Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qax rayonunun Turaclı kəndində sərxoş kişinin ruhi xəstə qadını döyərək zorlaması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar:
“Qax Rayon İcra Hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu, 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb.
Zərərcəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata keçirilir. Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri altında törətdiyini bildirib”.
“Dövlət komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək”, – deyə o qeyd edib.
Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilməyib.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonlarının birindən 20 manat və içərisində 4000 manat və 100 ABŞ dolları pul olan seyfi oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş C.Rüstəmov saxlanılıb.
“Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib.
“Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub”, – deyə o qeyd edib.
Xatırladaq ki, sözügedən avtomobil yolunun 4,5 km-lik hissəsi isə Toğana kəndinin içərisindən keçir. Murovdağ silsiləsindən keçən yolun uzunluğu Toğanalıdan Kəlbəcərə qədər 74 km, Kəlbəcərdən İstisuya qədər 28 km, İstisudan Laçına qədər isə 87 km təşkil edir.
“Qafqazinfo” xəbər verir ki, avqustun 3-də 1990-cı il təvəllüdlü Elşən Əhmədov intihar edib. Hadisə Nəsimi rayonu, Moskva prospektində baş verib. E.Əhmədov yaşadığı mənzilin sanitar qovşağında özünü asıb.
Digər intihar hadisəsi isə Şahbuz rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Yasəmən Alməmmədova Keçili kəndində yaşadığı evin həyətində özünü asıb.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, Baş İdarənin əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rahil Orucov saxlanılıb. Onun üzərindən 65 qram heroin, 58 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əli Cavadov və Bahadur İsmayılov saxlanılıblar. Əli Cavadovun üzərindən ümumilikdə 114 qram heroin, metamfetamin, elektron tərəzi, eləcə də 75 ədəd narkotik tərkibli metadon və preqabalin həbi aşkar edilib. Bahadur İsmayılovdan isə 24 qram heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Bu şəxslər ifadələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində narkotik vasitələrin və “patı” adalanan matemfetaminin satışı ilə məşğul olduqlarını bildiriblər.
Binəqədi rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin, xüsusən gənclər arasında psixotrop tərkibli həblərin satışını həyata keçirən iki nəfər – Qafur Lətifov və Adil Ramazanov saxlanılıblar. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, 240 ədəd narkotik tərkibli metadon həbi və bir ədəd elektron tərəzi aşkar edilib.
Narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən daha bir şəxs isə Abşeron rayonu Masazır qəsəbəsində tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə yaşayan Tural İbrahimov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 47 qram metamfetamin, 270 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartı və iki ədəd elektron tərəzi aşkar edilib.
Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Ağaxan Hüseynov saxlanılıb. Onun şəhər ərazisində yerləşən evinə və üzərinə baxış zamanı beş qrama yaxın metamfetamin və bir ədəd “F-1” əl qumbarası aşkar edilib.
Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhəri ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkar edilib. Həmin mənzilə baxış zamanı orada narkotik vasitələrin qəbuluna şərait yaradan Ləman Abdullayeva, Əsmər Abdullayeva və Elşən Cəfərov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib.
Yasamal və Sabunçu rayonunda həyata keçirilən sonuncu əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərid Qulubəyov və Aqil Əzizov saxlanılıblar. Fərid Qulubəyovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı doqquz qrama yaxın yüksək təsiredici maddə olan kokain, 35 qram metamfetamin, 25 ədəd metadon həbi və bir ədəd elektron tərəzi aşkar edilib. Aqil Əzizovdan isə ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib. Bu şəxslər də ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər məsuliyyətə cəlb edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda 28 iyul tarixində başlayan dəhşətli meşə yanğınları ilə əlaqədar 16 yaşlı şəxs saxlanılıb.
Hadisə ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Hələlik adı açıqlanmayan 16 yaşlı C.Y. hadisə şahidinin istintaqa verdiyi ifadə əsasında tutulub. İstintaq zamanı onun sosial media hesabları və telefonunda yanğının görüntüləri də təsbit edilib. 16 yaşlı gənc barəsində “qəsdən meşə yandırmaq” ittihamı ilə həbs qərarı çıxıb.
