Month: August 2021

  • Pentaqon yaxınlığında atışma zamanı polis zabiti ölüb

    ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında baş verən atışma zamanı polis zabiti ölüb.

    “Report”un məlumatına görə, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

    Atışma çərşənbə axşamı Pentaqon kompleksindəki avtobus dayanacağında baş verib. Hadisə ilə əlaqədar sakinlər müvəqqəti olaraq yaşayış binasına buraxılmayıblar və bina müvəqqəti bloklanıb.

    Qeyd edilir ki, ərazidə vəziyyət normallaşıb, lakin ən yaxın metro stansiyasına giriş hələ də bağlıdır.

    Daha əvvəl WDVM telekanalı fövqəladə xidmətlərə istinadən hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını xəbər verib. İnsident metro stansiyasının yaxınlığında qeydə alınıb.

  • В Гяндже автомобиль сбил двух пешеходов – ФОТО

    В Гяндже произошло дорожно-транспортное происшествие.

    Авария зарегистрирована на проспекте Азиза Алиева.

    Так, водитель автомобиля марки ВАЗ-21011 потерял управление транспортным средством, в результате чего сбил стоявших возле жилого дома Максуда Алиева (1991 г.р.) и Рейхан Годжаеву (1947 г.р.).

    Оба пострадавших были госпитализированы с травмами различной степени тяжести.

    Отметим, что в результате аварии также пострадал водитель автомобиля Анар Асадов (1995 г.р.).

    По данному факту ведется расследование.

  • Çempionlar Turu: Məmmədyarov Aronyana uduzub

    Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan “Chessable Masters”də bu gün 1/4 final görüşlərinə start verilib.

    “Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.

    36 yaşlı qrossmeyster 1/4 final mərhələsinin ilk günündə rəqibinə uduzub. Şahmatçılar birinci oyunda sülhə razılaşıb. Aronyan II və III görüşdən qalib ayrılıb. IV görüşün nəticəsi isə əhəmiyyət daşımayacaq.

    1/4 final görüşləri sabah davam edəcək. Məmmədyarov rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.

    Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

  • В Физули обнаружены останки армянских военнослужащих

    Останки трех армянских военнослужащих, пропавших без вести во время второй Карабахской войны, были обнаружены при поиске в Физули.

    Об этом сообщает Report со ссылкой на News.am.

    Отмечается, что тела еще трех военнослужащих были переданы при посредничестве российских миротворцев.

    Таким образом, сегодня на освобожденных территориях были обнаружены останки 6 армянских военнослужащих.

    Будет назначена судебно-медицинская экспертиза для установления его личности.

    За все время проведения поисковых работ на территории Азербайджана найдены тела и останки в общей сложности 1 629 армянских оккупантов.

  • Ermənistanın Azərbaycanda qalıqları tapılan itkin hərbçilərinin sayı 1 629 nəfərə çatıb

    Bu gün Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 3 hərbçisinin qalıqları tapılıb.

    Bu barədə “Report” “News.am”a istinadən xəbər verir. Qeyd edilir ki, daha 3 hərbçinin qalıqları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib. Beləliklə, bu gün Azərbaycan ərazisində ümumilikdə 6 erməni hərbçinin qalıqları tapılıb.

    Qeyd edilir ki, erməni hərbçilərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da 2020-ci ilin 13 noyabrından Azərbaycan ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 629 nəfərə çatıb.

  • Bakıda 32 naməlum şəhidin məzarı açıldı (RƏSMİ)

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

    Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

    İctimaiyyətə ətraflı məlumat veriləcək.

    ***

    Bakıdakı Şəhidlər Xiyabanında naməlum qəbirlər açılır.

    Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, artıq bir neçə məzar açılıb.

    Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov sayta açıqlamasında faktı təsdiqləyib.

    S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir:

    “Buna səbəb naməlum qəbirlərin kimliklərinin müəyyən olunmasıdır”.

  • Рафига Гусейнова встретили овациями в Олимпийской деревне – ВИДЕО

    Сегодня Рафиг Гусейнов, представляющий Азербайджан на летних Олимпийских играх в Токио, завоевал бронзовую медаль в соревнованиях по греко-римской борьбе.

    После соревнований его товарищи по команде встретили спортсмена овациями в Олимпийской деревне.

    Представляем эти кадры.

  • Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirib

    Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

    Belə ki, “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri – 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Nazim Babayev məğlubiyyətindən yazdı – FOTO

    Xəbər verdiyimiz kimi, qapalı məkanda Avropa çempionu olmuş Nazim Babayev atletikanın üç təkanla tullanma növündə uğursuz çıxış edib.

    O məğlubiyyətindən sonra “Facebook” profilində paylaşım edib.

    İdmançı bildirib ki, onu bu məğlubiyyətdə ən çox üzən bütün Azərbaycan Xalqının ehtimadını doğrulda bilməməyimdi.

    Paylaşımı təqdim edirik:

  • ETSN rəsmisi meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib

    Son günlər baş verən meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, “nə edək ki, belə qarşısı çətin alına bilən fəlakətlə üzləşməyək?” kimi düşündürücü sual da yaratdı.

    Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək.

    “Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hər birimizi üzməli və düşündürməli olan bu həssas məsələ ilə bağlı fikirlərini səsləndirib və vətəndaşlara çağırış edib:

    “Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər.

    Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”.