Month: August 2021

  • BSU-nun rüşvət almaqda təqsirləndirilən şöbə müdirinin məhkəməsi keçirilib

    Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə üzrə məhkəmə prosesi başlayıb.

    APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı avqustun 16-a təyin olunub.

    Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

    Dürdanə Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

  • Bakıda ət dükanında iyrənc mənzərə: Siçanlar aləmi bir-birinə qatdı – VİDEO

    Bakıda ət kəsim məntəqəsində sanitar qaydalara riayət edilmədiyi iddia edilir.

    Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub.

    Belə ki, vətəndaş iddia edir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən ət kəsimi məntəqəsində siçanlar gəzişir:

    “Söhbət sözügedən ünvanda “Fəridə” şadlıq evi ilə üzbəüzdə yerləşən ət kəsimi məntəqəsindən gedir. İçəridə siçanlar gəzir. Ət kəsilən masanın üzərində və yerdə natəmizlikdir. Bu şəraitdə fəaliyyət göstərilməsi insanların sağlamlığı üçün ciddi təhdiddir”.

    Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan müraciət Agentlik tərəfindən qeydə alınıb:

    “Göndərilən materiallar müvafiq şöbəyə yönləndirilib. Aidiyyəti üzrə araşdırılma başlanıb. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək”.

  • Milli Məclis: “Eldəniz Səlimova deputat maaşı veriləcək”

    “Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək”.

    Bunu “Report”un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

    Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: “Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa, onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək”.

    İntizam komissiyanın katibi onu da bildirib ki, E.Səlimova deputatlıq səlahiyyətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmayıb: “Sadəcə onun toxunulmazlığı əlindən alınıb”.

    Qeyd edək ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

    Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

    Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib. Parlamentin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında təqdimata baxılaraq E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

    Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

  • Röya şəhid övladları ilə görüşdü- VİDEO

    Xalq artisti Röya Ayxan göz yaşlarına hakim ola bilməyib.

    Şəhid övladları üçün təşkil olunan düşərgənin növbəti qonağı müğənni Röya Ayxan olub.

    O, şəhid övladları ilə birgə sevilən nəğmələrini səsləndirib. Bu zaman xalq artisti göz yaşlarına hakim ola bilməyib.

    Həmin görüntüləri təqdim edirik:

  • Президент распорядился выделить средства на строительство автодороги в Шабранском районе

    Президент Азербайджана Ильхам Алиев 5 августа подписал распоряжение о мерах по строительству автомобильной дороги Гандоб – Хачмаз – Ялама – госграница с Россией (6 км) – Падар в Шабранском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, в целях строительства данной трассы из суммы, указанной в подпункте 1.1.14 “Распределения средств, предусмотренных в госбюджете АР на 2021 год для государственных капиталовложений (инвестиционных расходов)”, Государственному агентству автомобильных дорог выделяется 1,1 млн манатов.

  • İlham Əliyev yol tikintisinə 1,1 milyon manat ayırdı

    Prezident İlham Əliyev Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

  • Erməni qız xalqının iyrənc üzünü bir daha göstərdi: “Türkiyədəki yanğını 44 gün sönməyə qoymayın” – VİDEO

    Türkiyədəki meşə yanğınlarına görə sevincinin həddi-hüdudu olmayan ermənilər elə həyasızlıqda da sərhəd tanımırlar.

    Sosial şəbəkələrdə yayılmış növbəti görüntülər bu xalqın nümayəndələrinin ən yüngül şəkildə desək iyrənc xislətini növbəti dəfə göz önünə sərib.

    Belə ki, sosial şəbəkə erməni qadın Türkiyədə yaşayan ermənilərə müraciət edərək onları yanğının sönməsinə imkan verməməyə çağırıb. Üstəlik bu iyrənc çıxışın müəllifi yanğının nə az, nə çox Vətən müharibəsinin davam etdiyi günlərin sayı qədər – 44 gün davam etməsini istəyib.

