Month: August 2021

  • Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı – FOTO

    Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50 244 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.

    Qeyd edək ki, dünən COVID-19-dan ölənlərin sayı 35 nəfər olub.

  • В Товузском районе 145 человек привлечены к ответственности за нарушение требований карантина

    Сотрудники Товузского РОП провели рейды на ряде торговых объектов, а также в местах скопления людей, сообщили в гянджинской региональной группе пресс-службы МВД.

    Лицам, не пользующимся медицинскими масками были разъяснены последствия коронавирусной инфекции и санитарно-гигиенические требования.

    В отношении 130 нарушителей были составлены протоколы по статье 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Кодекса об административных проступках АР.

    В ходе проверок в общественном транспорте были выявлены водители и пассажиры, не использующие индивидуальные средства защиты, а также не соблюдающие социальную дистанцию.

    В отношении 15 человек, нарушающих указанные требования, были применены штрафные санкции.

  • Tovuzda karantin qaydalarını pozan 145 nəfər məsuliyyətə cəlb edildi

    Tovuzda sanitar-karantin qaydalarını pozan 145 nəfər şəxs məsuliyyətə cəlb edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.

    Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

    Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 130 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

    İctimai nəqliyyatda keçirilən monitorinq zamanı taksi və avtobuslarda tibbi maskalardan istifadə etməyən, sosial məsafənin qorunması qaydalarını pozan sürücü və sərnişinlər aşkarlanıb.

    Qeyd olunan qaydalara əməl etməyən 15 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

  • Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

    “Azərsu” ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal Sahəsinin rəisi Cəmil İsmayıl oğlu Hüseynov koronavirus infeksiyasından vəfat edib.

    Cəmil Hüseynov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, C. Hüseynov bir müddət əvvəl Ağdaş rayonunda koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirilmişdi.

  • Пожары в воинской части в Казахстане потушили

    Спасатели потушили очаги возгорания на складах воинской части на юге Казахстана, остались два тлеющих хранилища. Об этом сообщила в субботу пресс-служба Министерства обороны страны.

    “Министр обороны Нурлан Ермекбаев, отвечая на вопросы журналистов в поселке Сарыкемер, отметил, что принимаются все меры для обеспечения стопроцентной безопасности населения. Военнослужащие работают в очагах, пожары все потушены, имеются два тлеющих хранилища”, – говорится в сообщении, опубликованном в Telegram-канале ведомства.

    При этом в Минобороны отметили, что все ранее эвакуированные жители вернулись в свои дома, за исключением нескольких домов, построенных непосредственно вблизи ограждения базы хранения.

    В ведомстве также сообщили, что инженерные войска приступили к очистке территории склада.

    Источник: ТАСС

  • Qazaxıstanda hərbi hissədə başlayan yanğın söndürüldü

    Xilasedicilər Qazaxıstanın cənubundakı hərbi hissənin anbarlarında yanğını söndürüblər.

    Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “Əhalinin 100% təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür… Yanğınların hamısı söndürülüb”, – deyə Qazaxıstan Müdafiə naziri Nurlan Yermekbayev bildirib.

    Eyni zamanda nazilikdən bildirilib ki, bazaya yaxın bir neçə ev istisna olmaqla, əvvəllər təxliyə edilən bütün sakinlər evlərinə qayıdıblar.

    Xatırladaq ki, Qazaxıstanda hərbi hissədə partlayışdan sonra baş verən yanğın səbəbindən 13 nəfər ölüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 29 avqustu milli matəm günü elan edib.

  • Мехрибан Алиева поздравила паралимпийцев – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поздравила спортсменов, завоевавших золотые медали на летних Паралимпийских играх в Токио.

    Об этом она написала в Instagram.

    “От всей души поздравляю наших спортсменов – обладателей золотой медали Шахану Гаджиеву, Вугара Ширинли, Рамана Салеха, Севду Велиеву, Ханым Гусейнову и Гусейна Рагимли, обладателей бронзовой медали – Парвина Мамедова и Намига Абаслы с яркой победой!

    Продемонстрировав отличную физическую подготовку и непреклонное стремление к победе, вы достойно представили Азербайджан на XVI летних Паралимпийских играх “Токио-2020″. Ваш высокий результат является свидетельством вашего мастерства, отличной подготовки, целеустремленности и силы воли! Желаю всем вам и другим членам нашей национальной паралимпийской сборной крепкого здоровья, новых достижений и всего самого доброго!” – говорится в публикации.

  • Mehriban Əliyeva qızıl medal qazanan paralimpiyaçılarımızı təbrik etdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl medallar qazandıran idmançılarımızı təbrik edib.

    Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    “Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram”, – birinci vitse-prezident bildirib.

  • Doqquz nəfər koronavirus xəstəsi ictimai yerlərdə SAXLANILDI

    Avqustun 27-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

  • Aztəminatlı şəxslər üçün pulsuz hüquqi yardım

    Rusiya vətəndaşları üçün pulsuz hüquqİ yardımın təşkili bu günlərdə prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədə əsas müzakirə mövzusu olub. Ölkə başçısı Ədliyyə Nazirliyinə hər regionda dövlət hüquq bürolarının yaradılmasını və işinin gücləndirilməsini tapşırıb. Belə ki, bu dövlət qurumları yalnız ən çətin vəziyyətdə olan vətəndaşların ağır həyat vəziyyətlərindən çıxmasına kömək etməklə məşğul olmalıdırlar – hüquqi məsləhətlər, sənədlər tərtib etmək və məhkəmələrdə müşayiət olunmaları üçün dəstək göstərməlidirlər. Büro yaratmaq təcrübəsinə Rusiyada hələ 2005-ci ildə başlanıb. Sonra Sibirdə – Tomsk və İrkutsk bölgələrində ilk belə qurumlar açılıb və federal büdcədən maliyyə ayrılıb. Təcrübənin ölkənin bütün ərazilərinə yayılması planlaşdırılırsa da, təcrübəni genişləndirmək mümkün olmayıb. Bir neçə ildən sonra büro saxlanılması üçün xərc öhdəlikləri federasiya subyektləri səviyyəsinə keçib. O vaxtdan bəri əksər bölgələrdə vəkillər hər xidmət üçün büdcədən təzminat alaraq pulsuz hüquqi yardım göstərirlər.

    “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

    Hüquq bürolarının yaradılmasının yenidən gündəmə gəlməsi əslində on beş il əvvəlki təcrübənin yenidən davam etdirilməsi deməkdir. Hələ bu istiqamətdə konkret addımlar atılmasa da, xəbər hüquq ictimaiyyətinin fikirlərini haçalayıb.

    Rusiya Hüquqşünaslar Gildiyası hesab edir ki, az sayda işçisi olan dövlət hüquq bürolarına ümumiyyətlə, ehtiyac yoxdur. Çünki cəmiyyətin ehtiyacları ilə müqayisədə bu qurumlar onsuz da çatışmazlığı doldurmayacaq. Ancaq minlərlə hüquqşünas ordusu “Büdcədən dəstək olsa – istənilən vəzifənin öhdəsindən gələcəyik” deyə bildirir.

    “Cəmiyyət üçün böyük bir problem əhalinin hüquqi savadsızlığıdır. Sosial cəhətdən qorunmayan bir çox insanın çətin həyat şəraitində necə davranacağına dair heç bir məlumatı yoxdur. Bir çoxları dövlətin onlara kömək etməyə hazır olduğunu bilmir və nəticədə tez-tez hüquq şirkətlərinin qurbanı olurlar”, – deyə “Rossiyskaya qazeta” da mövzu ilə bağlı keçirilən dəyirmi masada bildirilib.

    Bizim ölkəmizdə də vətəndaşların hüquqi yardım məsələsi aktual mövzudur. İnsanların hüquqi qaydaları bilməməsi, sənədləşmə işlərində problemlərlə üzləşməsi, hər hansı məsələnin həlli məsləhətlərə ehtiyac bəzən onları daha çətin problemlərlə üz-üzə qoyur. Vətəndaşlar dövlət hüquq məsləhətxanalarında müəyyən konsultasiyalar ala bilsələr də, maddi vəziyyətlərinin çətinliyi üzündən bəzən haqlarını sona qədər bərpa edə bilmirlər. Vətəndaşlar üçün istədikləri vaxt qapısını ərklə aça biləcəkləri hüquqi yardım büroları yoxdur.

    Bunu Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də təsdiqləyir:

    “Təəssüf ki, bizdə belə hüquqi yardım büroları yoxdur. Amma müəyyən qədər olsa da bu istiqamətdə fəaliyyətlər var. Ədliyyə Nazirliyinin yerli qurumları tərəfindən hüquq maarifçiliyi istiqamətində fəaliyyətlər həyata keçirilir və vətəndaşlara hüquqi yardımlar göstərilir. Amma bu, məhkəməyə çıxışla bağlı deyil. Vətəndaşlara ayrı-ayrı məsələlərlə bağlı hüquqi yardımlar edilir. Regional ədliyyə qurumları bu işlə məşğuldur. Bir çox qurumlar var ki, orada çağrı xidmətləri fəaliyyət göstərir. Məsələn, İqtisadiyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Vergilər Nazirliyində, ASAN xidmətdə, eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Baş Prokurorluqda qaynar xətlər mövcuddur. Bu qurumlarda vətəndaşların bu və ya digər məsələlərlə bağlı müraciətləri olanda onlara hüquqi izahatlar verilir”.

