Month: August 2021

  • Ukraynalı qadınla azərbaycanlı bankir arasında qalmaqal – FOTO

    Ukrayna vətəndaşı Valeriya Vitaliyevna Qurova ölkə rəhbərliyinə müraciət edərək Bank “BTB” ASC-də Müşahidə Şurası sədrinin müavini vəzifəsini tutan Cavid Zeynalovla bağlı tədbir görülməsini istəyib. Ölkə rəhbərliyinə yolladığı müraciətdə V.Qurova yazır ki, bu ilin fevralında Azərbaycan vətəndaşı Cavid Zeynalovla internet üzərindən tanış olub. 2 ay sonra Cavid Zeynalov Qurovanı Bakıya dəvət edərək işlə təmin edəcəyini bildirib.

    Median.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Valeriya Qurovanın yazdığına görə, Ukraynada özünün qurduğu onlayn biznesinin olduğuna və digər iş yerinin varlığına görə Cavid Zeynalovun təklifinə razılıq verməyib. Dnepr Dövlət Universitetinin “Beynəlxalq menecment” fakültəsinin məzunu olan 24 yaşlı Qurova qeyd edir ki, Cavid Zeynalov ona həmin işləri Bakıda da görə biləcəyini bildirib, onunla ailə quracağını deyib. Bundan sonra V.Qurovanın valideynləri ilə Cavid Zeynalovun ailə üzvləri, bacısı Leyla təmas qurublar. Leyla Zeynalova Bakıdakı “Pakhlava”, “Baku Cafe Dubai”, “Sumakh”, “Baku Cafe”, “M’EAT” restoranlarının daxil olduğu “Beat Group” şəbəkəsinin direktorudur. Cavid Zeynalovun ailə üzvləri də Qurovanın yaxınlarını əmin ediblər ki, qızlarını rahat şəkildə Bakıya göndərə bilərlər, heç bir problem olmayacaq. Bununla belə Qurovanın atası Cavid Zeynalovdan xahiş edib ki, qızına 1 ay müddətində qüvvədə olacaq təyyarə bileti geriyə qayıtmaq üçün də alınsın. Cavid Zeynalov Qurovanın atasını əmin edib ki, onun evlənmək fikri ciddidir, qızını “Caspian Avto İmport” şirkətinə 1000 manat maaşla işlə də təmin edəcək.

    Bakıya gəlməzdən əvvəl Qurova pasportunu, diplomunu Cavid Zeynalova göndərib ki, ölkəyə gəlişinə icazə alınsın. Bir müddət sonra Qurovaya baş nazir Şahin Mustafayevin imzası ilə ölkəyə gəlməyə icazə verilib. Qurova yazır ki, Bakıya gələndən sonra Cavid Zeynalov onu evlərinə aparıb və valideynləri, bacısı ilə tanış edib, onu yaşadıqları ünvana – Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksindəki mənzillərinə qeydiyyata aldırıb.

    Bundan sonra Qurova “Worldwide Education” təhsil şirkətində Azərbaycan dili kurslarına yazılıb ki, “Caspian Avto İmport” şirkətində işə başlayarkən dil problemi olmasın. Həmin müddətdə Cavid Zeynalov Qurovaya “Caspian Avto İmport” şirkətinin veb-səhifəsini idarə etməyi tapşırıb.

    V.Qurova yazır ki, bundan sonra problemlər başlayıb, Cavid Zeynalov onun işə çıxması ilə bağlı suallarına cavab verməkdən yayınıb, israr etdikdə isə valideynlərinin gözü qarşısında təhqiramiz formada cavablar verib. V.Qurovanın sənədlərini əlindən alaraq onu Mərdəkandakı bağ evinə apararaq orada saxlayıb. İyun ayında isə “Caspian Avto İmport” şirkətinin BTB bankının nümayəndəsi Emil Rzayevə satıldığını, Qurova ilə şirkət arasındakı müqavilənin ləğv edildiyini deyib. Qurova deyir ki, şirkətlə heç bir müqavilə bağlamadığından və şirkətdən şəxsən pul almadığından müqavilə haqda deyilənlərdən şübhələnib. Düşünür ki, onun sənədləri əsasında hansısa maliyyə maxinasiyaları həyata keçirilə bilər. Buna görə də Azərbaycan Baş Prokurorluğuna müraciət etməklə onun sənədləri əsasında maliyyə maxinasiyalarının baş verib-verməməsini araşdırılması üçün müraciət edib. Bu ilin avqustunda Qurova “Caspian Avto İmport” şirkətinin ofisinə getmək istəyini bildirəndə, Cavid Zeynalov tərəfindən hədələnib və tez bir zamanda Azərbaycanı tərk etməsi tələb edilib. Bir neçə gün sonra Cavid Zeynalov Qurovanı evindən qovub, deyib ki, prokurorluğun 2-ci mərtəbəsində kabineti olan dostu Elçin vasitəsi ilə ona ciddi problemlər yaradacaq. Qurova Azərbaycanda mənzil kirayələyərək Cavid Zeynalovun onun sənədlərindən istifadə etməklə maliyyə maxinasiyaların edib-etməməsinin araşdırılmasına nail olmağa çalışır. Hüquq-mühafizə orqanlarından xahiş edir ki, ona qarşı təhdidlər araşdırılsın, tədbir görülsün.

