Month: August 2021

  • Tacikistanda helikopter qəzaya uğrayıb – 1 nəfər öldü

    Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb.

    İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb.

    //Report

  • Bakıda ağır yol qəzası tıxaca səbəb olub

    Hazırda Z.Bünyadov prospektində Koroğlu metrosu istiqamətində və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

    Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirilib.

    Onun sözlərinə görə, sıxlıq Bakı Olimpiya Stadionu yaxınlığında “SOCAR” yanacaqdoldurma məntəqəsinə çatmamış ağır yol nəqliyyat hadisəsinin baş verməsi səbəbindən yaranıb.

  • В МИД РФ оценили ситуацию на армяно-азербайджанской границе

    Россия обеспокоена участившимися вооруженными инцидентами на границе Армении и Азербайджана. Особую тревогу вызывает то, что они сопровождаются человеческими жертвами с обеих сторон. К сожалению, напряженность пока не спадает.

    Как сообщает Report, об этом заявил замдиректора департамента информации и печати МИД РФ Александр Бикантов.

    Как отметил дипломат, все возникающие вопросы необходимо решать исключительно мирным, политико-дипломатическим путем: «Россия готова и далее вносить свой вклад в процесс нормализации обстановки на армяно-азербайджанской границе, в том числе и по запуску совместной работы по делимитации и демаркации границ. Это будет способствовать превращению Южного Кавказа в зону стабильности».

    Комментируя предложение премьер-министра Армении Никола Пашиняна о размещении российских миротворцев по всей протяженности армяно-азербайджанской границы, Бикантов отметил, что одной из проблем является отсутствие демаркации границ: «Россия уделяет первостепенное внимание этой тематике, оказывает посреднические усилия.

    Одной из проблем реализации размещения пограничников вдоль границы является отсутствие демаркации границ. Россия выступает за делимитацию границы между Азербайджаном и Арменией с ее последующей демаркацией, а также скорейший запуск этой работы».

    Представитель МИД подчеркнул важность вопроса культурно-исторического наследия в Карабахе, поскольку это важная гуманитарная тема: «Всячески поддерживаем скорейшую организацию миссии ЮНЕСКО, которая могла бы на месте дать свою квалифицированную оценку состоянию дел. Проблема находится в поле зрения Минской группы ОБСЕ».

  • «Барселона» обратилась к Месси с просьбой о дальнейшем сокращении заработной платы

    Уже согласованный между «Барселоной» и нападающим Лионелем Месси договор не получил одобрение со стороны ла лиги, пишет журналист Джанлуиджи Лонгари.

    Чтобы добиться положительного вердикта со стороны испанской лиги, президент сине-гранатовых Жоан Лапорта обратился к Месси с новой просьбой о дальнейшем сокращении заработной платы.

    Такая просьба не нашла отклика у аргентинского нападающего, и между ним и клубным менеджментом возникло нешуточное напряжение.

    Ранее сообщалось, что контракт игрока будет рассчитан на пять лет. Футболист согласился пойти на понижение зарплаты на 50 процентов.

    В прошедшем сезоне 34-летний аргентинец провел 47 матчей за команду, в которых забил 38 мячей и сделал 14 результативных передач.

  • Valentino Rossi motosiklet yarışlarındakı karyerasını bitirir

    İtaliyalı məşhur idmançı Valentino Rossi motosiklet yarışlarındakı karyerasını başa vurur.

    O, bu barədə mətbuat konfransında bildirib.

    42 yaşlı idmançının MotoGP-də son yarışı noyabrın 14-də Valensiya Qran-prisi olacaq. Rossi karyerasını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirəcəyini açıqlayıb.

    Qeyd edək ki, 2000-ci ildən MotoGP-də yarışan Velentino Rossi 7 dəfə çempion olub.

  • “Delta” ştammına qarşı yeni vaksinlər tələb oluna bilər

    Koronavirusun “delta” ştammının yayılması ilə mübarizə üçün yeni vaksinlər tələb oluna bilər.

    Median.Az Trend-ə istinadən bildirir ki, bir qrup britaniyalı alimin keçirdiyi tədqiqatlar nəticəsində mövcud vaksinlərin bu ştammla yoluxmaya qarşı səmərəliliyi 49 faizədək, simptomların inkişafına qarşı isə 59 faizədək azalıb.

    Mütəxəssislər hesab edir ki, vaksinlərin virusun mutasiyalarına qarşı effektivliyi azaldığına görə, “delta” variantı üçün yeni preparatların hazırlanması məqsədəuyğundur.

    Tədqiqatlarda 98 min nəfər iştirak edib.

  • Zabit: “Hərbi Dəniz Qüvvələri Azərbaycanın su məkanının daimi müdafiəsinə cavabdehdir”

    “Hərbi Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycanın daimi müdafiəsinə cavabdehdir. Bu və ya digər təhdid, hücum, təhlükə yarandıqda onun qarşısını alır. Həmçinin hərbi donanmamız Xəzər dənizi ərazisindən keçən kəmərin təhlükəsizliyinə də nəzarət edir”.

    Bu fikirləri “Report”a açıqlamasında Hərbi Dəniz Qüvvələrinin zabiti Kamil Məmmədov 5 avqust – Hərbi Donanma Günü ilə bağlı danışarkən bildirib.

    O, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən də danışıb: “Hərbi Dəniz Qüvvələrinin Vətən müharibəsində uğurla iştirak edən hərbi qulluqçuları hazırda öz xidməti vəzifələrinin icrasını davam etdirirlər”.

    K.Məmmədov deyib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunları Hərbi Dəniz Qüvvələrində vəzifələrə təyin olunur: “Məzunlar dərhal hərbi donanmada xidmətə başlayırlar: Hərbi dəniz fakültəsində təhsil alanların sayı tələbata uyğun olduğundan onların müvafiq vəzifələrə təyin edilməsi prosesində çətinlik çəkmirik. Onlar 4 il təhsil aldıqdan sonra Hərbi Dəniz Qüvvələrinin tərkibində zabit kimi xidmətlərini davam edirlər”.

    Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur.

  • Yunanıstan Türkiyə üçün qapılarını açdı

    Yunanıstan Türkiyə ilə 17 aya yaxındır ki, bağlı olan sərhədlərini açıb.

    “Haber Global” bildirir ki, Yunanıstan Nəqliyyat və İnfrastruktur Nazirliyi nəzdində Mülki Aviasiya İdarəsinin yaydığı 5 avqust tarixli direktivə görə, bugündən etibarən vaksinasiya sertifikatına malik və ya neqativ COVID testi təqdim edən Türkiyə vətəndaşlarının ölkə ərazisinə girişinə icazə verilib.

    Sənəddə qeyd olunub ki, Yunanıstana daxil olan bütün əcnəbi vətəndaşlar fərdi məlumatları özündə əks etdirən “Səyahət forması”nı doldurmalıdırlar.

    Həmçinin, bu şərtlərin 12 yaşından böyük bütün şəxslərə aid edildiyi vurğulanıb.

  • “Azəriqaz”ın sabiq mətbuat katibinə yeni vəzifə verilib

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.

    Bu barədə o, özü məlumat yayıb.

    C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.

    Xatırladaq ki, C.Səfərov “Azəriqaz”dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.

  • Rusiyada koronavirusdan ölənlərin sayı 162 mini ötdü

    Rusiyada son sutka ərzində daha 23 120 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

    Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 6 379 904 nəfərə çatıb.

    Son sutka ərzində 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə COVID-19-dan ölənlərin sayı 162 509 nəfərə çatıb.

    Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.