bunun səbəbi yaşlanmaya nəzarət edən xromosomların ucundakı telomerlərdir. Telomerlər yaşla qısalır, daha uzun telomerlər uzunömürlülüklə əlaqələndirilir. Son tədqiqatlar müntəzəm məşqlə telomerlərin uzanması arasında bir əlaqə olduğunu göstərir və idmanın ömrü uzada biləcəyi iddia olunur.

  • Hindistanda musson yağışlar 23 nəfərin həyatına son qoyub

    Hindistanın şərqindəki Qərbi Benqal ştatında yağan aramsız musson yağışları və su anbarının daşması nəticəsində azı 23 nəfər həyatını itirib.

    Bu barədə ANI agentliyi məlumat yayıb.

    “Purba-Bardhaman, Paşçim-Bardhman, Paşçim-Medinpur və ştatın digər dörd bölgəsində vəziyyət kritik olaraq qalır. Bu ərazilərdə yaşayan sakinlərə təcili olaraq yardımlar göndərilir”, – agentlik yerli rəsmilərə istinadən xəbər verib.

    Fəlakət bölgəsinə Hindistan ordusunun quru qoşunları və Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər cəlb edilib.