    Ə.Nuriyev pulsuz hüquqi yardım bürolarının isə mövcud olmadığını qeyd edir. Sadəcə, Vəkillər Kollegiyası bir sıra kateqoriyadan olan vətəndaşlara könüllü olaraq pulsuz hüquqi yardımlar göstərir:

    “Ədliyyə Akademiyasının yanında hüquq klinikası da eyni xidmətləri təklif edir. Ancaq bu istiqamətdə bütöv miqyaslı instutsional bir təşkilat yoxdur”.

    Hüquqşünasın sözlərinə görə, arada pulsuz hüquqi yardım haqqında müzakirələr olsa da, hələ ortada heç bir nəticə yoxdur:

    “Vaxtilə Hüquqi İslahatlara Yardım Mərkəzi qanun layihəsi hazırlamaq üçün bir işçi qrup yaratdı. Mən də o işçi qrupunun tərkibində idim. Amma sonra müzakirələr dayandırıldı. Hesab edirəm ki, vətəndaşların hüquqi biliklərinin artırılması çox vacibdir. Müəyyən kateqoriyadan olan insanlar var ki, onların imkanları məhduddur, keyfiyyətli xidmət ala bilmirlər. Onlara dövlət səviyyəsində pulsuz yardımın göstərilməsi yaxşı olar. Bu, onların həm hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasına yeni imkanlar yaradar, həm də hüquqi biliklərinin artırılmasına gətirib çıxarar. Bəzi hallarda bizim qanunvericilikdə də aztəminatlı ailələrə pulsuz hüquqi yardımla bağlı məsələlər yer alır. Amma bu o qədər də sadə prosedur deyil, həm də konkret işlərlə bağlıdır.

    Vətəndaşlarımız problemlərlə rastlaşırlar və bu xidmətə ehtiyac duyurlar. Ona görə də belə mərkəzlərin və ya büroların olması yaxşı olar. Ümid etmək istərdim ki, pulsuz hüquqi yardım haqqında qanunun qəbul edilməsi vətəndaşların yardım alma imkanlarını genişləndirər, eyni zamanda onların konstitusion hüquqlarının daha dolğun şəkildə realizəsinə imkan yaratmış olar”.

    Vəkil Ceyhun Cəfərli ölkəmizdə vətəndaşlara hüquqi yardımın göstərilməsi ilə bağlı standart formanın olduğunu deyir. Belə ki, vətəndaşın mülki işindən ötrü vəkil tutmağa imkanı yoxdursa, “Mənə dövlət hesabına vəkil tutulsun” – deyə vəkil iştirakı məcburi olan işlər üzrə məhkəməyə müraciət edə bilir:

    “Onun müraciətindən sonra məhkəmə araşdırır. Əgər vətəndaşın həqiqətən aztəminatlı olması və vəkil tutmağa imkanının olmaması sübut olunsa, o, dövlət hesabına vəkillə təmin edilir. Vətəndaşın qeydiyyatı üzrə fəaliyyət göstərən vəkil bürosuna onun pulsuz vəkillə təmin olunması ilə bağlı göndəriş verilir. Hüquq məsləhətxanasında növbətçi vəkillər fəaliyyət göstərir. İstər hüquqi məsləhət almaq istəyən, istər sənədləşmə işində məsləhətə ehtiyacı olan şəxslərə vəkillər xidmət göstərirlər. Onların hüquqi xidmət saatı məsləhətxana rəhbərliyi tərəfindən hesablanır və yerli xəzinədarlıq orqanına verilir. Vətəndaş hansı vəkilin növbəsinə düşürsə, o həmin iş üzrə pulsuz xidmət göstərir”.

    C.Cəfərli bildirir ki, tam pulsuz hüquqi xidmət yoxdur. Yəni vəkil pulsuz hüquqi xidmət göstərməyə məcbur deyil. Sadəcə, həmin vəkilin əmək haqqı vətəndaş hesabına deyil, dövlət hesabına ödənilir:

    “Lal-kar şəxslər və milli dili bilməyən əcnəbi vətəndaşların vəkillə pulsuz təminatı məcburidir. Ağır cinayət törədilməsində şübhəli bilinən şəxsə vəkil məcburidir. Onları istintaq artıq özü vəkillə təmin edir. Amma eyni vaxtda 10 adama vəkil lazımdırsa, növbətçi vəkil bir nəfər olduğundan onda vəkil çatışmazlığı yaranır. Bu problemin açar rolunu vəkillərin sayı təmin edir”.

