Month: August 2021

  • İranın Ermənistandakı səfiri və hərbi attaşesi Azərbaycanla sərhəd bölgəsinə səfər ediblər – FOTO

    İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

    “Report” xəbər verir ki, hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

    Səfir və attaşe Verin Şorja kəndi yaxınlığındakı sərhəd zonasını da ziyarət ediblər. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zohuri, hər iki tərəfin təmkinli olmasının və mövcud mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda şəhid olan əsgərlərin ailələrinə də başsağlığı verib.

    Həmçinin, səfir Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsinin bütün bölgə xalqlarının maraqlarına uyğun gəldiyini və İranın bölgədə sabitliyin bərqərar olması üçün lazımi səylər göstərəməyə hazır olduğunu bildirib.

    Qeyd edək ki, indiyədək yalnız ABŞ və Fransa səfirlərinin ziyarət etdikləri Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur. Təkcə onu xatırlamaq kifayətdir ki, ikinci Qarabağ savaşı günlərində cənub qonşumuzun xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırmışdı.

    İndi isə İslam Respublikası qeyd olunan ərazilərə öz səfirini göndərir. Bəs görəsən, 30 illik erməni işğalı ərzində İran müsəlman Azərbaycanın ərazi məsələlərinə qarşı niyə belə həssaslıq və qayğı gəstərməyib? Həqiqətən də, çox düşündürücü sualdır.

  • Cəlilabadda yol qəzası olub, xəsarət alan var

    Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, rayonda “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Zakir Həsənov general Hikmət Həsənovu işdən çıxartdı – ƏMR

    Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov vəzifəsindən azad olunub.

    Median.Az Manset.az-a istinadla xəbər verir ki, Müdafiə naziri general – polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

  • Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin – Kraliçanın şəxsi həkimindən MÜALİCƏ

    Doktor Mosaraf Ali uzun illərdir ki Böyük Britaniya kral ailəsinin şəxsi həkimi və sağlam qidalanma üzrə mütəxəssisidir.

    İl ərzində minlərlə tədbirlərdə iştirak edən 93-yaşlı II-ci Elizaveta bu yaşda sağlam və gümrah olmağına görə o cümlədən bu həkimin metodikalarına borcludur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, doktor Ali bütün dünyada məşhurdur. O, Hindistanda dünyaya gəlib, keçmiş SSSR-də təhsil alıb, vaxtilə məşhur Botkin xəstəxanasında çalışıb, hal hazırda isə İngiltərədə yaşayır. Onu pasiyentləri arasında Keyt Moss, Silvestr Stallone, Maykl Duqlas, Semuel L. Cekson və s. kimi dünya ulduzları, kral ailəsi və həmçinin adi insanlar da var. Doktor Ali sağlamlıq mövzularında 7 kitabın müəllifidir.

    Saglamolun.az əfsanəvi həkimin sağlamlıqla bağlı bəzi tövsiyələrini nəzərinizə çatdırır:

    1. Yeməyi asta-asta çeynəyin.

    2. İstənilən mayeni yeməkdən 45 dəqiqə sonra için.

    3. Turş məhsulların istehlakını azaldın.

    4. Şirniyyatlar, spirtli içkilər, qızardılmış qidalar, mayalı çörək və istənilən mayalı məhsullardan tam imtina edin. Qəhvənin istehlakını minimuma (gün ərzində 3 fincan) azaldın.

    5. Günorta yeməyindən sonra dincəlin, bir qədər uzanın, yatın, meditasiya edin. Şam yeməyindən sonra isə əksinə hərəkət edin, gəzməyə çıxın.

    6. Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin, yalnız bal əlavə olunmuş ot çayları için.

    7. Dərmanların qəbulunu minimuma çatdırın, xüsusilə bu antibiotiklər və göbələkəleyhinə preparatlara aiddir.

    8. Tez-tez təbiətlə ünsiyyətdə olun. Bu insanın ruhunu dincəldir, stressi azaldır.

    9. Yalnız təzə meyvə və tərəvəzləri yeyin. Konservləşdirilmiş, duza qoyulmuş, şirədə bişirilmiş meyvə və tərəvəzlərdən imtina edin.

    10. Gün ərzində 6-8 stəkan su için.

    11. Gün ərzində 5 dəfə kiçik porsiyalarla qida qəbul edin.

    12. Saat 23.00-dan gec olmayaraq yatmağa gedin.

    13. Kifayət qədər protein qəbul edin.

    14. Mal ətinin istehlakını azaldıb toyuq və hind toyuğu ətinə üstünlük verin.

    15. Yoqa ilə məşğul olun, belinizi düz tutun, massaj və özünü massaj mütləqdir.

  • Türkiyəyə ezam olunan FHN əməkdaşları hərəkət istiqamətini dəyişdi

    Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.

    Bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilməsi qərara alınıb.

    Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

    Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Denizlidədir.

  • İsrail 80 min doz vaksini məhv edəcək – SƏBƏB

    İsrail son istifadə tarixi bitmək üzrə olan 80 min doz koronavirus vaksinini məhv edəcək.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu barədə ölkənin “Kanal 12” televiziyası məlumat yayıb.