    Məsələ ilə bağlı Bank “BTB” ilə əlaqə saxlanılsa da sorğunu cavablandırmaq istəməyiblər.

  • Əfqanıstandan təxliyyə olunan qadın təyyarədə ana oldu

    Türk Hava Yollarının icra etdiyi təxliyyə uçuşu zamanı Əfqanıstandan olan qadının uşağı dünyaya gəlib.

    Təyyarədə həkim olmadığı üçün doğuşa heyət üzvləri yardım etməli olublar. Ana və körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir. Uşağa Həvva adı qoyulub.

    Mənbə: “Haber Global”

  • Türkiyədə dəhşət: 14 yaşlı oğlan ailə üzvlərini güllələyib öldürdü

    Türkiyənin Ordu vilayətində qandonduran hadisə baş verib.

    Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.

    O, polis məmuru olan atasının tapancasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb.

    Nəticədə, anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırma başladılıb.

    Mənbə: “Haber Global”

  • Bu ölkə koronaya qalib gəldi: Bütün qadağalar götürülür

    Danimarka hökuməti koronavirusa qalib gəldiyini elan edib.

    Rəsmi Kopenhagen “COVID-19”la bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün hərəkətə keçib.
    Qeyd olunub ki, qadağalar iki həftə ərzində qüvvədən düşəcək.

    Ölkədə hazırkı vəziyyəti şərh edən səhiyyə naziri Maqnus Hoynike “virus nəzarət altındadır”,- deyə bildirib.

    Vurğulanıb ki, vətəndaşların 70 faizindən çoxu vaksinasiyada iştirak edib.

    Qeyd edək ki, Danimarka sərt karantin rejiminə keçən ilk ölkələrdəndir. Son həftələrdə ictimai nəqliyyatda maska tələbi ləğv edilib.

    Koronavirus pasportunun tələbi isə iki həftə sonra deaktiv olacaq.

  • Azərbaycanda elçiliyə apardıqları kişinin protezini oğurladılar

    Naxçıvanın Şərur rayonunda beş gənc təsadüfən tanış olduqları kişini elçiliyə aparıblar, daha sonra onun evinə girib protez damağını oğurlayıblar.

    Hadisə fevralın 20-i gecə saat 02:30 radələrində rayonun Xanlıqlar kəndində baş verib. Evə daxil olan 5 nəfər oradan 30 manat dəyərində qol saatı, 40 manat dəyərində Samsunq markalı mobil telefonu, 220 manat dəyərində 1 ədəd protez damaq və pencəyinin cibindən 320 manat pulu götürüblər.

    Belə ki, fevralın 17-də taksi fəaliyyəti ilə məşğul olan Təvəkkül Əliyev həmkəndlisi Nüsrəddin Məmmədovu evinə apararkən yol kənarında dayanan yaşlı bir kişini də maşına götürüb. Yolda söhbət zamanı Nüsrəddin həmin kişinin Xanlıqlar kəndindən olduğunu bildikdə o kənddə yaşayan bir qızı sevdiyini, lakin ailəsinin razı olmadığını deyib. Hətta bir dəfə elçi getdikdə qızın atasının onu qapıdan qovduğunu da bildirib. Həmin zaman sərnişin olan, sonradan evindən oğurluq edilən Həsən Quliyev o ailə ilə qohum olduqlarını deyərək ona kömək edəcəyini bildirib. Bu söhbət əsnasında Təvəkkül və Nüsrəddin Həsən kişini evinə aparıb orada çay içib söhbət ediblər. Həsən Quliyev taksi sürücüsünə yol haqqı üçün 50 manat verib, Təvükkül isə xırda pulu olmadığını bildirib. Səhəri gün axşam saatlarında Həsən Quliyev Nüsrəddin üçün həmin evə elçiliyə gedib, lakin bu dəfə də onu əliboş geri qaytarıblar.

    Bir gün sonra Təvəkkül Əliyev Həsən Quliyev barədə tanışı Nurani Mehdiyevə məlumat verib və kişinin çoxlu 50 manatlıqlarla pulu olduğunu deyib.

