Month: August 2021

  • Tokio-2020: Final oyununun yeri və saatı dəyişdirilib

    Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında keçiriləcək final oyunun yeri və saatı dəyişdirilib.

    Avqustun 6-da planlaşdırılan matç Yokohamada gerçəkləşəcək və Bakı vaxtı ilə 16:00-da start götürəcək.

    Qarşılaşmanın daha əvvəl Tokiodakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 06:00-da təşkili nəzərdə tutulub.

    Təxirəsalma FIFA və Belnəlxalq Olimpiya Komitəsi ilə birgə razılaşdırılıb və idmançıların qayğıları ilə əlaqədardır.

  • “Şaurma” kafesi və “KFC” restoranı cərimələnib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 417 ictimai iaşə obyektində 710 monitorinq keçirib.

    AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Qala 66 ünvanında yerləşən, hüquqi şəxs “Bürc” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bürc Qala” restoranı;

    2. Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;

    3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məmmədəli oğluna məxsus “Şaurma” kafesi;

    4. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəs., Mərdəkan dairəsində yerləşən, fiziki şəxs Xuduyev Nicat Etibar oğluna məxsus kafe;

    5. Bakı şəhəri, Nəsimi ‎rayonu, D.Əliyeva 251 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Sərvər oğluna məxsus kafe;

    6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Nizami 73 ünvanında yerləşən, fiziki şəxs Novzruzov Zaur Gülqardaş oğluna məxsus kafe;

    7. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rza 16 ünvanında yerləşən, fiziki şəxs Mehdiyeva Çinarə Aydın qızına məxsus kafe;

    8. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Əliyev Azin Arif oğluna məxsus “Narzan” kafesi;

    9. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Quliyev Coşqun Elşən oğluna məxsus kafe;

    10. Bakı şəhər,Yasamal rayonu, Naxçıvani 1 ünvanında yerləşən, hüquqi şəxs “GFC” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “KFC” restoranı;

    11. Göyçay rayonu, Şirvanməcid küçəsində yerləşən, fiziki şəxs Veysəlov Emil Vahid oğluna məxsus kafe;

    12. Gəncə şəhəri, Nərimanov 33, m 3 ünvanında yerləşən, fiziki şəxs Xoyluyev Mustafa Rantiq oğluna məxsus “Mustafa” kafesi;

    13. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Əliyeva Samirə Rizvan qızına məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • İran prezidentinin andiçmə mərasimi başlayıb

    İslam Şurası Məclisi (parlament) binasında İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi başlayıb.

    Dövlət televiziyası İRİB tərəfindən birbaşa yayımlanan mərasimdə parlament və Ali Məhkəmə rəhbərləri, yüksək rütbəli rəsmilər və hərbçilər iştirak edirlər. Bununla yanaşı, 70-dən artıq ölkədən 115-dək qonaq da mərasimə qatılıblar.

    Xatırladaq ki, İbrahim Rəisi iyulun 18-də keçirilən və seçicilərin 48,8 faizinin iştirak etdiyi seçkilərdə 17,9 milyon (62 faizə yaxın) səs toplayaraq yeni dövlət başçısı seçilib.

  • “Qarabağ” – AEL matçının biletləri satışa çıxarılır

    “Qarabağ”ın Bakıda Kiprin AEL komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri avqustun 6-da satışa çıxarılacaq.

    Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat təşkil edir.

    Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “İticket.az” saytından, “FAW Azərbaycan”dan və Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

    Qeyd edək ki, avqustun 12-də keçiriləcək oyun saat 20:00-da başlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

  • Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 4-də keçirdiyi baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

    Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
    Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 966 namizəddən 21 nəfəri imtahana gəlməyib. 230 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

    İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 80 bal olub.

    Müsabiqə şərtini ödəyənlərdən 130 nəfər 3-cü kursu tam bitirən (3, 4 və 5-ci kurs) tələbələrdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 3-cü kursu tam bitirmiş tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

    Bu imtahanda müsabiqə şərtini ödəyərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan 100 nəfər ikinci mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılıb.

    İmtahanın 1-ci cəhdində iştirak edərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədləri də nəzərə alsaq, ümumilikdə 563 nəfər ikinci mərhələyə buraxılıb.
    Bundan əlavə, 2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 291 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

    İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 6-8 avqust 2021-ci il tarixlərində müraciət edə bilərlər.

