Month: August 2021

  • MTRŞ müsabiqənin nəticələrini açıqlayıb, heç bir iddiaçıya lisenziya verilməyib

    Bu gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulub.

    Bu barədə MTRŞ-dan bildirilib.

    Məlumata görə, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

    Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumilkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

    Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil. Bununla da Şura heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

    Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

  • MN: Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Birgünlük fasilə başa çatdı: Sabah Olimpiadada Azərbaycandan kimlər çıxış edəcək?

    Tokio Olimpiadasında Azərbaycan üçün bir günlük fasilə sabah başa çatacaq.

    Sabah iki idmançımız mübarizəyə qoşulacaq. Sərbəst güləş və karate yarışları məhz sabahdan etibarən start götürəcək.

    İlk olaraq mübarizəyə sərbəst güləşçimiz Turan Bayramov start verəcək. 74 kq çəki dərəcəsində yarışan idmançımızın Bakı vaxtı ilə saat 06:30-dan start götürən yarışda rəqibi Vasili Mixaylov (Ukrayna) olacaq.

    Karateçimiz Firdovsi Fərzəliyev isə Bakı vaxtı ilə saat 07:20-dən etibarən mübarizə aparacaq. O, A qrupunda Eray Şamdan (Türkiyə), Darxan Assadilov (Qazaxıstan), Əli Əl-Savi (Misir) və Naoto Saqo (Yaponiya) ilə görüşəcək. İdmançımız ən azı bürünc medalı özünə təmin etmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır.

    Qeyd edək ki, Azərbaycan indiyədək Tokio Olimpiadasında üç bürünc medal qazanıb. Ölkəmiz medal sıralamasında Misir və Meksika ilə birgə 76-cı sıradadır.

    //oxu.az

  • Suriyada hərbçilərlə dolu avtobus partlayıb

    Suriyanın paytaxtı Dəməşq şəhərində hərbçilərə məxsus avtobus partlayıb.

    SANA agentliyi xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub, avtobusda olan üç hərbçi yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Əvvəl partlayışa səbəb kimi avtobusa partlayıcı maddənin yerləşdirilməsi göstərilsə də, bir müddət sonra bu versiya təsdiqini tapmayıb.

    Son məlumata görə, partlayış yanacaq çəninin alovlanması nəticəsində meydana gəlib.

  • 21 yaşlı oğlanı ilan sancdı

    Qaxda 21 yaşlı gənci ilan sancıb.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında rayonun Almalı kənd sakini, 21 yaşlı Ziyal Elbrus oğlu Əliyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Z.Əliyevi səhər saatlarında təsərrufatda ot biçən zaman ilan sancdığı məlum olub.

    Z. Əliyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, ona lazimi tibbi yardım göstərilib.

    Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

  • Müdafiə naziri azad olunmuş ərazilərdəki bir neçə yeni hərbi hissədə olub

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə olub.

    Nazir şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

    Müdafiə nazirinə məruzə olunub ki, komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

    Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

    Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

    Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

  • В Китае сделали более 1,7 млрд прививок от коронавируса

    Китайские медики в ходе кампании по массовой вакцинации населения сделали более 1,7 млрд прививок. Об этом в среду сообщил Государственный комитет по вопросам гигиены и здравоохранения КНР.

    Согласно опубликованным на его сайте данным, по всей стране уже распределили 1 708 356 000 доз вакцин. За последние сутки врачи сделали гражданам КНР более 19,7 млн прививок.

    В июне китайский эпидемиолог Шао Имин заявил, что для выработки коллективного иммунитета необходимо полностью привить 80-85% населения – более 1 млрд человек.

    К настоящему моменту четыре вакцины китайского производства одобрены для выхода на внутренний рынок КНР, еще три препарата получили разрешение на экстренное использование.

  • DİN-dən avtobus sürücülərinə xəbərdarlıq – VİDEO

    Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Suraxanı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

    Maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

    Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

    Analoji tədbir paytaxtəın Binəqədi rayonunda da həyata keçirilib. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı xeyli sayda pandemiya qaydalarına əməl etməyən şəxslər aşkar edib və onlarla profilaktik söhbətlər aparıblar. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə birbaşa olaraq nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

    Vətəndaşlarımızdan bir daha xahiş və tələb edirik ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

  • Məhərrəm ayının başlanacağı tarix bilindi

    Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 10-da başlayacaq.

    Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 19-na təsadüf edəcək.

    Səfər ayı isə 8 sentyabrda başlayacaq, 7 oktyabrda başa çatacaq.

  • Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

    “Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli – insan və texnika yardımı göstərilib”.

    “Report”un məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb: “Birinci mərhələdə Azərbaycandan 100 nəfərdən ibarət şəxsi heyət təyyarə vasitəsilə, ikinci mərhələdə isə quru yolla 54 texnika və 247 nəfər şəxsi heyət Türkiyəyə gəlib. Dünən axşam Azərbaycan yanğınsöndürənləri Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Buldan və Tavas istiqamətlərindəki yanğın yerlərinə göndərilib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub. Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, iki saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Bu gün səhər saatlarında məlumat verildi ki digəri də söndürülüb. Göstərişim əsasında orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir”.