    Bu çıxışı haqlı olaraq bütün bir xalqın şüuruna hopmuş faşizmin, riyakarlığın və ən əsası türkofobia “abidə”si hesab edə bilərik. Görünür, faşizmi xalq olaraq sevən, oğurluq-talançılıqla məşğul olduqları halda özlərini riyakarlıqla dünyanın “ən məzlum xalqı” kimi qələmə verən ermənilər üçün dünyada müqəddəs olan, hörmətə layiq olan heç bir anlayış qalmayıb.

    Erməni qızı 44 rəqəmini seçməklə Azərbaycanın haqq savaşında yanında olan qardaş Türkiyəyə qarşı öz xalqının bütün nifrət və kinini ortaya qoyur, tarixi ədalətin bərpasının ermənilərin hər biri üçün ağır zərbə olduğunu bir daha sübut edir. Seçilmiş 44 rəqəmi Vətən müharibəsində qazanılmış qələbəmizin bu xalqın psixologiyasını necə alt-üst etdiyini ortaya qoyur, cəzalandırılmaq hissinin hər bir erməninin ürəyinə qorxu alovu saldığını göstərir.

    Üstəlik erməni qadın iyrənc sözləri ilə öz xalqının daha bir xislətini ifşa etmiş olur. O, göstərir ki, harada yaşamasından asılı olmayaraq, ermənilər istənilən an qonaq olduğu evin sahibini arxadan vurmağa, ona xəyanət etməyə hazır bir xalqdır.

    Türkiyədəki ermənilərə edilmiş həmin müraciət göstərir ki, ermənilər “xalq” olaraq öz xislətlərini heç zaman tərk etmir, sadəcə maskalanaraq uyğun şəraitdə növbəti xəyanət ehtimalının yaranmasını gözləyirlər.

    Haqlı olaraq bu cür çıxışlar edən bir xalqdan hər cür xəyanəti gözləməli və ehtiyatı əldən verməməliyik! Burada ən yaxşı məqam odur ki, bu amili ermənilər özləri bizə xatırladır. Özlərini ifşa edərək bir növ deyirlər ki, bizim iyrəncliyimizin, mənfur xislətimizin heç bir hüdudu yoxdur, biz istənilən məqamda bütün dünyanın gözləri qarşısında bütün mənəvi dəyərləri tapdalaya, əxlaqı yox saya, bəşəriyyətə xəyanət edə bilərik…

  • Narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı – FOTO

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.

    Nəqliyyat vasitəsinə baxış keçirilərkən 22 ədəd kağız bükümdə satış məqsədilə daşıdığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

    Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Sabirabad rayon sakini, 44 yaşlı Elnur Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.

    Burada onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 100 qram olan heroin, 30 qrama yaxın “patı” adlanan narkotik maddə-metamfetamin və 30 ədəd “metadon” həbləri aşkar edilərək götürülüb.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinən Hacıqabul rayon sakini Nazim Quliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə-heroin aşkar edilib.

    Hər iki faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Quba rayon birinci Nügədi kənd sakini Fariz Ağayev saxlanılıb.

    Həmin şəxsin evinə baxış zamanı narkotik vasitə hesab olunan qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunan aqrotexniki qaydada qulluq olunan 42 ədəd çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülüb. Faktla bağlı istintaq aparılır.


  • Минэкологии начало расследование в связи с вырубкой деревьев в Баку

    Расследована жалоба, поступившая в Государственную службу экологической безопасности, по поводу вырубки деревьев на улице Магсуда Ализаде, 17 в Баку.

    Как сообщил представитель службы Вагиф Джавадов, на основе аэрокосмических снимков была зафиксирована вырубка двух деревьев на территории, где проводились строительные работы.

    В настоящее время для установления личностей владельцев земельной собственности и виновных проводится расследование.

    В.Джавадов выразил благодарность представителям общественности, которые, проявив заботу о зеленых насаждениях, проинформировали министерство об инциденте.

  • Nazirlik Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırmaya başladı

    Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

    Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə iki ağacın götürülərək məhv edildiyi müəyyən olunub.

    “Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”.

    Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.