Month: August 2021

  • Azərbaycanda əsgərin intiharı ilə bağlı cinayət işi açıldı

    27 avqust 2021-ci il tarixində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həziyev Çingiz Ramin oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

    Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

  • Bakı-Qazax yolunda qəza baş verib: Maşın bir neçə dəfə aşıb

    Bakı-Qazax yolunun Dəliməmmədli qəsəbəsindən keçən hissəsində “Lada 110” markalı avtomobil qəzaya uğrayıb.

    Şahidlərin bildirdiyinə görə, avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə aşıb.

  • Полиция провела спецоперацию в Балакене: задержаны наркоторговцы

    Сотрудники Балакенского РУП задержали лиц, занимающихся продажей наркотических средств.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, в ходе личного обыска жителя города Загатала Таира Балаева у него была обнаружена высушенная марихуана, упакованная в сверток.

    Было установлено, что он предполагал продать ее.

    В результате других оперативно-разыскных мероприятий, проведенных сотрудниками уголовного розыска, был задержан житель села Ханифа Алескер Гянджалиева, занимавшийся реализацией сильнодействующих наркотических средств. При досмотре у него был изъят героин.

    Следствию также стало известно, что А.Гянджалиев совершил кражу из дома своего близкого родственника.

    В связи с данными фактами в Балакенском РОП проводятся расследования.

  • Balakən polisindən əməliyyat: Narkotik satan şəxslər saxlanıldı

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan şəxs Zaqatala şəhər sakini Tahir Balayevdir.

    Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı T.Balayevin həmin narkotik vasitəni rayon ərazisində satmaq məqsədilə üzərində daşıdığı məlum olub.

    Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə güclü təsirə malik narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayonun Hənifə kənd sakini Ələsgər Gəncəliyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, Ə.Gəncəliyevin yaxın qohumuna məxsus evdən də oğurluq etdiyi məlum olub.

    Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • В Агдашском районе обнаружена наркоплантация, задержан ее “хозяин”

    Сотрудники Агдашского РОП по подозрению в выращивании конопли в лесистой местности на территории села Пираза задержали местного жителя Эльгиза Гасанова, сообщили в шекинской региональной группе пресс-службы МВД.

    В ходе осмотра места было обнаружено и изъято 79 кустов наркосодержащего растения общим весом 512 кг.

    В своих показаниях задержанный признался, что занимался выращиванием конопли.

    По данному факту возбуждено уголовное дело, продолжается расследование.

  • Ağdaşda meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi, sahibi saxlanıldı

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə rayonun Pirəzə kəndində yerləşən meşəlik ərazidə çətənə kollarının becərildiyi barədə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və həyata keçirilən tədbirlər nəticəsində orada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elgiz Həsənov çətənə kollarına qulluq edən zaman saxlanılıb. Həmin yerə baxış zamanı ümumi çəkisi 512 kiloqram olan 79 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • Ограничения на работу общественного транспорта в выходные продлены до ноября

    Общественный транспорт не будет работать по выходным дням в сентябре и октябре.

    Об этом говорится в подписанном сегодня премьер-министром Али Асадовым постановлении о дополнительных мерах по продлению особого карантинного режима на территории Азербайджана.

    Согласно постановлению,

    с 00:00 4 сентября 2021 года до 06:00 6 сентября,

    с 00:00 11 сентября до 06:00 13 сентября,

    с 00:00 18 сентября до 06:00 20 сентября,

    с 00:00 25 сентября до 06:00 27 сентября,

    с 00:00 2 октября до 06:00 4 октября,

    с 00:00 9 октября до 06:00 11 октября,

    с 00:00 16 октября до 06:00 18 октября,

    с 00:00 23 октября до 06:00 25 октября,

    с 00:00 30 октября до 06:00 1 ноября будет приостановлено движение общественного транспорта, включая Бакметрополитен.

  • Baş nazirdən həftəsonu nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR

    Sentyabr və oktyabr aylarında həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

    Bununla bağlı məlumat Baş nazir Əli Əsədovun bu gün imzaladığı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə qərarında deyilir.

    Qərara əsasən, 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

  • ABŞ Əfqanıstana zərbə endirdi: İŞİD lideri məhv oldu

    ABŞ hərbi qüvvələri Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinə hava zərbələri endirib.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı məlumat verib.

    “Nanqarhar əyalətinə pilotsuz hava zərbəsi endirildi. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki əhali arasında itki yoxdur”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, İŞİD terror təşkilatının bir döyüşçüsü pilotsuz təyyarənin köməyi ilə məhv edilib.

    Bu hava hücumu avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilən terror aktına cavab olub. Hücum nəticəsində 13 ABŞ hərbçisi və 170-dən çox mülki şəxs ölüb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü və ABŞ Prezidenti Co Bayden bu hücuma cavab verəcəyini açıqlamışdı.

  • Rusiya paytaxtından 200-ə yaxın miqrant deportasiya edilib

    Rusiyanın Moskva şəhərinin meri Sergey Sobyanin son aylarda 200-ə yaxın miqrantın paytaxtdan deportasiya edildiyini və ağır cinayətlər törətdiyini açıqlayıb.

    “Polis son aylarda sərt reydlər həyata keçirdi”, – deyə o bildirib.

    Onun sözlərinə görə, 800 cinayət işi başladılıb. Ümumilikdə 17,5 min miqrantın ölkəyə girişi qadağan edilib.

    Sobyanin qeyd edib ki, gələnlərin əksəriyyəti Rusiyanın paytaxtında özünü yaxşı aparır, rəsmi qeydiyyatdan keçir, qanuni əsaslarla işləyir və patent alırlar.

    Xatırladaq ki, dünən Moskvada hostellərin birində miqrantlar arasında dava düşüb. Polis iyirmidən çox adamı saxlayıb, saxlanılan şəxslər 12 sutkalıq həbs olunub.

    Mənbə: Mk.ru