Month: August 2021

  • Toni Kroos iki ay futboldan kənar qalacaq

    Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos zədələnib.

    Bu barədə kral klubundan məlumat yayılıb.

    Məlumata görə, almaniyalı oyunçuya pubalqiya diaqnozu qoyulub.

    Həkimlərin sözlərinə görə, futbolçunun bud və qarın əzələləri arasında yaranan disbalans çanaq nayihəsində kəskin ağrılara səbəb olub.

    Goal.com-un məlumatına görə, Kroosun LaLiqanın “Alaves”ə qarşı start oyununu buraxacağı dəqiqdir.

    “As” nəşri isə futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.

  • В Джалилабаде произошла авария, есть пострадавший

    В Джалилабаде произошло ДТП.

    Об этом сообщили в пресс-службе МЧС.

    Отмечается, что в Центр управления кризисными ситуациями ведомства поступила информация о столкновении автомобилей марок Mercedes и VAZ.

    Прибывшие на место происшествия спасатели противопожарной службы МЧС вызволили из деформированного немецкого седана одного человека.

  • Cəlilabadda yol qəzası olub, xəsarət alan var

    Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, rayonda “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Сегодня состоится ответная встреча Шахрияра Мамедъярова против Ароняна

    Сегодня состоятся оставшиеся матчи четвертьфинала по быстрым шахматам Chessable Masters, который является 8-м этапом Champions Chess Tour, организованного чемпионом мира Магнусом Карлсеном.

    На данном этапе представитель Азербайджана Шахрияр Мамедъяров встретится с Левоном Ароняном (США).

    Наш гроссмейстер проиграл своему сопернику в первый день четвертьфинала 0,5:2,5.

    В случае победы Ш.Мамедъярова, будет сыгран тай-брейк (третья встреча).

  • Şəhriyar Məmmədyarov Aronyanla cavab görüşünə çıxır

    Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan “Chessable Masters”də 1/4 finalın digər görüşləri baş tutacaq.

    Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu mərhələdə Levon Aronyanla (Ermənistan) cavab görüşünə çıxacaq.

    Məşhur qrossmeysterimiz ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub.

    Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk (üçüncü görüş) oynanılacaq.

  • Bu gün həbs olunan “klublar kralı” kimdir? – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün Bakının Nərimanov rayonunda yerləşən “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması ilə əlaqədar sözügedən obyektlərin rəhbərləri həbs olunub. Bunlar “İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser və “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifovdur.

    “Qafqazinfo”nun məlumatına görə, həbs olunanların arasında yer alan “Extra” gecə klubuna rəhbərlik edən Dilsuz Dəmirçiyev digərlərindən fərqli olaraq daha tanış simadır.

    Gecə klublarının kralı kimi tanınan Dilsuz Dəmirçiyev müəyyən vaxtlarda paytaxtda “Ellips”, “Otto”, “Süfrə”, “Status” “Malibu” kimi məşhur gecə klublarını çalışdırıb.

    2018-ci ildə isə həbs olunub. Buna səbəb iranlı şərikini döyməsi olub. Belə ki, üç il öncə adıçəkilən şəxslə bağlı şəriki Razlighi Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

    O, Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan edilib.

    Qeyd edək ki, son hadisə, yəni iki gecə klubunda karantin qaydalarının ciddi şəkildə pozulması daha böyük rezonans doğurub. Bu səbəbdən Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib. Bundan başqa, gecə klubunun yerləşdiyi əraziyə nəzarət edən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

    Rayon polis idarəsinin rəisi polkovnik Vaqif Müslümov isə hazırda məzuniyyətdədir. Onun vəzifələrini müvəqqəti olaraq rəisin birinci müavini Fərid Vəliyev icra edirdi.

    Məlumata görə, işdən çıxarılan İltimas Yusifli sabiq daxili işlər naziri Ramil Usubovun qohumudur.

  • Əfqanıstanda silahlılar nazirin evinə hücum etdi

    Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədinin evinə silahlı şəxslər hücum edib.

    Median.Az xəbər verir ki, bu barədə Kabil polisi məlumat verib.

    Silahlıların nazirin evinə soxulmasından bir müddət əvvəl avtomobil partladılıb və silah səsləri eşidilib.

  • “Dəfnimi çəkə bilməyəcəksiniz” – Flora Kərimova

    “Düşünürəm ki, o adam xoşbəxtdir ki, yaşıyanda sevilib, dünyasını dəyişəndə ağlayanı olub”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Elgizlə izlə” proqramında qonaq olarkən bildirib.

