Month: August 2021

  • В Загатале автомобиль сбил 23-летнего мужчину

    Прошлой ночью на участке автомагистрали Евлах – Загатала – Грузия, проходящем по территории Загатальского района, произошло ДТП.

    Об этом сообщает Qafqazinfo.

    Житель села Бахманлы Махир Гасымов (1967 г.р.) на автомобиле ВАЗ-21214 сбил жителя Гусарского района Натига Мусаева (1998 г.р.).

    Н.Мусаев был доставлен в Загатальскую ЦРБ. Его состояние оценивается как тяжелое.

    По данному факту ведется расследование.

  • 23 yaşlı gənc qəzada ağır yaralandı

    Zaqatalada 23 yaşlı gənci avtomobil vurub.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, Zaqatala rayonu, Bəhmənli kənd sakini, 1967-ci il təvəllüdlü Mahir Seyfulla oğlu Qasımov idarə etdiyi “VAZ 21214” markalı minik avtomobili ilə hərəkətdə olarkən, Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Natiq Musayevi vurub.

    Qəza zamanı ağır bədən xəsarətləri alan Natiq Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Число зараженных коронавирусом в мире превысило 200 млн

    По данным на утро 4 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 200 278 892.

    Суточный прирост составил 667 098.

    За весь период пандемии скончались 4 258 923 человека, выздоровели – 180 544 399.

    По числу зараженных лидируют США (36 049 015), на 2-м месте – Индия (31 769 132), 3-м – Бразилия (19 986 073), далее – Россия (6 334 195) и Франция (6 178 632).

    В Турции коронавирус выявлен у 5 795 665 человек, Иране – 3 979 727, Грузии – 428 670, Армении – 230 713.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (160 925 летальных исходов), Иране (91 785) и Турции (51 645).

    На сегодня в Азербайджане подтверждены 345 882 случая инфицирования COVID-19, 333 492 человека выздоровели, 5 034 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 200 278 892 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 4 258 923 xəstə ölüb, 180 544 399 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (36 049 015 nəfər), Hindistan (31 769 132 nəfər), Braziliya (19 986 073 nəfər), Rusiya ( 6 334 195nəfər) və Fransadır ( 6 178 632 nəfər).

    Türkiyədə 5 795 665, İranda 3 979 727, Gürcüstanda 428 670, Ermənistanda isə 230 713 nəfərdə koronavirus aşkar edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (160 925 nəfər), İran ( 91 785 nəfər) və Türkiyədə (51 645 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 345 882 nəfərin 5,034-ü ölüb, 333 492 xəstə sağalıb.

  • “Titanik” muzeyində faciə: Aysberq ziyarətçilərin üzərinə düşdü

    ABŞ-ın Tennessi ştatında yerləşən “Titanik” muzeyində aysberqi təsvir etmək üçün hazırlanmış divarın çökməsi nəticəsində üç nəfər xəsarət alıb.

    Bu barədə məlumat muzeyin “Facebook” səhifəsində dərc edilib.

    Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onların aldığı xəsarətin nə qədər ciddi olması hələlik məlum deyil.

    Hazırda “Titanik” muzeyi ziyarətçilərin üzünə bağlanıb.

    İnsidentin təfərrüatları araşdırılır.

  • Qüds yaxınlığında meşə yanğınları başladı

    Qüdsün qərbindəki meşəlik ərazidə yanğınlar başlayıb.

    Bu barədə “Kan” radiosu məlumat yayıb.

    Əraziyə yanğınsöndürmə briqadaları və xüsusi təyyarələr göndərilib.

  • Türkiyədə palçıq və qaya parçalarından ibarət sel əmələ gəlib – VİDEO

    Qlobal iqlim dəyişikliyi gün keçdikcə özünü daha aydın büruzə verir.

    İstiləşmədən ən çox təsirlənən ölkələrdən biri də, heç şübhəsiz ki, Türkiyədir.

    Son həftələrdə qardaş ölkədə müşahidə olunan daşqınlar, sel və meşə yanğınları bunun əyani sübutudur.

    Artıq belə sübutlara biri də əlavə olunub.

    “Haber Global”ın məlumatına görə, Ağrı dağının zirvəsindəki buzlar əriməyə başlayıb.

    Əsrlərdir toxunulmaz qalan buzların əriməsinə səbəb isə hava hərarətinin artmasıdır.

    Dağ ətəyidəki yaşayış məskənlərinin sakinləri buzların əriməsi prosesindən narahat olub, kəndlərində palçıq və qaya parçalarından ibarət selin axdığını bildiriblər.

  • Nyu-Yorkda qapalı iaşə obyektlərinə yalnız peyvənd olunanlar buraxılacaq

    Nyu-Yorkda qapalı məkanlarda yerləşən kafe və restoran, idman salonları və əyləncə mərkəzlərinə giriş üçün COVID-pasport tələb olunacaq.

    “TRT Haber” bildirir ki, müvafiq açıqlama ilə şəhər meri Bill de Blazio çıxış edib.

    O, peyvənd tələbinin təkcə iaşə obyektlərinin əməkdaşları üçün deyil, həm də müştəriləri üçün tətbiq ediləcəyini qeyd edib.

    Şəhər rəhbərinin sözlərinə görə, yeni qayda avqustun 16-dan qüvvəyə minəcək.

  • Türkiyədə iki min illik məzar tapılıb

    Türkiyənin Kəmər bölgəsindəki Parion antik liman şəhərinin qalıqları arasında qədim məzar daşı aşkar olunub.

    Bu barədə “Daily Sabah” məlumat yayıb.

    Məlumata görə, məzar daşının azı 1900 il öncəyə aid olduğu bildirilib.

    Eni və uzunu 1 metr olan daş arxeoloqlar tərəfindən dəyərli tapıntı kimi qiymətləndirilib.

    Məzar daşının üzərində ön planda qadın və kişi fiqurları, arxa fonda isə qullıqçular və masa təsvir olunub. Daşın üzərində yazılar da həkk edilib.

    Həmçinin, tapıntının əhatəsində daha 10 qəbir aşkar olunub.

  • ABŞ yoxsul ölkələrə peyvənd paylayacaq

    ABŞ aşağı gəlir səviyyəsinə malik 100 ölkəyə 500 milyon doza COVID peyvəndi göndərəcək.

    Ağ Evdən verilən məlumata görə, vaksinlərin göndərilməsinə avqust ayınının sonlarından etibarən başlanacaq.

    Qeyd edək ki, bugünədək ABŞ tərəfindən 60 yoxsul ölkəyə 110 milyon doza peyvənd göndərilib.