    Məhkəmədə ifadə verən təqsirləndirilən Nurani Quliyev bildirib ki, fevralın 19-u axşam saatlarında Təvəkkül və Nüsrəddin onu Xanlıqlar kəndinə aparıb Həsən Quliyevin evini göstərdiblər: “Təvəkkül dedi ki, saat 3-də bizə zəng edəcək, kişinin evində olan 6 min manatı götürüb bölüşdürəcəyimizi də razılaşdırdıq. Sonra restorana qayıtdıq, bibim oğlu Amid və əmim oğlu Naillə pivə içirdik. Bir qədər sonra Sərxan da bizə qoşuldu. Pivə içib restorandan çıxanda Amidlə Sərxana qoca kişinin çoxlu pulu olması barədə danışdım və oğurluğa getməyə qərar verdik. Maşın çağırıb qocanın evinə getdik, saat 2-də ora çatdıq. Evin arxa tərəfinə keçib plastik pəncərə olduğunu gördük. Nail pəncərəni itələyib açıq olduğunu dedi, Amid orda qaldı ki, gələn olarsa, xəbər etsin. Nail, Sərxan və mən otağa girdik. Qoca kişi salonda divanda yatmışdı, stolun üstündən kişinin protez damağını və sadə telefonunu götürüb cibimə qoydum. Nail də kişinin saatını götürdü, həmin vaxt qoca kişi oyandı. Kişi “siz kimsiz, Azər sənsən?” dedi. Mən də “hə, baba, bizi tanımadın, nəvələrinik gəlmişik səni görək” dedim. Bu vaxt qoca kişi “qoy işığı yandırım” deyəndə onu vurub yıxdım və evdən çıxıb çöllük ərazi ilə qaçdıq. Orada polis bizi saxladı və adlarımızı yalandan fərqli dedik. Sonra evə getdik, damaqdakı dişləri söküb qızıl olub-olmadığını öyrənmək üçün aparıb Nüsrəddinə göstərdim, o da javelin içərisinə salaraq “bunlar qızıl deyil” dedi, sonra həmin dişləri kül qabının içərisinə atdı”.

    Zərərçəkmiş Həsən Quliyev məhkəmədə ifadəsində deyib ki, taksidə tanış olduğu Nüsrəddin adlı şəxs üçün elçilik etdiyi Abdulla adlı qohumu onu evdən qovub: “Dedi ki, sizə verəsi qızımız yoxdur. Sonra həmin uşaqlar məni evimə gətirdilər. Bir-iki saat sonra yenidən gəlib Rasim adlı şəxsin qızından da xoşları gəldiyini dedilər. Qızın atasıgilə elçiliyə getdik, onlar oğlanı tanımadıqlarını deyib qızı vermədilər. Həmin gün gecə saat 2-3 radələrində oyanıb gördüm ki, evdə 3 nəfər var. Kim olduqlarını soruşdum, nəvənik dedilər. Yataqdan durmaq istəyəndə saqqallı oğlan məni vurdu, sonra qaçdılar”.

    Həsən Quliyev hazırda həmin şəxsləri bağışladığını, gənc olduqlarından onlardan heç bir şikayətinin olmadığını bildirib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən beş nəfərin hər birinə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

    Qafqazinfo

  • Мехрибан Алиева поздравила азербайджанского спортсмена, установившего новый мировой рекорд – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева в своем официальном аккаунте в Instagram поздравила нашего спортсмена с установлением нового мирового рекорда.

    “Наша очередная победа! Атлет нашей сборной Гамид Гейдари завоевал седьмую золотую медаль для Азербайджана! В соревнованиях по метанию копья он показал результат 51,42 метра и это стало новым мировым рекордом. Искренне поздравляю нашего спортсмена и желаю национальной сборной новых достижений!”, – сказано в публикации.

  • Mehriban Əliyeva yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında paylaşım edərək yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib.

    Paylaşımda deyilir:

    “Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!”

  • Əfqanıstanda sakinlər bankların bağlanması ilə bağlı etiraz edir

    Əfqanıstanın paytaxtı Kabildə yüzlərlə sakin bankların bağlanması ilə bağlı etiraz aksiyası keçirib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə banklar, Əfqanıstan Mərkəzi Bankı, eləcə də valyuta mübadilə məntəqələri bağlı qalmaqda davam edir.

    “Taliban” hərəkatı bütün bankların fəaliyyətinin bərpa olunacağını bildirsə də, bir çox əməkdaşlar təhlükəsizlik baxımından işə çıxmaqdan imtina edib.

    Etiraz edən sakinlər banklarda qalan vəsaitlərin qaytarılması tələbi ilə yürüş keçirib.

    Qeyd edək ki, Əfqanıstanda banklar iki həftə əvvəl bağlanıb.

  • İraq Türkiyədən “Bayraktar TB2” PUA-ları alır

    İraqın Müdafiə Naziri Cuma İnad Sadun Türkiyədən “Bayraktar TB2” PUA-ları, həmçinin 12 ədəd T129 ATAK helikopteri və altı ədəd KORAL – mobil elektron hərbi sistemlərini alacaqlarını açıqlayıb.

    Nazirin sözlərinə görə, artıq PUA-larla bağlı razılıq əldə olunub. Helikopter və KORAL sistemlərinin alınması məsələsi ilə müzakirə edilir.

  • Azərbaycanda qalıqları aşkarlanan erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb

    Cəbrayıl rayonunda ikinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

    Bu barədə Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

    Bununla da Azərbaycan ərazisində qalıqları aşkarlanan itkin erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb. Axtarışlar davam edir.

    Qeyd edək ki, bu, itkin sayılmış erməni hərbçilərin sayıdır.