    Qeyd: İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

  • Ильхам Алиев и Макрон условились сотрудничать ради достижения региональной стабильности

    Президент Азербайджана Ильхам Алиев и его французский коллега Эммануэль Макрон провели телефонный разговор.

    Как сообщает ТАСС со ссылкой на заявление Елисейского дворца, лидеры двух стран договорились о сотрудничестве в целях укрепления стабильности в регионе.

  • Yelisey sarayı: “İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu”

    Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev regional sabitliyə nail olmaq naminə əməkdaşlıq barədə razılığa gəliblər.

    TASS-ın məlumatına görə, bu barədə Yelisey sarayının liderlərin telefon danışığı barədə açıqlamasında qeyd olunub.

    “Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron regionda sabitliyin möhkəmlənməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycana gətirilən toyuq əti yararsız çıxdı

    Bu ilin martında Rusiya Federasiyasından “Bryanskiy Broyler” MMC-də istehsal olunan məhsulların (toyuq qiyməsi) ölkəmizə idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella<25g) göstəricilərin yol verilən həddən çox olduğu aşkar edilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

    Bu ilin iyununda “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar aşkar edilib.

    Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib. Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı məlumat verilməsi bildirilib.

  • Ağsu və Şamaxıda baş verən yanğın söndürüldü

    “Ağsu və şamaxı rayonlarının mürkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğın söndürülüb”.

    Bunu “Report”un Yuxarı Şirvan bürosuna Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sənan Feyzullayev deyib.

    Şöbə müdirinin sözlərinə görə, yanğının lokallaşdırılması, söndürülməsi və meşə təsərrüfatlarına keçməsinin qarşısının alınması hadisə yerinə cəlb edilən canlı qüvvə, texnika və vasitələr sayəsində çətinliklə də olsa mümkün oldu: “Yanğının baş verdiyi ərazilərdə təhlükəsizlik məqsədi ilə işlər davam etdirilir. Yanğın tam söndürülüb, lakin kiçik və nəzərdən yayınan közlər və ocaq qalıqları sayəsində alov əmələ gələ və ərazidən yenidən yanğın baş verə bilər. Buna görə də FHN əməldaşları yanğının baş verdiyi ərazilərdə ən son təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Ərazidə yennidən alovların əmlə gəlməyəcəyinə tam əmin olduqdan sonra görülən tədbirlər başa çatdırılacaq”.

    S.Feyzullayev əlavə edib ki, yanğın zamanı heç bir ziyan qeydə alınmayıb: “Yanğının vaxtında ram edilməsi, meşə və digər təsərrüfatlara ziyan verməsinin qarşısını almış oldu”.

  • Payızda karantin sərtləşdirilə bilərmi? – AÇIQLAMA

    Yaxın bir ay ərzində katrantin rejiminin sərtləşdirilməsini gözləmirəm. Təbii ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma sayından, epidemioloji vəziyyətdən asılı olacaq.

    Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

    M.Quliyev bildirib ki, karantin rejiminin sərtləşdirilməməsi üçün hər bir vətəndaşımız məsuliyyətli olmalıdır: “Yoluxma sayında artım hər bir vətəndaşı daha məsuliyyətli olmağa vadar etməlidir. Artıq 1.5 ilin praktikası göstərir ki, biz nə zaman karantin rejiminə əməl edirik, sosial məsafəni gözləyirik, maskadan istifadə edirik, təmasları azaldırıq yoluxma aşağı düşməyə başlayır. Nə zaman ki, təmaslar artır, eyni zamanda yoluxma da artır.

    Xüsusilə, toyların başlanması, idman zallarının, restoranların və digər istirahət yerlərinin açılması bizim məsuliyyətimizi də aşağı saldı. Yoluxma saylarının azalması da insanlarımızı arxayınlaşdırdı, ancaq arxayınlaşmaq olmaz, əksinə, daha diqqətli olmalıyıq.

    Vaksinasiyanın tempini bir az da artırmaq və daha ciddi şəkildə vaksinasiya prosesində iştirak etmək lazımdır. Nə qədər çox vaksinasiya olunsaq, o qədər də təhlükəsizlikdə olarıq”.