    Təl-Əviv administrasiyasından bildirilib ki, sözügedən vaksinlər “BioNTech-Pfizer”dir və istifadə müddəti bu gün bitir.

  • Представители диаспоры взяли под свою опеку ветерана и семьи двух шехидов – ФОТО

    По инициативе и при организационной поддержке представителей диаспоры в Азербайджане была проведена встреча с военнослужащими, продолжающими лечение в санаторно-курортном реабилитационном центре в поселке Бузовна Хазарского района Баку.

    Об этом говорится в сообщении Государственного комитета по работе с диаспорой.

    Было отмечено, что в ходе встречи представители диаспоры ознакомились с лечением военнослужащих и созданными для них условиями. На сегодняшний день здесь прошли неврологическое, психологическое и физиотерапевтическое лечение более 1 200 ветеранов.

    Представитель диаспоры Тарлан Гасымов взял на себя расходы по лечению ветерана Рафика Алиева, а также под свою опеку семью одного шехида, а Угур Эфендиев – другого погибшего героя. Проживающий в Германии азербайджанский исполнитель Захид Гулиев выступил перед ветеранами и подарил им музыкальные диски.

    По инициативе представителей диаспоры для детей было организована развлекательная шоу-программа. Затем им были вручены подарки.

  • Diaspor nümayəndələri qazi və iki şəhid ailəsini öz himayələrinə götürüblər – FOTO

    Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1 200-dən çox qazi nevroloji, psixoloji və fizioterapevtik müalicə alıb.

    Komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edərək, dövlət tərəfindən qazilərimiz, eləcə də şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını, lakin bununla belə, hər bir azərbaycanlının qazilərə, şəhid ailələrinə qayğı göstərməyi özlərinə mənəvi borc hesab etdiyini bildirib.

    Qazilərimizə tezliklə sağalmağı, ailələrinin yanına və xidmət yerlərinə qayıtmağı arzu edən qonaqlar bildiriblər ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qanını, canını fəda etmiş Vətən övladları ilə fəxr edirlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, eləcə də qazi və şəhidlərimizin sayəsində artıq yaşadıqları ölkələrdə başıuca gəzirlər. Diaspor nümayəndələrindən Tərlan Qasımov qazimiz Əliyev Rafiqin müalicə xərclərini və bir şəhid ailəsini, Uğur Əfəndiyev şəhid ailələrindən birini öz himayəsinə götürüb. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyev qazilər qarşısında çıxış edib və onlara musiqi disklərini hədiyyə edib.

    Diaspor nümayəndələri həmçinin Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin üzvləri, şəhid xanımları və şəhid övladları ilə də görüşüblər. Diaspor nümayəndələrinin təşəbbüsü ilə burda olan uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Şou proqramdan sonra uşaqlara hədiyyələr verilib.

  • Пожарные МЧС Азербайджана продолжают тушить пожары в Турции – ФОТО/ВИДЕО

    В соответствии с поручением Президента Азербайджана Ильхама Алиева с целью тушения лесных пожаров на территории Турции и предотвращения их распространения пожарно-спасательные силы МЧС Азербайджана в настоящее время продолжают на профессиональном уровне бороться с пожарами в братской стране.

    Об этом говорится в сообщении Министерства по чрезвычайным ситуациям.

    Отмечается, что распространение лесных пожаров во многих направлениях предотвращается усилиями азербайджанских пожарных, находящихся в районе Мармариса, где в последнее время стихийные бедствия обрели серьезные масштабы. В настоящее время пожарные МЧС Азербайджана продолжают принимать необходимые меры по ликвидации очагов возгорания в соответствии с оперативной обстановкой.

    Отметим, что под руководством замминистра по чрезвычайным ситуациям Азербайджана генерал-лейтенанта Этибара Мирзоева налажено скоординированное управление пожарно-спасательными силами ведомства в районе Мармариса

  • Dünyanın ən böyük təkər zibilliyində yanğın baş verib – VİDEO

    Küveytdə dünyanın ən böyük təkər tullantıları poliqonunda yanğın baş verib.

    Xarici KİV-də yayılan məlumatlara əsasən, yanğın vaxtında söndürülməzsə, bu, ölkə üçün ekoloji fəlakətə səbəb ola bilər.

    Qeyd edək ki, Sulabiyə şəhərindəki zibillik 600 min kvadratmetr sahəni əhatə edir. Burada təxminən 52 milyon ədəd istifadəyə yararsız təkər saxlanılır.

    Dünyanın ən böyük təkər tullantıları mərkəzinə təkcə Küveytdən deyil, həm də Pakistan, Hindistan və Malayziya kimi bir çox yerlərdən istifadə olunmuş şinlər gətirilir.

    Küveyt hökuməti artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərən poliqonun gələcək taleyi barədə qərar qəbul etməkdə çətinlik çəkir. Zibillikdə mütəmadi olaraq yanğınların baş verdiyi və nəticədə, planetimizin atmosferinə külli miqdarda toksik maddələrin buraxılır.

    Avropa ölkələrinin atmosferə zərərli tullantıların səviyyəsini aşağı salmaq istiqamətindəki səyləri fonunda Küveytdəki təkər zibilliyindəki mənzərə, yumşaq desək təəssüf doğurur.