Month: August 2021

  • Azərbaycan millisi Gürcüstana məğlub olub

    Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

    “Report”un məlumatına görə, yığma gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

    Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının heyətində 74-cü dəqiqədə Vüsal Əliyev, 90-cı dəqiqədə isə Mahmud Ağayev fərqlənib.

  • Avropa Liqası: “Neftçi” – HİK matçı start götürüb

    “Neftçi” və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

    “Report”un məlumatına görə, “Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da start götürüb.

    Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edir.

  • Rafiq Hüseynov Olimpiya kəndində alqışlarla qarşılanıb – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb.

    O yarışdan sonra, Olimpiya kəndinə qayıdarkən komanda yoldaşları tərəfindən alqışlarla qarşılanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR

    Arıqlama sahəsindən ən tanınmış mütəxəssislərdən biri olan bariatric cərrah Endrü Cenkinsonun fikrinə görə, pəhrizlər arıqlamağa kömək etmir.

    Bir çox insanlar fikir verirlər ki, pəhriz zamanı azalan çəki pəhrizdən sonra tam şəkildə qayıdır və hətta artıq kilolar da əmələ gəlir. Bu arıqlamaq istəyənlərdə inamsızlıq yaradır, onları depressiyaya salır.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, öz təcrübəsinə əsaslanaraq həkim sübut edir ki, arıqlamaq istəyən insan heç bir pəhriz saxlamamalı və qəbul etdiyi kaloriləri saymamalıdır. Qidalanmada müəyyən dəyişikliklər etmək lazımdır. Yalnız bu halda insan arıqlaya bilər və itirilmiş çəki sonra yenidən qayıtmayacaq.

    Həkimin sözlərinə görə, ilk növbədə şəkər və rafinə edilmiş karbohidratlardan tam və həmişəlik imtina etmək lazımdır. Məhz bu qidalar orqanizmdə insulinin səviyyəsini kəskin qaldırır və sonra da kəskin salır ki, insan daim aclıq hiss edir və lazım olandan çox qida qəbul edir.

    Həkimin sözlərinə görə, gün ərzində 2-3 dəfə sağlam və sadə qidaları qəbul etmək, “atıştırmalık”qidalardan tam imtina etmək lazımdır. Bu halda orqanizm tədricən artıq kilolardan azad olacaq və effekt davamlı olacaq

  • Delta ştammı görmə və eşitmə zəifliyi yaradır – Həkim

    “Delta” ştammı digərlərindən simptomları ilə fərqlənir. Belə ki, bu ştamma yoluxan şəxslərdə görmə zəifliyi, eşitmə zəifliyi yarana bilər.

    Bu barədə AzTV-yə müsahibəsində infeksionist Ləman Qalimova məlumat verib.

    O bildirib ki, virusun ölkəmizdə yayılma ehtimalı yüksəkdir, çünki qonşu ölkələrdə artıq virus yayılır:

    “İnsanlar maksimum özlərini qorumalıdır. Gigiyena qaydalarına riayət etməli, insanların sıx toplaşdığı məkanlardan uzaq qalmalıdırlar. Əsas olan odur ki, vaksin aşkarlanıb və bu virusdan xilas yolu deməkdir”.

  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

    “Report”un məlumatına görə, artıq bir neçə gündür Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.

    Qeyd edək ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında Nazirliyin Marmaris bölgəsində olan yanğın-xilasetmə qüvvələrinin koordinasiyalı idarəetməsi təşkil olunub. Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınmış ikinci yanğın-xilasetmə qrupu isə sabah yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

  • У здания Пентагона произошла стрельба, есть пострадавшие

    Несколько человек пострадали при стрельбе, открытой недалеко от здания Пентагона.

    Как передает Report со ссылкой на РИА Новости, об этом сообщил местный телеканал WDVM.

    Управление охраны Пентагона сообщило ранее, что служба охраны блокировала здание Пентагона из-за инцидента в транзитном центре американского министерства обороны.

    Департамент пожарной службы Арлингтона сообщает в Twitter, что подразделения реагируют на сообщения об “активном инциденте” с применением насилия недалеко от здания оборонного ведомства.

    “Официальные лица сообщают о нескольких раненых”, – подчеркивает телеканал.

  • Pentaqon işini müvəqqəti dayandırıb

    ABŞ Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında atışma baş verib. Bu səbəblə Pentaqon işini müvəqqəti dayandırıb, əməkdaşları isə binadan çıxarılıb.

    “Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

    “Hazırda Pentaqonun qapalı olduğunu təsdiq edə bilərik. Bu, baş verən hadisə ilə əlaqəlidir. Təhlükə sovuşmayıb, əhali həmin ərazidən uzaq durmalıdır” – qurumdan bildirilib.

    Arlinqton Yanğın və Xilasetmə Departamentindən bildiriblər ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri polisdir. 3 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

  • Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 225 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 119 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 971 686, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 147 721 təşkil edir.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı 900-ü keçib, 4 nəfər vəfat edib

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddət ərzində isə ümumilikdə 4 060 235 test aparılıb.