Month: August 2021

  • İranda koronavirusa yoluxanların sayı 4 milyonu keçdi

    İranda ötən sutka ərzində 409 nəfər koronavirusdan (COVID-19) ölüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

    Bununla da İranda bu virusdan ölənlərin sayı 92 194 nəfərə yüksəlib.

    İranda ötən sutka ərzində 39 357 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 019 084 nəfərə çatıb. Virus daşıyıcılarından 5 959 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

    Ölkədə indiyədək 3 444 798 nəfər koronavirusdan sağalıb, 26,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

    Ümumilikdə, İranda 14 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 11,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,89 milyon təşkil edir.

    Koronavirusa yoluxma üzrə 285 rayon qırmızı və 110 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 53 rayon sarı zona hesab olunur.

  • Rihanna rəsmən milyarder oldu

    Bütün dünyada Rihanna kimi tanınan Robin Rianna Fenti rəsmən milyarder olub.

    Bu barədə “Forbes” məlumat yayıb.

    Məlumata görə, hazırda müğənninin sərvəti 1.7 milyard dollar təşkil edir.

    Bu sərvətlə Rihanna dünyanın ən varlı musiqiçi qadınına çevrilib.

    Məşhurun öz sərvətinin xeyli hissəsini (1.4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu “Fenty Beauty” kosmetika şirkəti sayəsində əldə etdiyi bildirilib.

  • Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Qarxun kənd sakini Ramil İsayev saxlanılıb.

    Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu, eləcə də 377 qram marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Şəkidə zəncirvari qəzada 4 avtomobil toqquşub, yaralılar var

    Şəkidə 4 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.

    Hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində, Şin çayı üzərindəki körpüdə qeydə alınıb.

    Belə ki, hərəkətdə olan dörd avtomobil, “VAZ-2107″, VAZ-2115″ QAZ-3110” VƏ “Opel” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib. Xəsarət alanlarla bağlı məlumat yoxdur.

    Faktla bağlı araşdırma aparılır.

  • Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

    Ermənistan Baş naziri müavininin keçmiş müşaviri Vaqan Unanyan Xarici İşlər Nazirliyinin mətbuat katibi təyin edilib.

    Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi feysbuk səhifəsində yayıb.

    Qeyd edək ki, Vaqan Unanyan 2021-ci il avqustun 2-də Baş nazirin müşaviri vəzifəsindən azad olunub. Mayın 31-də isə Anna Naqdalyan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsindən istefa vermişdi.

  • İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olundu

    İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

    İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

    Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

    İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

    İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

  • Lukaku “Çelsi”yə keçməyə razıdır

    “İnter”in futbolçusu Romelu Lukaku “Çelsi”yə transfer olunmağa razılaşıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə “The Thelegraph” məlumat yayıb. “İnter” 28 yaşlı hücumçunu London klubuna satmağa razı olsa, o, Premyer Liqa təmsilçisinə keçməyə hazırdır.

    Belçikalı oyunçunun bu qərara gəlməsində onun “Çelsi”nin baş məşqçisi Tomas Tuhellə işləmək istəyi də önəmli rol oynayıb.

    Qeyd edək ki, “Çelsi” Lukakuya görə “İnter”ə 120-130 milyon avroluq transfer təklifi etməyə hazırdır.

  • Bakı, Sumqayıt və Abşeronda vakant müəllim yerlərinin sayı AÇIQLANDI

    “Müəllimlərin işə qəbul imtahanında Sumqayıt, Bakı və Abşeronda 1055 vakant yer müsabiqəyə ayrılıb”.

    Bunu təhsil naziri Emin Əmrullayev bildirib.

    Onun sözlərinə görə, hər il təxminən 3 min vakant yer təkrarlanır:

    “Müəllim sayından asılı olaraq yerlər vakansiyaya çıxarılır. Bu il riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub”.

    Nazir qeyd edib ki, hazırda ölkə üzrə 60-64 yaş aralığında 1 533 müəllim çalışır.

    //oxu.az

  • На заседании Координационного штаба обсуждены вопросы исполнения работ на освобожденных территориях

    4 августа состоялось очередное заседание Координационного штаба, созданного Распоряжением Президента Азербайджанской Республики от 24 ноября 2020 года с целью решения в централизованном порядке вопросов на освобожденных от оккупации территориях.

    Как сообщает Азертадж, открывая заседание, руководитель штаба, руководитель Администрации Президента Самир Нуриев подчеркнул особое значение поручений и указаний Президента Азербайджанской Республики Ильхама Алиева, связанных с постоянно находящимися в центре его внимания процессами восстановления и реконструкции освобожденных от оккупации территорий, с точки зрения определения направлений и приоритетов проводимых работ.

    Отметив, что главной целью является максимально эффективное, качественное, быстрое, планомерное и координированное ведение процессов восстановления и реконструкции, являющихся одним из общенациональных приоритетов, руководитель штаба подчеркнул важность динамичного исполнения осуществляемых работ в соответствии с меняющейся ситуацией.

    На заседании были подробно обсуждены вопросы возвращения населения, социального обеспечения семей шехидов и участников войны, развития экономики на освобожденных от оккупации территориях, градостроительства, детального планирования и гармоничного исполнения транспортно-инфраструктурных проектов и др. Были определены очередные шаги, связанные с поднятыми вопросами, и даны соответствующие поручения.

    Была подчеркнута важность мобилизации всех возможностей для осуществления быстрыми темпами и с высоким профессионализмом работ по восстановлению и реконструкции освобожденных от оккупации территорий в соответствии с поручениями Президента Ильхама Алиева, с учетом нового разделения экономических районов.

  • Sumqayıtda narkotik vasitələr satan 3 nəfər saxlanıldı

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 3 nəfər tutulub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyatlar zamanı şəhər sakinləri Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı müvafiq olaraq 350 qrama yaxın heroin, 400 qram marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində yerləşən bir mağazadan oğurluq edən Münasib Şirinov saxlanılıb. Onun gecə saatlarında mağazaya daxil olaraq oradan müxtəlif əşyalar oğurladığı məlum olub.

    Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.