Month: August 2021

  • “Tokio-2020”: Medal sıralamasında Azərbaycan yeddinci pilləyə yüksəlib

    Avqustun 28-də – “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar.

    Medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 30 qızıl, 21 gümüş və 26 bürünc medal qazanıblar. İkinci pillədə 16 qızıl, 12 gümüş və 15 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 13 qızıl, 7 gümüş və 20 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.

    ABŞ 11 qızıl, 7 gümüş, 4 bürünc medalla dördüncü, Ukrayna 8 qızıl, 17 gümüş, 9 bürünc mükafatla beşinci, Avstraliya isə 7 qızıl, 9 gümüş və 11 bürünc medalla altıncıdır. Hesabında 7 qızıl və 2 bürünc medal olan Azərbaycan yeddinci pillədə yer alıb. Digər pillələrdə Braziliya (6-5-12), Niderland (6-5-5) və İtaliya (5-7-6) qərarlaşıblar.

    Azərbaycan komandasının aktivində 9 medal var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Qeyd edək ki, “Tokio-2020”də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

    XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

  • В Азербайджане продлен особый карантинный режим

    В Азербайджане продлен особый карантинный режим до 06:00 1 ноября 2021 года.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

  • Azərbaycanda xüsusi karantin rejimi uzadıldı – RƏSMİ

    Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. 

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

    Qərara əsasən, xüsusi karantin rejimi 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.

  • В Азербайджане ушел из жизни известный нефтяник

    Нефтегазовая промышленность Азербайджана понесла тяжелую утрату.

    Как сообщили в Государственной нефтяной компании Азербайджана (SOCAR), на 80-м году жизни ушел из жизни Сохраб Салманов, много лет занимавший руководящие должности в нефтяной промышленности страны.

    С.Салманов, посвятивший всю свою жизнь развитию этой отрасли, был специалистом высокого уровня и умелым руководителем.

    Награжден орденом “Шохрат” и другими государственных наградами, удостоен почетного звания “Заслуженный работник нефтяной и газовой промышленности Азербайджанской ССР”.

  • “Şöhrət” ordenli tanınmış neftçi vəfat etdi

    Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz verib.

    Dövlət Neft Şirkətinin (SOCAR) verdiyi məlumata görə, uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov ömrünün 80-ci ilində vəfat edib.

    Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər olub.

    S.M.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunub, “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) был вакцинирован 101 101 человек.

    60 650 из них получили первую дозу препарата, 40 451 – вторую.

    Об этом 28 августа сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 6 594 858 доз вакцины от COVID-19.

    При этом 3 990 054 человека получили первую дозу препарата, 2 604 804 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 101 doza vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 451 nəfərdir.

    Qeyd edək ki, ölkədə vurulan vaksinlərin dozasının ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir.

  • Хулуси Акар поблагодарил Азербайджан

    Министр национальной обороны Турции Хулуси Акар на встрече с вернувшимися из Афганистана турецкими миротворцами поблагодарил Азербайджан за сотрудничество.

    “Выражаю благодарность азербайджанским солдатам, служившим в нашем подразделении в Кабуле, министерствам и структурам”, – сказал глава оборонного ведомства.

    Х.Акар также поблагодарил афганцев, США, Великобританию, Германию и Таджикистан за поддержку во время службы.

    Источник: Hürriyet.

  • Hulusi Akar Azərbaycana təşəkkür etdi

    Türkiyə milli müdafiə naziri Hulusi Akar Əfqanıstandan qayıdan türkiyəli sülhməramlılarla görüşdə Azərbaycana əməkdaşlığa görə təşəkkür ünvanlayıb:

    “Terror hücumunu qınayıram. Kabildəki bölməmizdə xidmət edən qəhrəman Azərbaycan əsgərlərinə, nazirlik və qurumlara təşəkkürümü bildirirəm”.

    Akar həmçinin, xidmət müddətində onlara dəstək olan əfqanıstanlılara, ABŞ, Böyük Britaniya, Almaniya və Tacikistana da təşəkkür edib.

    Mənbə: “Hürriyet”

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончались 43 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 4 241 новый случай инфицирования коронавирусом, 3 366 человек вылечились и были выписаны домой.

    Об этом 28 августа сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 43 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 413 986 человек, 5 512 – скончались, 358 230 – вылечились, 50 244 – продолжают лечение.

    В республике проведено 4 414 517 тестов на COVID-19 (за последние 24 часа – 18 871).