    Hüquqşünasın fikrincə, 4-5 il əvvəl ölkədə cəmi 700 vəkil vardısa, bu gün 2500-ə yaxın vəkil fəaliyyət göstərir:

    “Say Avropa standartlarına xeyli yaxınlaşdırılıb. Amma hələ yenə də ehtiyac var. Vəkillərin sayını 4-5 minə çatdırmaq istəyirlər ki, hər 10 min nəfərə düşən vəkil sayına uyğun olsun. Vəkillər Kollegiyasının regional büroları da fəaliyyət göstərir. Hər rayon üzrə vəkil büroları və məsləhətxanalar var. Onların fəaliyyətini stimullaşdırmaq üçün vəkillər birləşərək büro şəklində fəaliyyət göstərirlər. Fərdi vəkillik də var. Regionlarda apelyasiya məhkəmələrinin yaradılması bölgələrdə vəkilliyin inkişafına stimul verir. Bu vəkillərin inkişafına və sayına təsir edir. Yəni işlərin Bakı Apellyasiya Məhkəməsinə gəlməsinə ehtiyac qalmır. Vəkil işinin təşkili Azərbaycanda normaldır. Son vaxtlar ölkədə vəkilliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub. Fəaliyyətimizin əsasını təşkil edən qanunvericilik bazası təkmilləşdirilib. Vəkillər Kollegiyasının yeni rəhbərliyi vəkillər institutun sağlam təməl üzərində yenidən təşkili – həm vəkilliyin nüfuzunun artırılması, həm beynəlxalq əlaqələrin inkişafı və s. ilə bağlı kifayət qədər işlər görür. Fəaliyyətimizin təkmilləşdirilməsi üçün elektron qaydada fəaliyyət üçün işlər həyata keçirilir. Təbii ki, görüləsi işlər, o cümlədən vəkillərin say artımı məsələsi var”.

    Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev pulsuz hüquqi yardımla bağlı ölkəmizdə büroların mövcud olmadığını bildirir:

    “Amma qeyri-hökumət təşkilatlarının nəzdində – təqaüd, əlillik, qadınların hüquqları ilə bağlı QHT-lər var ki, onlar vətəndaşlara pulsuz hüquqi məsləhətlər verir, sənədləşmədə kömək edir və s. Vəkil büroları da var ki, şəhid ailələri, qazilər və aztəminatlı ailələrə öz tərəflərindən ilkin şifahi konsultasiyalar verir, müraciətlərin hazırlanmasında kömək edirlər. Məhkəmə ilə bağlı işlər olduqda bu, qanunvericilik səviyyəsində tənzimlənir. Hər bir vəkil bürosu fəaliyyət istiqamətindən asılı olmayaraq dövlət hesabına – vətəndaş tərəfindən ödənilməyən, lakin dövlət büdcəsi tərəfindən ödənilən bürolara yönəldir. Həmin bürolarda vətəndaşlara pulsuz hüquqi yardım göstərilir. Hüquqi yardım, vəkil xidməti bütün dünyada pullu xidmətdir. Bunlar ucuz olmayan xidmətlərdir. O cümlədən, Azərbaycanda da əgər vəkilə şəxsi müraciət edilirsə, onunla işin mahiyyəti üzrə müqavilə bağlanmalıdır. Şifahi konsultasiyadırsa, bununla bağlı müqavilə bağlanır və müəyyən ödəniş edilir. Amma vəkillərimiz şifahi konsultasiyanı öz tərəflərindən rəsmiləşdirmədən təmənnasız edirlər. Qanunvericilik isə tələb qoyur ki, bu xidmətdir və pulludur. Sırf pulsuz xidmət göstərən vəkil bürolarının yaradılması qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər belə olarsa, onda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna da dəyişiklik olmalıdır. ASAN xidmətlərdə vəkil kabinetləri, məhkəmələrdə məsləhətçilər var ki, vətəndaşlara yol göstərir, şablon ərizə forması verirlər”.

    Vəkilin sözlərinə görə, bizim ölkəmizdə də vətəndaşlara pulsuz hüquqi yardımların göstərilməsi ilə bağlı qurum yaradılması məsələsi çoxdan müzakirə olunur:

    “Bildiyim qədər qanun layihəsi parlamentdə müzakirələrə də çıxarılıb. Ancaq hansı formada olacaq, bununla bağlı hələ dəqiq məlumat yoxdur. Bu, yalnız qanun qəbul olunandan sonra məlum olar”.