Month: August 2021

  • Kəşfiyyatçı Qəqəni: “Döyüşə erməni polkovnikinin silahı ilə girdim”- VİDEO

    Baku TV “Qəqəni” ləqəbli kəşfiyyatçı Elçin Kazımov haqqında reportajı təqdim edir.

    Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı reportajda ləqəbinin tarixçəsindən, döyüş xatirələrindən, 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edib.

    Qazinin sözlərinə görə, Birinci Qarabağ müharibəsinə qatılanda 16 yaşı olub. Əvvəlcə təminat işlərinə kömək edən Elçin Kazımov daha sonra kəşfiyyat qrupuna qoşulub.

    “Vətən, Qarabağ” deyiləndə kövrələn kəşfiyyatçı zəfər xəbərini eşidərkən keçirdiyi hisslərdən də danışıb.

    Daha ətraflı linkdən izləyə bilərsiniz:

  • На Каспии утонул мужчина

    На территории Абшеронского района произошел несчастный случай.

    Как передает Report со ссылкой на сайт Министерства по чрезвычайным ситуациям (МЧС), на горячую линию “112” поступила информация о том, что один человек утонул в море (на непляжной территории).

    На место происшествия была привлечена водолазно-поисковая группа Государственной службы по контролю над маломерными судами и спасению на водах МЧС.

    В результате проведенных поисковых работ обнаружено тело Агшина Афяр оглы Хыдырова.

  • Novxanıda bir nəfər dənizdə boğularaq ölüb

    Abşeron rayonunda bir nəfər dənizdə batıb.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda tanınmış cütlüyün toyudur – FOTO

    Bu gün aktyor İbrahim Çingiz və aktrisa Aydan Axundzadənin toyudur.

    Cütlüyün toyunda çəkilən fotolar sosial şəbəkələrdə yayılıb.

    Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədin oğludur.

  • Zabit atanın şəhid oğlunun doğum günü qeyd edilib – VİDEO

    Zabit atanın şəhid oğlunun doğum günü qeyd edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ehtiyatda olan mayor Vaqif Məhəmməd oğlu Şəbiyev əslən Qərbi Azərbaycandandır. Onun valideynləri 1948-ci ildə doğma yurdlarından məcburi çıxarılaraq Azərbaycana köçürülüblər. Vaqif Saatlı rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Ukrayna Respublikasına gedərək Kiyev Ali Hərbi Aviasiya Məktəbinə daxil olub. Oranı müvəffəqiyyətlə başa vurduqdan sonra Rusiyanın müxtəlif şəhərlərində sovet ordusu sıralarında qırıcı təyyarələr mütəxəssisi kimi xidmətini davam etdirib.

    1990-cı ildə Bakıda törədilən Qanlı Yanvar qırğınlarından xəbərdar olan gənc zabit böyük çətinliklərlə bir müddət sonra doğma Vətənə qayıdıb və könüllü olaraq Qarabağın müdafiəsinə yollanıb. Vaqif Şəbiyevin döyüş yolu Şuşa, Laçın, Tərtər, Ağdərə, Goranboy bölgələrindən keçib. Minaatan, o cümlədən tank əleyhinə batareyanın komandiri kimi qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib, göstərilən etimadı Vətənə sədaqətli xidmətləri, şəxsi igidlik nümunələri ilə doğruldub.

    1997-ci ildən başlayaraq Hərbi Hava Qüvvələrində taborun qərargah rəisi, tabor komandiri vəzifələrində xidmətini davam etdirib və 2016-cı ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
    V.Şəbiyev Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətə, xidmətdə qazandığı uğurlara görə 10 döyüş medalı ilə təltif olunub.

    Veteran zabitin atasının adını daşıyan oğlu Məhəmməd də onun yolu ilə gedərək Vətənə xidmət yolunu seçib və zabitlik peşəsinə yiyələnib.

    Sabunçu rayonu İkinci Zabrat qəsəbəsində şəhid leytenant Məhəmməd Şəbiyevin doğum günü münasibətilə xatirə bulağının açılışına həsr olunan tədbirdə bu barədə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani ətraflı söhbət açıb.

