Month: August 2021

  • Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 68 nəfər ölüb

    Nigeriyanın Kaduna ştatında naməlum silahlı dəstələrin hücumları nəticəsində bir gecədə 68 sakin öldürülüb.

    “Report” “Daily Post”a istinadən xəbər verir ki, hadisələr zamanı 63 ev yandırılıb, 68 ha əkin sahəsi məhv edilib.

    Ştat rəhbərliyi tərəfindən ölənlərin ailələrinə başsağlığı verilib, zərərçəkənlərə dəstək tədbirləri barədə göstəriş verilib.

  • Azərbaycan yanğınsöndürənləri Muğlada yanğını söndürür

    Türkiyədə yanğınlar davam edir.

    “Report” xəbər verir ki, hazırda Türkiyə və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qardaş ölkənin Muğla şəhərinin Kavaklı bölgəsində baş verən yanğını söndürürlər.

    Yanğının miqyası genişlənir.

  • В Самухе привлечены к ответственности организаторы свадеб, нарушившие правила карантина

    Сотрудники Самухского РОП выявили нарушения требований карантина на свадебных мероприятиях, организованных в поселке Гараери и селе Чобанабдаллы.

    Об этом говорится в сообщении Гянджинской региональной группы пресс-службы МВД.

    Было выявлено, что количество гостей, присутствующих на свадьбах, организованных по обоим адресам, превышает установленную норму (50 человек).

    Сотрудники полиции провели профилактические беседы с участниками торжеств, напомнили им о правилах карантина и составили административные протоколы в отношении организаторов мероприятий.

    Кроме того, гостей, приглашенных на свадьбы, проверили на наличие паспортов COVID-19. По результатам проверки 40 человек не были допущены на мероприятия.

  • FED: “Hazırda faiz dərəcəsinin artırılması gündəmdə deyil”

    ABŞ Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən təməl faiz dərəcəsinin artırılması 2022-ci ilin sonuna yaxın gündəmə gələcək.

    “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Beynəlxalq İqtisadiyyat üzrə Piterson İnstitutu tərəfindən keçirilən videokonfransda FED sədr müavini Riçard Klarida bildirib.

    FED-in ehtimalına görə, gələn ilin sonunda ölkənin əmək bazarında ən yüksək məşğulluq səviyyəsi olacaq, inflyasiya isə 2 faiz səviyyəsində qeydə alınacaq. 2023-cü ilin sonunda isə faiz dərəcəsinin ikiqat artırılacağı gözlənilir.

    Qeyd edək ki, cari ilin birinci rübündə ABŞ-da ÜDM illik 6,3 faiz, ikinci rübündə isə 6,5 faiz artıb. İyulun sonunda təməl faiz dərəcəsi 0-0,25 səviyyəsində saxlanılıb.

  • Avropa Komissiyası “Novavax” peyvəndinin tədarükünə dair müqavilə imzalayıb

    Avropa Komissiyası (AK) “Novavax” şirkətinin istehsal etdiyi koronavirus vaksininin Avropa İttifaqı məkanında istifadəsini təsdiqləyib və üzv ölkələrə 200 milyon dozanın tədarükü ilə bağlı müqavilə imzalayıb.

    Median.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə AK prezidenti Ursula fon der Leyen və AK səhiyyə komisarı Stella Kiryakides sosial şəbəkə hesablarından bildiriblər.

    Xatırladaq ki, 2020-ci ildə Avropa Komisiyası 6 əczaçılıq şirkətinin istehsal etdiyi, klinik sınaqları tam başa çatmamış peyvəndlərin 2 milyarddan artıq dozasının tədarükünə dair müqavilələr imzalamışdı. Daha sonra həmin şirkətlərdən 4-nün klinik sınaqları müvəffəqiyyətlə başa çatdırılıb və onlara Avropa Dərman Agentliyi (EMA) tərəfindən sertifikat verilib.

  • ABŞ-da koronavirusa yoluxmaların böyük əksəriyyəti “Delta” variantının payına düşür

    ABŞ-da koronavirusa yoluxmaların 93 faizi “Delta” variantının, əsas etibarilə onun B.1.617.2 variantının payına düşür.

    Bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında bildirilir.

    Belə ki, 18-30 iyul tarixləri arasında ölkə boyu qeydə alınan yoluxmalara dair hesabata görə, Kanzas, Missuri kimi ştatlarda həmin göstərici hətta 98 faiz təşkil edir.

    Ötən ayın sonunda qurumun direktoru Roşel Valenski “Delta” variantına yoluxma sayının ay ərzində 50 faizdən çox artdığını açıqlamışdı.

  • Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanıldı

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 3 nəfər tutulub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyatlar zamanı şəhər sakinləri Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı müvafiq olaraq 350 qrama yaxın heroin, 400 qram marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində yerləşən bir mağazadan oğurluq edən Münasib Şirinov saxlanılıb. Onun gecə saatlarında mağazaya daxil olaraq oradan müxtəlif əşyalar oğurladığı məlum olub.

    Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

  • Son sutkada peyvənd olunanların sayı açıqlanıb

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 021 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 087 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 187 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 013 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 173 808 təşkil edir.

  • В Азербайджане за последние сутки выявлено 996 новых случаев заражения коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 996 новых случаев инфицирования коронавирусом, 202 человека вылечились и были выписаны домой.

    Об этом 4 августа сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще пять пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 346 878 человек, 5 039 – скончались, 333 694 – вылечились, 8 145 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 4 070 700 тестов на COVID-19 (за последние 24 часа – 10 465).

  • Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu: Beş nəfər öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 5 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 346 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 465, ötən müddət ərzində isə ümumilikdə 4 070 700 test aparılıb.