Month: August 2021

  • Qəssabın ayağını kəsdiyi pişiyə protez ayaq taxıldı – FOTO

    Bir neçə müddət öncə Xaçmaz rayonunda qəssabın ət “oğurladığı” üçün pişiyin ayağını kəsməsi ilə bağlı xəbər vermişdik.

    Həmin pişiklə bağlı xoş xəbər var. Belə ki, pişiyi himayəyə götürən Nailə adlı heyvansevər xanım onu İstanbula aparıb. Orada pişiyə protez ayaqlar taxılıb.

    Bu barədə məlumatı İctimai TV-nin idman xəbərləri aparısıcı Fəridə Abdulla sosial mediada bölüşüb.

  • Baş Prokuror Vasif Talıbovla görüşüb

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən Baş Prokuror Kamran Əliyevlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov arasında görüş keçirilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a bildiriblər ki, görüş zamanı Baş prokuror tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna bundan sonra da diqqət və qayğının göstəriləcəyi vurğulanıb.

    Bununla da, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.

  • В Азербайджане за сутки коронавирусом заразились 1196 человек

    В Азербайджане зарегистрировано 1 196 новых случаев заражения коронавирусной инфекцией (COVID-19), 219 человек излечились.

    Как сообщил Report в Оперативном штабе при Кабинете министров, от коронавируса скончались 4 человека.

    На сегодняшний день в стране выявлено 348 074 факта заражения COVID-19, 333 913 человек вылечились, 5 043 скончались.

    Число активных пациентов составляет 9 118 человек.

    За последние сутки было проведено 13 046 тестов, связанных с выявлением новых случаев заражения, за прошедший период – 4 083 746 тестов.

  • Azərbaycanda 1196 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, bu günə qədər isə ümumilikdə 4 083 746 test icra olunub.

  • Основные методы обмана азербайджанцев в сети: Спам, скам и фишинг

    «Лаборатория Касперского» выяснила, как часто за последние полгода злоумышленники атаковали азербайджанцев в интернете, а также описала самые популярные схемы мошенничества. В течение этого периода компания заблокировала в стране более 115 тысяч попыток перехода на фишинговые страницы и более 36 тысяч – на скам-ресурсы.

    Доля спама в почтовом трафике Азербайджана в первые шесть месяцев 2021 года, по данным «Лаборатории Касперского», составила 29%.

    В первом полугодии во многом сохранились тренды 2020 года. Злоумышленники активно используют тему COVID-19 и вакцинации, а также обещают компенсации, очень качественно создают письма для атак на корпоративных пользователей и подделывают страницы онлайн-магазинов.

    Кроме того, во втором квартале 2021 года помимо рассылок, так или иначе связанных с облачными сервисами, были выявлены письма, замаскированные под деловую переписку и содержащие ссылки на вредоносное ПО.

    Предложения быстрого заработка при минимальных затратах усилий остаются одним из самых распространенных видов мошенничества. Во втором квартале текущего года злоумышленники решили разнообразить ассортимент способов получить «легкие деньги».

    Адресатам писем предлагалось вложить средства в природные ресурсы (нефть, газ и так далее) или криптовалюту, обеспеченную этими ресурсами.

    Кроме того, тема газа всплывала и в более привычных схемах с компенсациями. Чтобы их предложения вызывали больше доверия, киберпреступники использовали бренды крупных компаний.

    Однако сайты, принимающие вложения, очень быстро исчезали вместе с деньгами жертв, которые мошенники успевали получить за время существования страницы.

    Что касается вредоносного ПО, во втором квартале 2021 года во всем мире чаще всего вместе со спамом злоумышленники рассылали троянцев семейства Badun (7%). Эти зловреды, замаскированные под электронные документы, часто распространяются в архивах.

    Также в тройку лидеров вошли троянцы Agesla (7%), специализирующиеся на краже учетных данных, и семейство Taskun (4%), эксплуатирующее планировщик задач Windows.

    «Чтобы не стать жертвой мошенников, стоит обращать внимание на адрес сайта перед тем, как вводить на нем данные карты. Рекомендуем не переходить по сомнительным ссылкам в почте, мессенджерах или соцсетях, не кликать по рекламным баннерам на подозрительных сайтах.

    Для онлайн-покупок лучше завести отдельную карту, например, виртуальную, держать на ней небольшие суммы, а также установить суточные лимиты на снятие.

    Можно установить защитное решение, которое заблокирует попытку перейти на фишинговый сайт или вредоносные рекламные баннеры», – отмечает официальный представитель «Лаборатории Касперского» в Азербайджане Мушвиг Мамедов.

    «Лаборатория Касперского» напоминает пользователям о базовых правилах информационной безопасности: внимательно изучайте адреса ссылок; используйте для всех своих аккаунтов разные надежные пароли (от 12 символов с буквами в разном регистре, цифрами и спецсимволами); установите надежное защитное решение, в том числе на мобильных устройствах.

    Для бизнеса также есть несколько дополнительных рекомендаций.

    Регулярно проводите тренинги по цифровой грамотности, на которых можно отработать практические навыки безопасного поведения в цифровой среде (например, с помощью платформы Kaspersky Automated Security Awareness Platform).

  • İrina Kindzerska: “İdmançının həyat yoldaşı olmaq asan deyil”

    “Olimpiada elə yarışdır ki, orada öncədən heç nəyi təxmin etmək olmur. Çünki bəzən çox gözlənilməz hadisələr baş verir”.

    Bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Milli Olimpiya Komitəsinə müsahibəsində deyib.

    78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bəzi hallarda favoritlərin ilk görüşlərdə məğlub olduğunu bildirib: “Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ilk “3-lüy”ə düşə bilməyən idmançılar da qalib gələ bilir. Buna görə də həmişə risk var idi. Lakin olimpiadalarda iştirak edərkən özünü medal qazanmağa və qələbəyə kökləyirsən”.

    Kindzerska Azərbaycanda qadınlar arasında bu idman növünün elə populyar olmadığını sözlərinə əlavə edib: “Ola bilsin ki, verəcəyim təkan bu idman növündə Olimpiya oyunlarında medal qazana biləcəyimizin göstəricisi olar və uzun müddət cüdo ilə məşğul olub qorxanları ilhamlandırar. Onlar da məndən sonda Avropa, dünya və ya olimpiya çempionu olmağa güc taparlar”.

    Ukraynalı legioner həyat yoldaşının azərbaycanlı olduğunu xatırladıb: “Bunun üçün çox şadam. Çünki nəticələrdən asılı olmayaraq qalib gəlsəm də, məğlub olsam da, həmişə mənə dəstək olub. Həmişə inanıb, məşqçimlə söhbət edib, birlikdə işləyiblər. Heç vaxt elə olmayıb ki, mən evdə bir ssenari ilə məşq edim, məşqçi isə ayrı. Onlar məşq proqramını birlikdə hazırlayırdılar. Hamımız buna uyğun hərəkət edirdik. Təbii ki, idmançının həyat yoldaşı olmaq asan deyil. Bəzi anlarda əsəblər tap gətirmir. Amma həyat yoldaşıma minnətdaram ki, məni həmişə dəstəkləyib və mənə inanıb”.

  • Yevlax-Bərdə yolunda qəza olub, 3 nəfər xəsarət alıb

    Yevlax rayonunda yol qəzası baş verib.

    Hadisə Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    “VAZ” markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Əkbərzadə Cahid Pərviz oğlu, 1979-cu il təvəllüdlü Quliyev Rəşid Rövşən oğlu və 1987-ci il təvəllüdlü Gülər Ağakərim qızı Quliyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Gözəllik salonundan seyf oğurlayan tutuldu

    Bakının Sabunçu rayonu ərazisində oğurluq olub.  

    DİN-dən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonlarının birindən 20 manat, içərisində 4000 manat və 100 ABŞ dolları pul olan seyfi oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş C.Rüstəmov saxlanılıb. 

  • Tokio-2020: ABŞ millisinin finaldakı rəqibi bəlli olub

    Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında ikinci finalçı müəyyənləşib.

    Yarımfinalın digər görüşündə Sloveniyaya 90:89 hesabı ilə qalib gələn Fransa millisi həlledici qarşılaşmada ABŞ seçməsinə rəqib olub.

    Final və 3-cü yer uğrunda görüşlər avqustun 7-də baş tutacaq.

    Qeyd edək ki, 15 qat olimpiya çempionu olan ABŞ millisi son 3 olimpiadanın qalibidir.

  • Pakistan səfiri: “Azərbaycan Kəşmir məsələsində aydın mövqe nümayiş etdirir”

    “Pakistanda olduğu kimi, Azərbaycanda da müxtəlif dinlərin nümayəndələri sülh içində yaşayırlar”.

    Bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Cammu və Kəşmirin statusunun ləğv edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

    Səfir Kəşmir məsələsində Pakistana dəstək olduğuna görə Azərbaycana öz minnətdarlığını bildirərək əlavə edib ki, Azərbaycan sarsılmaz dəstək verdi, Prezident İlham Əliyev bu məsələdə mövqeyini dəqiq və aydın şəkildə nümayiş etdirdi.

    Bilal Haye başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın ikili standartlara yol vermədiyini deyib.

    O, həmçinin yaxın zamanlarda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndələrinin Azad Kəşmirə səfər edəcəklərini bildirib. Səfir deyib ki, Pakistan Cammu və Kəşmirə də səfər təşkil etmək istəsə də, Hindistan tərəfi müstəqil jurnalistləri, beynəlxalq təşkilatların nümayəndələrini və xarici müşahidəçiləri ora buraxmır.

    Səfir Kəşmir məsələsinin son zamanlarda 3 dəfə beynəlxalq təşkilatların müzakirəsinə çıxarıldığını bildirib: “Avropa Parlamenti Kəşmirdəki vəziyyətlə bağlı dinləmələr keçirib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsini tələb edir. İşğal edilmiş vilayətlərdə referendum keçirilməlidir ki, orada yaşayan insanlar hansı dövlətin tərkibində olmaq istədiklərinə səs versinlər. Pakistan Cammu və Kəşmirdə keçiriləcək referendumun nəticələrini qəbul edəcək”.

    Xatırladaq ki, 2021-ci il avqustun 5-i Hindistanın beynəlxalq şəkildə mübahisəli tanınmış Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi ilə bağlı qərar qəbul etməsinin ikinci ildönümü tamam olur. Pakistan tərəfi 2019-ci il avqustun 5-i baş vermiş hadisələri BMT Təhlükəsizlik Şurasının 91-ci və 122-ci qətnamələrinin və dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulması kimi qəbul edir.

    ///Report