    Müdafiə Nazirliyi rəsmilərinin, Sabunçu rayon İcra Hakimiyyəti rəhbərliyinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

    Polkovnik A.Qurbani Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu müharibədə xalqımızın və ordumuzun birliyindən, həmrəyliyindən, təcavüzkar Ermənistanın məğlubiyyətə düçar edilməsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun Zəfər yürüşündən, əsgər və zabitlərimizin öz qanları, canları və əfsanəvi qəhrəmanlıqları ilə hərb tariximizə şanlı səhifələr yazdıqlarından, həmçinin müqəddəs bayrağımızın bu gün də etibarlı əllərdə, dəmir yumruğun isə yerində olduğundan iftixar hissi ilə danışıb.

    Şəhid zabitin hər bir gənc üçün örnək olan qısa, lakin mənalı ömür və döyüş yolu haqqında ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, leytenant Məhəmməd Şəbiyev 1998-ci il avqustun 6-da Bakı şəhərində hərbçi ailəsində doğulub. Uşaqlıqdan ata nənəsi Mehriban ananın himayəsində böyüyüb. Məhz Mehriban ananın təkidi ilə yeniyetmə Məhəmməd Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olaraq 13-14 yaşlarından əsgər çəkməsi geyib. 2016-cı ildə xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi tədris ocağını bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2020-ci ildə Quru Qoşunları fakültəsini bitirib.

    Gənc leytenant cəbhə bölgəsindəki hərbi hissələrdən birində motoatıcı taqım komandiri kimi ilk gündən vəzifəsinin öhdəsindən layiqincə gəlib, komandanlığın rəğbətini qazanıb, göstərilən etimadı nümunəvi xidməti ilə doğrultmağa çalışıb.

    Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə Tərtər və Ağdərə rayonları istiqamətində hərbi əməliyyatlarda fəal iştirak edib, şəxsi mərdlik və igidlik nümunələri göstərib.

    Oktyabrın 4-də taqım komandiri leytenant M.Şəbiyev döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

    Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Bakı Dövlət Universitetinin professoru Tahir İbrahimov Şəbiyevlər ailəsinin qəsəbədə böyük hörmət sahibi olduqlarından və vətənpərvərliklərindən danışıb. Vaqif Şəbiyevin oğlunun ata yolunu seçməsinin və Vətən müharibəsində şəhadətə yüksəlməsinin heç də təsadüfi olmadığını qeyd edib. Əmin olduğunu bildirib ki, qəsəbə gəncləri bundan sonra da şəhid zabit Məhəmmədin və onun döyüşçü dostları Rəşadın, Əfqanın, Salehin və başqalarının davamçıları kimi Vətənin hər bir çağırışına hər an hazır olacaqlar.

    Rayon ağsaqqalları adından çıxış edən Sərxan Gəncəliyev Müzəffər sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusunun igid döyüşçülərinə minnətdarlığını bildirib. O, deyib: “Mən Allahıma şükür edirəm ki, Azərbaycanımın Zəfər gününü gördüm. Bu qələbə hər birimizin qələbəsidir. Hələ də Azadlıq Meydanında keçirilən möhtəşəm hərbi paradın qürurunu yaşayıram. Qardaş Türkiyənin və Azərbaycanın prezidentləri fəxri kürsüdə yanaşı dayanaraq parad iştirakçılarını salamlayırdılar. 1918-ci ildə olduğu kimi, Türkiyədən xilaskarlıq missiyası ilə gələn qəhrəman türk əsgəri Azərbaycanın qalib oğulları ilə bir yerdə daha böyük qələbələrə, uğurlara doğru inamla irəliləyirdi. Bu gün Türkiyənin bir çox bölgələrində yanğınlar davam edir. Elə buradan qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirəm”.

    El ağsaqqalı Sərxan Gəncəliyev və atası ehtiyatda olan mayor Vaqif Şəbiyev şəhidlərin unudulmadığına, onların adlarının əbədiləşdirildiyinə, şəhidlərin şərəfinə xatirə parklarının, xatirə bulaqlarının inşa edildiyinə, şəhid ailələrinin daim diqqətdə saxlanıldığına görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
    Şəhid ailələrinə Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Vətən müharibəsi şəhidləri” kitabı təqdim olunub.

    Şəhidin balaca qardaşları Murad və Malikin söylədikləri “Qardaşım şəhiddir mənim” və “Biz ölsək də, yaşasın Ana Vətən əbədi!” adlı şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
    “Qələbə marşı”nın sədaları altında “Şəhid Məhəmmədin Xatirə bulağı”nın üzərindən bəyaz örtük götürülüb, Şuşadan gətirilən bulaq suyu bu bulağın suyuna qarışdırılaraq tədbir iştirakçılarının ürəyinə sərinlik gətirib.