    Bu mövsümdə həyatını itirən incəsənət xadimlərinin xatirəsi üçün hazırlanan kadrları izləyən F.Kərimova dəfninin çəkilməsini istəmədiyini bildirib:

    “Məni belə görməyəcəksiniz. Mən evdə də demişəm, indi də deyirəm, 80 yaşım var, sabahım olmaya bilər. Ancaq mən köçəndə dəfnimi çəkə bilməyəcəksiniz. Ona görə yox ki, evdə tapşırıram. Üslubca gedəcəyəm, yerimi heç kim bilməyəcək. Övladlarıma da demişəm ki, sizdən bunu ruhum tələb edəcək”.

  • Qaxda “Niva” markalı avtomobil yanıb – FOTO

    Qax rayonunda yanğın hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İlisu kəndində qeydə alınıb.

    Belə ki, 1995-ci il təvəllüdlü Təhmuraz Qinyaz oğlu Məmmədova məxsus 99-LN-629 dövlət qeydiyyat nişanlı “Niva” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın hadisə şahidləri tərəfindən söndürülüb.

  • Hər kəs qanun qarşısında bərabərdir, polis sabitliyin qarantıdır

    İl yarımdır bütün dünyanı çənginə alan koronavirus pandemiyasının bütün ölkələrdə yaratdığı karantin rejiminin Azərbaycanda tətbiq olunması cəmiyyətimizin birliyini nümayiş etdirməklə yanaşı, dövlətimizin qanunları qarşısında hamının bərabər olmasını və heç kimin qanundan üstün olmamasını bir daha sübut etdi.

    Şübhəsiz, sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üzərinə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında bağlar zəifləyər, uçurum dərinləşər. Bu səbəbdən xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır.

    Dövlət başçısı da dəfələrlə vəzifəsindən, statusundan asılı olmayaraq, hər bir kəsi qanunlara riayət etməyə çağırıb, mövcud qaydaları pozanların cəzalandırılmasını tələb edib. Bir sözlə, hər kəs öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

    Bu məsələdə polislərin üzərinə böyük iş düşür. Koronavirus pandemiyası başlayandan ölkədə tətbiq olunan karantin rejiminə nəzarət etmək üçün daxili işlər orqanlarının əməkdaşları gecə-gündüz fəaliyyət göstərirlər. İlk dövrlər xeyli çətin olsa da, ötən il yarım ərzində cəmiyyət karantin tələblərinə bir növ öyrəşib və bu bəlanın bitməsini səbirsizliklə gözləyərək dövlət tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirməyi özünə borc bilir. Təəssüf ki, qanun pozuntularına da rast gəlinir. Daxili işlər orqanları ölkənin müxtəlif bölgələrində xüsusi karantin rejiminin tələblərini pozanları məsuliyyətə cəlb edib. Cəmiyyətə nümunə olması gərəkən şəxslərin isə bu qaydaları pozması vətəndaşların narazılığına səbəb olur və ciddi ictimai qınaqla qarşılanır.

    Belə hadisələrdən biri də bu il iyulun 29-da Xaçmaz rayonunda qeydə alınıb. Gecə saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimova karantin qaydalarının pozulması ilə bağlı haqlı irad bildirən polis əməkdaşı nalayiq hərəkətlə qarşılaşıb. Eldəniz Səlimov xidməti vəzifələrini icra edən polis nəfərinə qarşı zor tətbiq edib və bu gün də artıq deputat toxunulmazlığından məhrum olunaraq məhkəmə qarşısına çıxarılıb.

    Bu hadisə bir daha onu sübut edir ki, polislər tərəfindən qanunun icrasına heç kim mane olmamalıdır. Bir məsələ də diqqətdən yayınmamalıdır ki, karantin qaydalarını pozmuş hər hansı deputata liberallıq göstərilməsi narazılıq doğurar, ciddi ictimai qınağa səbəb olar. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və əgər yüksək rütbəli məmurlar, vəzifə sahibləri belə, qanunvericiliyin tələblərini, karantin qaydalarını pozarlarsa, hüquq-mühafizə orqanları tərəfindən dərhal adekvat qaydada cəzalandırılacaqlar.

    Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. Bir çox deputat həmkarları Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğv edilməsinə dair çıxışlar ediblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə çıxışında həmkarının bir növ müdafiəsinə qalxıb, onun toxunulmazlığına xitam verilməsini deputatların nüfuzuna zərbə kimi qiymətləndirib: “Öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”. Ancaq Tahir Kərimli unutmamalıdır ki, qanunları qəbul edənlər özləridirlər. Bu baxımdan, qanunverici orqanın təmsilçiləri davranışlarında daha da məsuliyyətli olmalı, nüfuzlarına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər.

    Bu gün Azərbaycanda qayda-qanunlara əməl olunmasına nəzarəti polis həyata keçirir. Bu baxımdan, polisin işinə müdaxilə yolverilməzdir. Xüsusilə deputatlar bu məsələdə daha diqqətli olmalıdırlar.