Qeyd edək ki, Türkiyəni bürüyən və bir həftədir davam edən yanğınlar ölkə iqtisadiyyatına milyardlarla dollar dəyərində ziyan vurub. Yanğını PKK terror təşkilatının qəsdən törətdiyi ehtimal olunur. Terror təşkilatının “Atəşin uşaqları” adlı qruplaşması ötən gün yanğını öz üzərinə götürməklə bağlı sosial mediada paylaşım da etmişdi. Saxlanılan 16 yaşlı şəxsin də PKK terror təşkilatının üzvü olması və aldadılaraq cinayətə alət edilməsi ehtimalları az deyil.
Xalq artisti Faiq Ağayev sosial şəbəkədə arxiv fotosunu yayımlayıb.
İfaçı “Instagram” hesabında 2000-ci ildə çəkilən şəklini izləyiciləri ilə bölüşüb. Fotoda Ağayevin “Honda CR-V” modelli avtobomili də yer alıb.
Xalq artistinin bu şəkli müzakirələr yaradıb. Bəzi sosial media istifadəçiləri onun həmin dövr üçün bahalı avtomobilini müzakirə etsə də, böyük əksəriyyəti Faiq Ağayevin xarici görünüşünə diqqət çəkib.
Onlar Xalq artistin çox kök və tanınmaz halda olduğunu bildiriblər.
Plastik kartların sayının artmasına baxmayaraq, nağdsız ödənişlərin həcmində artımlar o qədər də böyük deyil.
Bunu Trend-ə açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.
O bildirib ki, plastik kartların strukturuna diqqət yetirsək, görərik ki, 10 milyon plastik kartın 6 milyonu əməkhaqqı kartlarıdır:
“Bu o deməkdir ki, bu gün dövriyyədə olan kartların 60 faizindən çoxu birbaşa dövlət və ya özəl sektor tərəfindən əməkhaqqıların ödənilməsi üçün verilir. Adətən, bu kartlarda vəsaitlərin uzun müddət saxlanılması müşahidə edilmir.
Xüsusən, sosial kartlara yüklənən vəsait daha tez nağdlaşdırılır. Eləcə də ümumi plastik kartların cəmi 1 milyonu, təxminən 12 faizi kredit kartlarıdır. Bu isə ondan xəbər verir ki, birbaşa kredit kartı vasitəsilə ödəniş həyata keçirən vətəndaşların sayı çox deyil.
Kredit kartlarından daha geniş istifadə etmək üçün kart sahibləri əmin olmaldırlar ki, onlar ölkənin bütün ərazisində xidmət və digər satış obyektlərində rahat alış-veriş edə biləcəklər. Amma reallıq ondan ibarətdir ki, nəyinki rayonlarda, hətta Bakının bir sıra yerlərində belə ictimai-iaşə, xidmət sferasında fəaliyyət göstərən müəssisələr və satış obyektlərində plastik kartlardan istifadə zamanı POS-terminalların işləməməsi və ya digər səbəblər göstərilir. Bu da vətəndaşların bu kartları almasına marağını azaldır”.
Ekspert qanunvericiliyə dəyişiklik edilməsini, POS-terminalı olmayan və ya müəyyən səbəblər göstərərək təqdim etməyən sahibkarlara qarşı cəza tədbirlərinin tətbiq edilməli olunmasını təklif edib:
“Bu, istehlakçının hüququnun pozulması deməkdir. POS-terminalların istifadəsinin məcburiliyi və bundan istifadə edilməməsinə görə əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, cərimələrin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki bu halda sahibkar POS-terminaldan istifadə etmək məcburiyyətində qalacaq və vətəndaş öz plastik kartından sərbəst şəkildə istifadə edə biləcək.
Nəticədə qeyri-nağd ödənişlərin artması dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərəcək. Fiskal gəlirlərin artmasına və bütövlükdə gizli iqtisadiyyatın leqallaşdırılmasına xidmət edəcək. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər davam etdirilməlidir”.
Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.
“Report” xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.
Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.