    Şəhid bulağının qarşısına Müdafiə Nazirliyinin adından dağ çiçəklərindən hazırlanmış çələng qoyulub.

    Şəhidin nənəsi Mehriban ana “Axar bulaqlarımız qurumasın!, Çinar ağaclarımız kəsilməsin!, Çapaçapda bədöy atlarımız büdrəməsin!, Allah Sərkərdəmizi və Ordumuzu qorusun!, Şəhidlərimizin ruhu şad, birliyimiz əbədi olsun!” deyərək Dədə Qorqudsayağı alqışlar edib və xatirə bulağının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
    Sonra şəhidin doğum günü münasibətilə tort kəsilib, İkinci Şəhidlər xiyabanı ziyarət edilərək məzarı qarşısına çələng və gül dəstələri qoyulub

  • Avropa Superkuboku matçının hakimləri məlum oldu

    Avropa Superkuboku uğrunda keçiriləcək “Çelsi” – “Vilyareal” matçının hakimləri məlum olub.

    Sports.ru xəbər verir ki, qarşılaşmanı Sergey Karasevin rəhbərliyi altında Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

    Yan xətdə ona İqor Demeşko və Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim isə Belarusdan Aleksey Kulbakov olacaq.
    VAR-a alman Marko Frits nəzarət edəcək.
    Qeyd edək ki, görüş avqustun 11-də Belfastda baş tutacaq.

  • Ucar sakini qaynının toyu günü intihar edib

    Ucar sakini dəvət olunduğu toya gəlib və intihar edib.

    APA xəbər verir ki, Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı i təvəllüdlü Fatma Qasım qızı Mikayılova bu gün keçirilməsi nəzərdə tutulan qaynının toy məclisinə dəvət alıb.

    Ötən gün axşam saatlarında kəndə gələn F. Mikayılova bu gün səhər saatlarında yaylıq ilə evində özünü asaraq intihar edib.

    F. Mikayılova yazdığı məktubda səhhətində yaranmış problemlə başlı intihar etdiyini bildirib.
    Faktla bağlı araşdırma aparılır.

  • Rafael Ağayev karyerasını bitirmək istədiyi vaxtı açıqlayıb

    Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafel Ağayevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

    “Report”un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 2025-ci ildə idmançı kimi fəaliyyətini dayandırmaq istədiyini bildirib.

    O, daha sonra öz məktəbinı açmaq barədə planlarının olduğunu söyləyib: “Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm”.

    Qeyd edək ki, Rafael Ağayev 5 dünya, 11 qat Avropa çempionudur.

  • Moldova parlamenti hökuməti və proqramı təsdiqləyib

    Moldova parlamenti Baş nazir Natali Qavrilisanın başçılıq etdiyi hökumətin tərkibi və proqramını təsdiqləyib.

    “Report” TASS-a istinadən xəbər verir ki, prezident Mayya Sandunun Faəliyyət və Həmrəylik Partiyası kabineti dəstəkləyib.

    Bildirilib ki, 61 deputat kabinetin və proqramın lehinə səs verib. 32 deputatdan ibarət kommunistlər və sosialistlər bloku müxalifətə keçdiklərini elan edərək hökumətin lehinə səs verməyiblər. “Şor” Partiyası da 6 deputatı ilə yeni kabineti dəstəkləməkdən imtina edib.

    Yeni baş nazir Natali Qavrilisa 1977-ci il sentyabrın 21-də Moldovanın Dnestryanı (Pridnesroviye) bölgəsinin Malaeştı kəndində anadan olub. 2000-ci ildə Moldova Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2005-ci ildə ABŞ-ın Harvard Universiteti yanında Con F.Kennedi adına Dövlət İdarəetmə Məktəbində dövlət siyasəti magistr dərəcəsini alıb. Müxtəlif vəzifələrdə çalışıb. 2015-2019-cu illərdə Londonda Qlobal İnnovasiya Fondunun Baş direktoru işləyib.

  • Tokio-2020: Futbol yarışlarında ilk çempion bəlli olub

    Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında final oyunu keçirilib.

    “Report”un məlumatına görə, görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

    Penaltilər seriyasında 3:2 hesabı ilə qələbə qazanan Kanada seçməsi olimpiya çempionu olub. Üçüncü yer uğrunda qarşılaşmada isə ABŞ Avstraliyanı 4:3 hesabı ilə üstələyib.

    Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.